Saakaşvili seçki saxtakarlığını üzə çıxardı - Foto""Ədalətli və rəqabətli seçkilərin" başqa bir əla nümunəsi. Bu Marneulidəki seçki məntəqələrindən biridir. Müxalifət namizədi Azər Süleymanov 228 səs toplayıb
Orijinalın surətində "Gürcü Arzusu" namizədi Zaur Darğallının 73 səs topladığını görə bilərsiniz".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili özünün rəsmi "Facebook" səhifəsində yazıb.

Sabiq ölkə başçısının paylaşımını olduğu kimi təqdim edirik:

" "Ədalətli və rəqabətli seçkilərin" başqa bir əla nümunəsi. Bu Marneulidəki seçki məntəqələrindən biridir. Müxalifət namizədi Azər Süleymanov 228 səs toplayıb orijinalın surətində 'Gürcü Arzusu' namizədi Zaur Darğallının 73 səs topladığını görə bilərsiniz. Son bənövşəyi kağızda məlumatların Mərkəzi Seçki Komissiyası tərəfindən yenidən yazıldığını və 73 əvəzinə 473 yazıldığını görə bilərsiniz. Məlumat üçün bildirək ki, saat 17: 00-dakı seçicilərin ümumi sayı cəmi 417 nəfər təşkil edib".
Saakaşvili seçki saxtakarlığını üzə çıxardı - Foto
Saakaşvili seçki saxtakarlığını üzə çıxardı - Foto
Saakaşvili seçki saxtakarlığını üzə çıxardı - Foto
Azər Süleymanov xalqa müraciət etdi - "Mübarizəmiz davam edir""Seçkinin kobud qanun pozuntularıyla keçməsinə və bizim səslərimizin düzgün hesablanmamasina qarşı mübarizəmiz davam edir".

Avrasiya.net-in məlumatına görə, bu sözləri müxalif "Vahid Milli Hərəkat"ın təmsilcisi Azər Süleymanov özünün "Facebook" hesabında yazıb.

Onun paylaşımını olduğu kimi təqdim edirik:

"Bildiyiniz kimi son bir ayda yaşadığımız ve gerginliyi ilə yadda qalan Patlament seçkiləri başa çatdı. Öncəliklə mənim majoritar qaydada namizədliyim verilmiş Marneuli-Qardabani seçki dairəsinin mənə ses verən və verməyən, ancaq səsvermədə iştirak edib öz səsinə-bülleteninə sahib çıxan hər bir seçicisinə dərin minnətdarlığımı bildirirəm.

Əziz seçicilərim! Sizlərin ölkəmizin demokratik imicinin zədələnməməsi naminə 31 oktyabrda ortaya qoyduğu xalq iradəsi və əzmkarlığı, bu yolda apardığı mübarizəsi X çağırış Parlament seçkilərini beynəlxalq aləmin gündəminə daşıya bildi. Seçkinin kobud qanun pozuntularıyla keçməsinə və bizim səslərimizin düzgün hesablanmamasina qarşı mübarizəmiz davam edir. İnanıram ki, hüquqi yolla apardığımız etirazlarımıza qoşulacaq öz səsinizin doğru nəticəsinə nail olana kimi mənimlə və 'Birləşmiş Müxalifət' Bloku ilə birgə olacaqsınız".
Azər Süleymanov xalqa müraciət etdi - "Mübarizəmiz davam edir"
Ermənistanın alay komandiri fərarilik edib, hərbi qulluqçuları itkin düşübCəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.
Düşmənin snayper qrupu məhv edildi - MNİşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəş zərbələri endirilib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.

Yoluxma sayı artdı, 15 nəfər dünyasını dəyişdi Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 551nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 58 282 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 45 030 nəfər müalicə olunaraq sağalıb, 768 nəfər vəfat edib, aktiv xəstə sayı 12 484 nəfərdir.

Ökədə son sutka ərzində 11159, hazırkı dövrədək isə 1379779 test aparılıb.

Gürcüstan müxalifəti deputat mandatlarından rəsmən imtina etdiGürcüstanda parlament seçkilərində deputat mandatları əldə edən müxalifət partiyaları parlamentdə təmsil olunmaqdan rəsmən imtina ediblər.

