Sizin Reklam Burada

İşğal olunmuş torpaqlarımızda minlərlə kitabxana, milyonlarla kitab məhv edilib

İşğal olunmuş torpaqlarımızda minlərlə kitabxana, milyonlarla kitab məhv edilib Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlarda minlərlə kitabxana, milyonlarla kitab nüsxələri talan edilib, dağıldılıb və məhv edilib. Ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlətimizin ilk işlərindən biri də heç şübhəsiz ki, kitabxanalarımızı bərpa etmək olacaqdır. Bu fikirləri AMEA Mərkəz Elmi Kitabxa­nanın direktoru Sevil Zülfüqarova bildirib.

O qeyd edib ki, işğal olunmuş ərazilərimizdə kitabxanalarda saxlanılan nadir kitab kolleksiyaları da talan edilib. Şuşada ilk qiraətxananın yaradıcısı, görkəmli ensiklopedist alim Mir Möhsün Nəvvabın şəxsi kitabxanası, dahi bəstəkar Üzeyir Hacıbəylinin və vokal sənətimizin banisi Bülbülün ev-muzeylərində saxlanılan dəyərli kitabları buna misal göstərmək olar. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş əraziləri qeyd-şərtsiz azad etməsini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. Artıq Azərbaycan Ordusu öz zəfərləri ilə dünyanın ən böyük təşkilatının etməli olduğu işi üzərinə götürüb və torpaqlarımızı bir-birinin ardınca azad etməkdədir. Ermənistan illərdir ki,müxtəlif təxribatlar törədərək danışıqlar prosesinə zərbə vurur və zəbt etdiyi torpaqlarımızdan sülh yolu ilə çıxmaq istəmir. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın “münaqişənin diplomatik yolla həlli yoxdur” deməsi də bir daha sübut etdi ki, qarşı tərəfin sülh yolu ilə torpaqlarımızdan çıxmaq fikri yoxdur. Belə olduqda isə haqlı olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə hərəkət edən şanlı ordumuz illərdir düşmən tapdağı altında qalan rayonlarımızı azad etmək əzmini real olaraq nümayiş etdirir. Əminik ki, bu zəfər yürüşü nəticəsində dağıdılmış bütün infrastruktur bərpa ediləndən sonra, öz oxucularını itirən kitabxanalarımız da gün işığına çıxacaq və sevimli oxucularının istifadəsinə veriləcək.

S. Zülfüqarova bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində respublikamızın 20 faiz ərazisi ilə yanaşı, o torpaqlardakı mədəni irsimizə də təcavüz olunub. Dağlıq Qarabağ və onun ətrafındakı işğal edilmiş rayonlarda vaxtilə vətəndaşlarımızın yaşadığı evlərlə yanaşı yüzlərlə mədəniyyət ocağı, tarixi abidələr, o cümlədən kitabxanalar da var idi. Məlum olduğu, işğaldan əvvəl bütün rayonlarda olduğu kimi, Qarabağ bölgəsində də zəngin kitab fondu olan müəssisələr fəaliyyət göstərib, insanlarımızın maariflənməsində roy oynayıblar. Təəssüf ki, indi onlar yoxdur. Erməni təcavüzkarları milli-mədəniyyət nümunələrini hədəfə aldığı kimi mütaliə mərkəzlərimiz hesab olunan kitabxanalarımızı da talan etmiş və ya yandırmışdır. Bu cür vacib əhəmiyyətli mədəni obyektlərin sıradan çıxarılaraq məhv edilməsi vandalizmin Ermənistanın birbaşa dövlət siyasəti olduğunu sübut edir.

Direktor əlavə edib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası Ermənistanın təcavüzkar, işğalçı siyasəti və mahiyyəti haqqında fakt və sübutları əhatə edən kitabları elektron formatda oxucularına təqdim etməkdə davam edir. Bundan əlavə, müntəzəm olaraq erməni təcavüzü və irqçi ideologiyasından bəhs edən bir neçə dildə yazılmış kitablar da MEK-ə daxil edilib. Bu günlərdə “Böyük Ermənistan” xülyasının təşəkkül tapma səbəblərindən bəhs edən və iki dildə yazılmış “Erməni terroru və Qriqorian kilsəsi” adlı əsər də kitabxanamıza təqdim olunub.

“Xalq qəzeti”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər