Daha bir məktəb koronavirusa görə BAĞLANDI

Gəncədə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Avrasiya.net xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, sözügedən təhsil ocağında 1 müəllim və 1 texniki işçidə COVİD-19 virusu aşkar edilib.