Aktual.ge xəbər verir ki, mandat əldə etmiş müxalifət partiyalarının birgə bəyanatında deyilir:

"31 Oktyabr 2020 parlament seçkiləri zorakılıq və seçicilərin qorxudulması, Dövlət Təhlükəsizlik Xidməti (DTX) və kriminal aləmin kordinasiyalı təzyiqi, genişmiqyaslı rüşvət, inzibati resurslardan istifadə və seçicilərin iradəsinə zidd olaraq həyata keçirilmişdir. Seçki nəticələri MSK tərəfindən nəşr olunan son nəticələr Gürcüstan xalqının iradəsini əks etdirmir və biz müxalifət partiyaları gördük ki, həmvətənlərimiz İvanişvilinin rəhbərliyini rədd edərək ona üçüncü dəfə Gürcüstanı idarəetməsinə icazə vermədilər. Bu səbəbdən də bizlər, seçkiləri saxtalaşdırılmış müxalifət partiyaları olaraq parlamentdəki mandatımızdan imtina edir və "qondarma" parlamentə girməməyimiz üçün siyasi və hüquqi addımlar atırıq. MSK-nın nəticələri gürcü xalqının azad iradəsini əks etdirmir.

Bu qərar, saxta seçkilər nəticəsində MSK tərəfindən elan olunan məlumatlara görə parlamentə girə bilməyən aşağıdakı siyasi partiyalar tərəfindən təsdiqlənir. Ölkəmizin daha yaxşı demokratik gələcəyi üçün İvanişviliyə qarşı mübarizəmizi davam etdiririk. Demokratik müxalifətin tələbi bu seçkilərin nəticələrini ləğv etmək, yenidən seçkilər keçirmək və bu seçkilərin sistematik şəkildə saxtalaşdırılmasına səbəb olan MSK-nın kadr qaydaları da daxil olmaqla bütün qanunsuzluqları sistematik şəkildə aradan qaldırmaqdır".

Bəyanat "Vahid Milli Hərəkat"; "Avropalı Gürcüstan"; Lelo"; "Strategiya Qurucu"; "Vətənpərvərlər İttifaqı"; "Vətəndaşlar" və "Leyboristlər Partiyası" tərəfindən imzalanır.
İşğal olunmuş torpaqlarımızda minlərlə kitabxana, milyonlarla kitab məhv edilib Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlarda minlərlə kitabxana, milyonlarla kitab nüsxələri talan edilib, dağıldılıb və məhv edilib. Ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlətimizin ilk işlərindən biri də heç şübhəsiz ki, kitabxanalarımızı bərpa etmək olacaqdır. Bu fikirləri AMEA Mərkəz Elmi Kitabxa­nanın direktoru Sevil Zülfüqarova bildirib.

O qeyd edib ki, işğal olunmuş ərazilərimizdə kitabxanalarda saxlanılan nadir kitab kolleksiyaları da talan edilib. Şuşada ilk qiraətxananın yaradıcısı, görkəmli ensiklopedist alim Mir Möhsün Nəvvabın şəxsi kitabxanası, dahi bəstəkar Üzeyir Hacıbəylinin və vokal sənətimizin banisi Bülbülün ev-muzeylərində saxlanılan dəyərli kitabları buna misal göstərmək olar. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş əraziləri qeyd-şərtsiz azad etməsini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. Artıq Azərbaycan Ordusu öz zəfərləri ilə dünyanın ən böyük təşkilatının etməli olduğu işi üzərinə götürüb və torpaqlarımızı bir-birinin ardınca azad etməkdədir. Ermənistan illərdir ki,müxtəlif təxribatlar törədərək danışıqlar prosesinə zərbə vurur və zəbt etdiyi torpaqlarımızdan sülh yolu ilə çıxmaq istəmir. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın “münaqişənin diplomatik yolla həlli yoxdur” deməsi də bir daha sübut etdi ki, qarşı tərəfin sülh yolu ilə torpaqlarımızdan çıxmaq fikri yoxdur. Belə olduqda isə haqlı olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə hərəkət edən şanlı ordumuz illərdir düşmən tapdağı altında qalan rayonlarımızı azad etmək əzmini real olaraq nümayiş etdirir. Əminik ki, bu zəfər yürüşü nəticəsində dağıdılmış bütün infrastruktur bərpa ediləndən sonra, öz oxucularını itirən kitabxanalarımız da gün işığına çıxacaq və sevimli oxucularının istifadəsinə veriləcək.

S. Zülfüqarova bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində respublikamızın 20 faiz ərazisi ilə yanaşı, o torpaqlardakı mədəni irsimizə də təcavüz olunub. Dağlıq Qarabağ və onun ətrafındakı işğal edilmiş rayonlarda vaxtilə vətəndaşlarımızın yaşadığı evlərlə yanaşı yüzlərlə mədəniyyət ocağı, tarixi abidələr, o cümlədən kitabxanalar da var idi. Məlum olduğu, işğaldan əvvəl bütün rayonlarda olduğu kimi, Qarabağ bölgəsində də zəngin kitab fondu olan müəssisələr fəaliyyət göstərib, insanlarımızın maariflənməsində roy oynayıblar. Təəssüf ki, indi onlar yoxdur. Erməni təcavüzkarları milli-mədəniyyət nümunələrini hədəfə aldığı kimi mütaliə mərkəzlərimiz hesab olunan kitabxanalarımızı da talan etmiş və ya yandırmışdır. Bu cür vacib əhəmiyyətli mədəni obyektlərin sıradan çıxarılaraq məhv edilməsi vandalizmin Ermənistanın birbaşa dövlət siyasəti olduğunu sübut edir.

Direktor əlavə edib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası Ermənistanın təcavüzkar, işğalçı siyasəti və mahiyyəti haqqında fakt və sübutları əhatə edən kitabları elektron formatda oxucularına təqdim etməkdə davam edir. Bundan əlavə, müntəzəm olaraq erməni təcavüzü və irqçi ideologiyasından bəhs edən bir neçə dildə yazılmış kitablar da MEK-ə daxil edilib. Bu günlərdə “Böyük Ermənistan” xülyasının təşəkkül tapma səbəblərindən bəhs edən və iki dildə yazılmış “Erməni terroru və Qriqorian kilsəsi” adlı əsər də kitabxanamıza təqdim olunub.

“Xalq qəzeti”
Bu ərazilər Azərbaycanındır - Ayətullah Seyid Əli XameneiAvrasiya.net xəbər verir ki, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsinin zəruri olduğunu, Azərbaycanın bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı olduğunu bildirib:

“İranın iki qonşusu arasında baş verən döyüşlər təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır. Müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidirlər.”

Xamenei cənabları, İslamın Əziz Peyğəmbərinin (s) müqəddəs mövlud günü münasibəti ilə İran dövlət televiziyası ilə canlı çıxışında qeyd edib:

"Qarabağ Azərbaycan torpağıdır və bu torpaqlar dərhal azad edilib Azərbaycana qaytarılmalıdır! Azərbaycanın öz torpaqlarını azad etmək yolundakı mübarizəsi onun haqqıdır. Beynəlxalq birliyinin tanıdığı dövlət sərhəd xətti təmin edilməli və bu sərhədlər təcavüz nəticəsində pozulmamalıdır!"

Ali dini rəhbər deyib ki, Ermənistan-Azərbaycan müharibəsi tezliklə bitməlidir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları Azərbaycan Respublikasına qaytarılmalıdır və azad olmalıdır. Bu əsas şərtdir. Bu torpaqlar Azərbaycana aiddir və Azərbaycan öz torpaqlarını azad etməyə haqlıdır.

Əlbəttə, bu torpaqlarda yaşayan ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Beynəlxalq sərhədlərə də riayət olunmalıdır.

Baxmayaraq ki, bəziləri inkar edirlər, amma terrorçuların müxtəlif yerlərdən gətirilməsinə tutarlı dəlillər var. Ehtiyatlı olmaq lazımdır ki, terrorçular bizim sərhədlərimizdə yerləşməsin. Əgər onlar bizim sərhədlərə yaxınlaşsa və təhlükə hiss olunsa, kəskin cavab veriləcək.
Qarabağ torpağının hər parçasına igidlərimizin ayağı dəyirsə, ora müqəddəslik bəxş edirElməddin Behbud

Atəşkəsdən düz 22 il sonra, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin işğaldan azad olunmasıyla Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdışın reallaşdırılması hamımızda böyük ruh yüksəkliyi yaratdı. Kiçik kəndə də olsa 22 il sonra yurdumuza dönməyimiz, vətənimizin bir guşəsində yenidən bayrağımızın ucaldılması, orada yaşayışın bərpa olunması içimizdə böyük qayıdışın başlanmasına inamın alovunu əhəmiyyətli ölçüdə gücləndirdi. Çox sevincliydik. Çünki xalqımızın ənənəvi qələbə ruhu sanki cismimizə geri döndü, özgüvənimiz artdı. Cəmiyyətimiz məğlubluq sindiromundan çıxdı. Toparlanmağımız və böyük revanşa hazırlaşmağımız isə 4 il yarıma yaxın vaxt apardı.

