İranda bir gündə 322 nəfər koronavirusdan öldüİranda koronavirusdan ölənlərin sayında kəskin artım müşahidə edilir. Yerli mətbuat bunu virusun ikinci dalğası hesab edir. Bu günə olan məlumata görə, ölkədə 5 min 39 nəfər koronavirusa yoluxub, 322 nəfər isə vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin rəsmisi Səadət Lari bildirib. Bununla da İranda yoluxanların ümumi sayı 539 min 670 nəfər, ölənlərin sayı isə 31 min 34-ə çatıb.

Müalicəsi davam edən 4 min 810-dan çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 436 min 675 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, İranda karantin rejimi yenidən sərtləşib. Tibbi maskadan istifadə etməyənlər cərimələnirlər. Tehran daxil olmaqla İranın 5 böyük şəhərinə müvəqqəti olaraq giriş-çıxış qadağan edilib.
Casusluq məqsədi üçün istifadəyə verilən VPN tətbiqi barədə XƏBƏRDARLIQMövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalar təhlükəsizlik xəbərdarlıqlarına baxmayaraq vətəndaşların VPN xidmətlərdən intensiv istifadəsi ilə müşahidə olunur.

Avrasiya.net xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı mübarizə mərkəzindən verilən məlumata görə, SkyVPN adlanan tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin əldə etməsi bu tətbiqin sadəcə VPN tətbiqi olmadığı və casusluq üçün də istifadə olunduğunu bir daha isbat edir.

Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.
Kılıcdaroğlu İlham Əliyevə məktub göndərdiTürkiyə Respublikasının Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücumları ilə başlayan, işğal altındakı ərazilərinizin azad edilməsinə yönələn hərbi əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirəm.

Təqribən otuz ildir işğal altında olan Vətən torpaqlarınızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində hissə-hissə azad edilməsini məmnunluqla izləyir, haqlı mübarizənizdə Sizi dəstəkləyirik. Vətən torpaqlarınızın işğaldan azad olunması münasibətilə Sizi indidən təbrik edirəm.

Beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin illərdir işğal altında qalmasına, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından qovulmasına həll yolu tapa bilmədi. Dədə-baba torpağında doğulmayan, o yerləri görməyərək böyüyən nəsillər bu gün Azərbaycanın ərazilərinin tamamilə işğaldan azad ediləcəyi günləri həyəcanla gözləyir.

Moskvada əldə edilən müvəqqəti humanitar atəşkəsin münaqişənin həlli üçün yeni imkan yaradacağına ümid edir, Ermənistanın işğal altında saxladığı torpaqlardan tamamilə və qeyd-şərtsiz çıxmasının vacibliyini vurğulayırıq. Əldə olunan atəşkəsin əksinə olaraq, Ermənistanın müharibəni Azərbaycanın bütün ərazisinə yaymaq üçün Gəncə, Bərdə, Mingəçevir kimi yaşayış məntəqələrinə raket hücumları təşkil edərək, mülki vətəndaşların ölümünə səbəb olmasını şiddətlə qınayırıq.

Tarix və beynəlxalq hüquq baxımından haqlı olan Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatiya sahəsində də üstünlüyünü davam etdirəcəyinə, haqlı mübarizəsini sonadək davam etdirərək Dağlıq Qarabağın yenidən ölkənizin tərkibinə daxil olmasını təmin edəcəyinə inanırıq.

Qəlbimiz Azərbaycanla döyünür. Ulu öndər Mustafa Kamal Atatürkün də vurğuladığı kimi, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”.

Ermənistan ordusunun daha iki polkovniki məhv edildiAzərbaycan hərbçilərinin torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin polkovnikləri Aşot Kazaryan və Geqam Qabrielyan məhv edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Aşot Kazaryan N saylı hərbi hissənin komandir müavini, Geqam Qabrielyan isə N saylı hərbi hissənin qərargah rəisinin müavinidir.
Azərbaycanda daha 584 nəfər virusa yoluxdu - 5 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 45 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 972 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar9 028, ötən müddət ərzində isə ümumilikdə 1 241 664 test aparılıb.
Mehriban Əliyeva xalqı təbrik etdiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə bağlı paylaşım edib.

