Ermənistan 8 min əsgərini itiribErmənistan Müdafiə Nazirliyi Qarabağ döyüşlərində məhv edilən əsgərlərindən daha 23-nün adını açıqlayıb.

Axar.az xəbər verir ki, nazirlik bununla Azərbaycanın Vətən müharibəsində məhv edilən əsgərlərindən 555-nin adını açıqlamış olub.

Qeyd edək ki, Ermənistan ordusunun 8 min əsgər itirdiyi haqda məlumat var.
Ərdoğan Putinə zəng etdi: Qarabağ müzakirə olunduTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

Kremlin rəsmi saytına istinadən xəbər veririk ki, tərəflər Qarabağdakı son döyüşləri müzakirə ediblər.

Tərəflər ATƏT-in Minsk qrupunun mövqeyi və baza prinsipləri əsasında münaqişənin həll olunmasının vacibliyini vurğulayıblar. Putin Minsk qrupunun üzvü kimi Türkiyənin Qarabağda gərginliyin azalması və atəşkəs razılaşmasının pozulmaması üçün öz töhfəsini verəcəyinə ümidini ifadə edib.
"İran və Azərbaycanın dostluq və qardaşlığı sonsuza qədər davam edəcək"Azərbaycan Respublikasının anlayışlı xalqı və KİV-lərinin diqqətinə çatdırılır ki, son günlər ərzində İran İslam Respublikasının yüksək rütbəli şəxslərinin açıq – aydın mövqe sərgiləməsinin və İran İslam İnqilabi Keşişkçiləri Korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəmin "Azərbaycan Respublikası müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır" açıqlamasının ardından iki ölkənin səmimi əlaqələrinə xələl gətirmək məqsədi güdən iki dost və qardaş ölkənin düşmənləri və bədxahları yalan məlumatlar yayaraq, bir qrup bacı, qardaşlarımızın narahatçılığına səbəb olmuşdur.

İranın Bakıdakı səfirliyindən Avrasiya.net-ə bildirilir ki, İranın Azərbaycan mövqelərini top atəşinə tutması, İranın Kaşan şəhərindən bir təyyarənin Qarabağa uçması və İranın Ermənistana hərbi yardım göstərməsi barədə xəbərlər qətiyyən doğru deyil və tamamilə əsassızdır.

Azərbaycan və İran xalqlarının bədxahları məşum media mexanizmlərindən istifadə etməklə ictimai rəyi aldatmağa və həqiqətləri gizlətməyə çalışırlar. Son günlər yüksək vəzifəli İran rəsmilərinin, xüsusən İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin və İran İslam İnqilabi Keşişkçiləri Korpusunun generallarının Azərbaycan Respublikasına dəstəkləyici açıqlamaları bu saxtakarların yalanlarını ifşa etdi və xainləri qorxu və təşvişə saldı. Çünki bu açıqlamalar iki ölkə xalqlarının düşmənlərinin maskasını cırdı və onların çirkin simalarını şərəfli Azərbaycan xalqı üçün aşkar etdi.

Azərbaycanın düşməninə qarşı hərbi əməliyyatlar aparılarkən, İrana qarşı da psixoloji təxribatçı əməliyyatlar aparılır. İranın bu həcmdə təbliğat hücumları və yalan və əsasən gülünc iddialarla üzləşməsi sual doğurur. İran və Azərbaycana qarşı olan bu psixoloji əməliyyatın mətbəxi haradır və kimlər tərəfindən idarə olunur? Şübhəsiz bu cür xəbərlərin əsas məqsədi iki ölkə arasında inkişafda olan münasibətlərin korlanması və düşmənlərin pis niyyətlərinə uyğun olaraq cəmiyyətdə panika yaratmaqdır. Onların məqsədləri, Azərbaycan Prezidentinin siyasi məsələlər üzrə köməkçisinin vurğuladığı kimi, hər iki ölkəyə xəyanətdir.

Biz İran və Azərbaycanın dost və qardaş olduqlarını bir daha vurğulayırıq və bu dostluq və qardaşlıq sonsuza qədər davam edəcək və heç kim onu poza bilməz. İranın Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsində və terrorizmlə mübarizədə dəstəyi davam edəcəkdir. Səfirlik bu yalan və əsassız xəbərlərin yayımlanmasını qətiyyətlə rədd edir və bu əsassız şayiələrin səbəbkarlarını qınayır.