İndi isə tamam fərqli tarix hadisələrin şahidi və iştirakçısıyıq. Hər günü əsrə bərabər olan çox qiymətli tarixi mərhələdən keçirik. 1988-1994-cü illərdəki birinci Qarabağ savaşında itirdiyimiz torpaqların önəmli bir qismini cəmi 35 gün ərzində işğalçılardan təmizləmişik. Maşallah, qəhrəman əsgər, gizir və zabitlərimiz az qala hər gün 10 kəndi işğaldan azad edirlər. Düşmənin hərbi bazaları, silah anbarları, hərbi texnikası, döyüş təyyarələri və canlı qüvvəsinin məhv olunması ilə bağlı video görüntülər və real statistika Azərbaycan Ordusunun nə qədər peşəkar və qüdrətli olduğunu bütün dünyaya göstərir.

Bütün bunlara baxmayaraq bir çoxları cəbhədən daha böyük uğurlar barədə xəbərlər gözləyir. Rəsmi məlumatlardakı sevinc payına yaxşı mənada qane olmurlar. Ordumuzun silahıyla necə qiymətli bir tarix yazdığının, regionun geosiyasi arxitekturasında nələri dəyişdirdiyinin fərqində olmayan, ətrafında baş verən hadisənin mahiyyətini olduğu kimi dərk etməyən, məsuliyyətsiz şəxslərin sosial şəbəkə hesablarında yaydığı postlar və şəkillər isə ayrıca müzakirə olunmalıdır. Döyüşlərlə bağlı internetdə hər rastına çıxan materialı yayımlamağın yolverilməzliyini, məxfiliyi qorumağın vacibliyini anlamayan, rəsmi qurumların çağırışlarını riayət etməyən və beləliklə ön cəbhədəki əsgərlərimizin həyatını riskə atan şəxslərlə bağlı münasibətim birmənalı olaraq mənfidir və onları belə davranışdan çəkindirməyin bütün formalarını məqbul hesab edirəm.

Əlbəttə ki, hər qarış Vətən torpağının murdar düşməndən azad olunması Ali Baş Komandanın dediyi kimi əsgər və zabitlərimizin qanı-canı bahasına başa gəlir. Ona görə də 30 ildir həsrət olduğumuz Qarabağ torpağının hər parçasına igidlərimizin ayağının dəyməsi ora yeni müqəddəslik bəxş edir. Bu cəhətdən ön cəbhədən gələn hər kiçik xəbərə də qəlbən sevinirəm, ürəkdən fərəhlənirəm.

Burda digər bir önəmli məsələ də son iki yüz ilədək regionun şəriksiz sahibi olan xalqımızın ruhunun təzələnməsi, əski qüdrətinin bərpa olunmağa başlanmasıdır. Bu baxımdan azərbaycanlıların daha böyük qələbələrə can atması, hamının bunun üçün səfərbər olması, bütün cəmiyyətin Prezident İlham Əliyevin, müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək misilsiz həmrəylik nümayiş etdirməsi həm də itirdiyimiz tarixi haqlarımızın bərpası üçün mücadiləmizin zəfərlə başa çatanadək davam etdirilməsinə olan israrından, qətiyyətindən xəbər verir. Əminəm ki, bu ruhla, belə əzmkarlıqla işğalda olan inzibati vahidlərin hamısı (Xocavənd, Xocalı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa və Xankəndi) azad olunduqdan, ölkənin bütün ərazisində suverenliyimiz bərpa edildikdən sonra tarixi torpaqlarımız (İrəvan, Zəngəzur, Ağbaba, Göyçə, Dərələyəz, Lori-Pəmbək və s.) üzərində mənəvi sahibliyimizin bərpa olunması başlayacaq. Diqqətimiz tarixi haqlarımızın bərpasına yönələcək...

27 sentyabrdan etibarən hər gün böyük gələcəyə doğru addım-addım yol gedirik. Özü də daha güclü, daha inamlı, daha arxayın, daha dik şəkildə. Yolumuz açıq olsun! Tanrı haqqın, ədalətin bərpası üçün birliyimizi əbədi etsin, Ordumuzu, dövlətimizi, xalqımızı qorusun!