Avrasiya.net xəbər verir ki, paylaşımda deyilir:

"Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!", - M.Əliyeva yazıb.
Yaxşı ki, bir çox ərazidən geri çəkildik... – OvannisyanErmənistan ordusu bir neçə istiqamətdə dərhal geri çəkildi.

Avrasiya.net xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannistan qeyd edib.

O, sosial şəbəkə hesabında bunu gülməli səbəblə “əsaslandırmağa” çalışıb:

“Bəli, biz bir çox ərazidən geri çəkildik. Bu, əla qərar idi”.

Ovannisyan dolayısı ilə geri çəkilməyəcəkləri halda bütün qüvvələrinin məhv ediləcəyinə işarə vurub.

Qeyd edək ki, Azərbaycan Ordusu bu gün Zəngilan şəhərini və daha 24 kəndi işğaldan azad edib.
Ermənistan bugünkü itkilərinin sayını açıqladıErmənistan Müdafiə Nazirliyi bu gün verdiyi itkilərin bəzilərinin adını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, nazirlik daha 43 əsgər itirdiyini elan edib və onların adlarını tirajlayıb.

Bununla da Ermənistan ordusu itkilərindən 772 əsgərin adını açıqlanmış olub.

Qeyd edək ki, Ermənistan ordusunun real itkisi 10 mindən çoxdur.
Diaspor Komitəsi bu gün KİV-lə əlaqələrini daha geniş spektrdə reallaşdırır Vəsilə Vahidqızı: “Hər gün yazılı və onlayn mediada xaricdə yaşayan azərbaycanlıların fəaliyyətilə bağlı müxtəlif xəbərlər dərc olunur”

Bu bir danılmaz faktdır ki, diaspor qurumlarımızın təşkilatlanmasında ən önəmli və əhəmiyyətli vasitə mətbuatdır. Amma Azərbaycan diaspor mətbuatının tarixini və bu gününü araşdıranda burada iki mövqdən yanaşmaq lazımdır: çap və elektron mediası.

Qeyd edək ki, Azərbaycan ziyalılarının mühacirət tarixi ilə diaspor mətbuatının tarixi təxminən eyni dövrə təsadüf edir. Bu da təsadüfi deyil. Belə ki, mürəkkəb və ziddiyyətli bir dövrdə yaşamalarına baxmayaraq milli əqidəyə sadiq qalan yüzlərlə vətənpərvər soydaşlarımız mühacirət etdikləri ölkələrdə gecə-gündüz ideoloji mübarizə aparıblar. Onlar bu mübarizələrini yaşadıqları ölkələrdə nəşr etdikləri qəzet və jurnallar vasitəsilə də davam etdiriblər.
Hazırda xarici ölkələrdə çalışan Azərbaycan milli mədəniyyət mərkəzləri, orada yaranan Azərbaycan mühacirət ədəbiyyatı, nəşr olunan ayrı-ayrı mətbu orqanlar, kütləvi informasiya vasitələri bir daha sübut edir ki, bu gün Azərbaycan diasporunun fəaliyyət dairəsi genişdir. Bir sıra ölkələrdə Azərbaycan dilində radio və televiziya verilişlərinin, ayrıca nəşriyyatların, qəzet, jurnal və saytların mövcudluğu Azərbaycan diasporunun böyük potensial gücə malik olduğunu sübut edir.

