Moskvada daha 63 nəfər koronavirusdan öldü
Dərc olunub:
3-11-2020, 06:13
Moskvada son sutka ərzində daha 63 nəfər koronavirusdan dünyasını dəyişib.
Avrasiya.net yerli KİV-ə istinadla axəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 6 936-ya çatıb.
Moskvada ümumilikdə 434 mindən çox insan koronavirusa yoluxub, 318 mindən çox pasiyent xəstəliyə qalib gəlib.