Bu məqamda onu da qeyd edək ki, əvvəlki illərlə müqayisədə bu gün KİV-də diaspor mövzusuna xüsusi diqqət göstərilir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq diaspor təşkilatlarının gördüyü işlərlə bağlı xəbərləri mediada yayır. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı da layihə çərçivəsində bizə müsahibəsində diaspor-KİV münasibətləri haqqında ətraflı məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsi həm yerli, həm də xarici KİV-lə əməkdaşlığa xüsusi önəm verir

Beləliklə, müsahibimiz öncə onu deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu gün mətbuatla və ümumiyyətlə, ictimaiyyətlə əlaqələrini daha geniş spektrdə reallaşdırır: “Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsinin multimedia mərkəzi yaradılıb və bura mətbuatla əlaqələr, sosial şəbəkələrdə, youtube kanalında iş, Diaspor TV və Diaspor FM daxil edilib. Daxildə görülən işlərə gəlincə deyək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin İTV ilə birgə layihəsi olan “Vətən uzaqda deyil” verilişi artıq üçüncü ildir ki, yayımlanır. Diaspor TV-nin çəkiliş qrupu dünyada pandemiya başlayana qədər onlarla ölkədə diasporun fəaliyyətilə bağlı çəkilişlər aparıb. Bu gün bu əlaqələr videoformatda davam etdirilir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yazılı media ilə sıx işləyir və demək olar ki, hər həftə Azərbaycan dövlətinin diaspor siyasətilə bağlı analitik yazılar dərc olunur. Yazılı və onlayn mediada hər gün xaricdə yaşayan azərbaycanlıların fəaliyyətilə bağlı müxtəlif xəbərlər dərc olunur. Eyni zamanda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, komitə rəhbərliyi dəyişəndən sonra xaricdə yaşayan minlərlə azərbaycanlının, Azərbaycana dost ölkələrin vətəndaşlarının ölkə mətbuatında çıxışları təmin olunub”.
Müsahibimizin sözlərinə görə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xarici mətbuatla əlaqələrini də geniş spektrdə qurub: “Xarici ölkələr və xarici mətbuata gəlincə deyə bilərik ki, hazırda həm Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, həm də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin diqqət göstərdiyi məsələlərdən biri də diaspor təmsilçilərimizin xarici ölkələrdəki yazılı və elektron kütləvi informasiya vasitələrinə çıxışını intensivləşdirmək, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırlmasında medianın rolundan geniş istifadə etməkdir. Nəzərinizə çatdırım ki, bu ilin iyulunda Ermənistanın növbəti hərbi təxribatından sonra xaricdəki diaspor təşkilatlarımızın təmsilçiləri xarici KİV-lərdə Ermənistanın işğalçılıq siyasəti haqqında çoxsaylı məqalə və müsahibələrlə çıxış edib. Eyni zamanda düşmənin sentyabrın 27-dən etibarən növbəti hərbi təxribatından sonra da xarici ölkələrdəki soydaşlarımız yazılı və elektron KİV-də mütəmadi yazılarla çıxış edirlər. Həmçinin, sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar, diaspor təşkilatlarımız bəyanat yayıblar ki, həmin bəyanatlar da xarici mətbuatda geniş işıqlandırılıb”.

Bununla bağlı görülən işlərin bir neçəsi barədə oxuculara məlumat verən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi aşağıdakıları qeyd edib: “Beləliklə, həmin günlərdə Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını yayıb. Eyni zamanda, Yaponiyanın bir sıra xəbər portallarına, beyin mərkəzlərinə və qeyri-hökumət təşkilatlarına da göndərilən məlumatlarda qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-hücum tədbirlərini həyata keçirir”.

Onun sözlərinə görə, İsveç Azərbaycanlıları Koordinasiya Şurası (İAKŞ) isə Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı təşkil edib.

Həmin tədbirdə işğalçı Ermənistan ordusunun cəbhəboyu ərazidə törətdiyi növbəti təxribatlar barədə ətraflı məlumat verilib, İsveçin media nümayəndələrinin sualları cavablandırılıb. Qeyd olunub ki, İsveç Jurnalistlər Birliyinin üzvlərinin, bloggerlərin, eləcə də konfransda iştirak edən təşkilat və dərnək nümayəndələrinin suallarına İsveç Azərbaycanlıları Koordinasiya Şurasının rəhbəri və İsveçdəki Azərbaycan diasporunun fəalları cavab veriblər.

(davamı növbəti sayımızda)

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Bu gün azad olunan şəhər və kəndlərimizin - Tam siyahısıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri!

Zəngilan bizimdir! Qarabağ bizimdir!