"Bu gün virus daşıyıcısı olan varsa, ermənilərdir"Koronavirus pandemiyası həm işğal altında olan Azərbaycan ərazilərində, həm də Ermənistanda kifayət qədər problem yaradırdı. Paşinyan rejimi faktiki olaraq koronavirusa qarşı mübarizədə acizliyini nümayiş etdirirdi. Düşünmürəm ki, hansısa ölkədən gələn şəxslər işğal olunmuş ərazilərə qeyri-qanuni olaraq gəlsə də, virus daşıyıcıları olsun və onun yayılmasına təsir etsin.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Politoloq Ermənistana və Dağlıq Qarabağa gələn fransız jurnalistlərin COVID-19 daşıyıcıları olması barədə yayılan iddialara belə cavab verib:

“Bu gün virus daşıyıcısı olan varsa, ermənilərdir. Onlar təkcə koronavirus daşıyıcısı deyil, nasizmin, faşizmin, koronavirusdan daha dəhşətli ideyaların daşıyıcısıdırlar. Ermənilər Fransada yaşadıqları müddət ərzində bir çox fransız siyasətçilərini də virusa yoluxdurublar. Məncə, onların ciddi müalicəyə ehtiyacı var.

Fransız jurnalistlərin koronavirusu yayması və bunun müharibə vəziyyətində çətinlik yaratması barədə səsləndirilən fikirlər növbəti addımlar üçün nəzərdə tutulub. Ermənistan çox ciddi məğlubiyyətə uğrayıb və böyük itkilər verib. Oraya səfər edən jurnalistlər bu və ya digər şəkildə Ermənistan tərəfindən çıxış etsələr də, çıxışlarında və yazılarında bildirdikləri fikirlər onların maraqlarını təmin etməyə bilər. Bir neçə gün öncə Ermənistanda karantin və hərbi rejimin gücləndirilməsi və informasiya məhdudiyyətlərinin artırılması ilə bağlı qərar qəbul edilmişdi. Bu da o qərarın tərkib hissəsidir, sadəcə adını koronavirusla bağlayıblar. Həmin ərazilərdən bütövlükdə nəinki Fransa, digər media nümayəndələrini də kənarlaşdırmağa çalışırlar ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar haqqında Ermənistan cəmiyyəti xəbər tutmasın”.

Daha 8 kənd azad edildi - Prezident Tvitter-də YAZDI - SİYAHI“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Tvitter” səhifəsində yazıb.
Daha 8 kənd azad edildi - Prezident Tvitter-də YAZDI - SİYAHI

Kəlbəcərdə məhv edilən “Elbrus” raketi Ermənistandan gətirilib“Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağı keçsə, məsafəsi Bakını da ötə bilərdi”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi general-mayor İkram Əliyev bildirib.

Onun sözlərinə görə, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd "Toçka-U" taktiki raket kompleksi məhv edilib:

“Oktyabrın 14-də gecə saat 1 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib "Elbrus" raketi Dağlıq Qarabağa gətirilərdisə, Bakıya da çatardı. Kəşfiyyat məlumatlarına görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir”.
Bu ərazilər azad olundu, tezliklə yeni xoş xəbərlər olacaqBu gün Füzuli rayonun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndlərinin işğaldan azad olunması o deməkdir ki, qoşunlarımız Cəbrayıl və Hadrud istiqamətində yüksəkliklərə tam nəzarət edir. Bu isə Ordumuzun daha da irəlləyəcəyi və tezliklə yeni xoş xəbərlərin olacağı anlamına gəlir.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Füzuli rayonundan seçilən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

"Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilməsi Qarabağımız uğrunda savaşda strateji mövqelərimizi daha da gücləndirir. Çünki bu bizim keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində möhkəmlənməyimiz deməkdir.

Qeyd edək ki, Xocavənd rayonunun ümumi sahəsi 1458 kv/km, əhalisi 41.725 min nəfərdir. İşğaldan öncə sözügedən rayonda 11 min azərbaycanlı yaşayırdı. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon mərkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Rayonun böyük iqtisadi və turizm potensialı mövcuddur.

Qarabağ Azərbaycandır! Qələbə Bizimlədir!" - deputat bildirib.
Ermənistanın 2 milyardlıq silah-sursatı sıradan çıxarılıbSentyabrın 27-dən başlayaraq gedən döyüşlərdə Ermənistanın 2 milyard dollarlıq hərbi silah-sursatı sıradan çıxarılıb.

Avrasiya.net xəbər verir ki, bunu ötən gün Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, iki həftə ərzində düşmənin 200-dən çox tankı məhv edilib, 33 tank qənimət kimi götürülüb, 2 ədəd S-300 qurğusu məhv edilib: “Qiymətini hər kəs bilir. 35 ədəd hava hücumundan müdafiə sistemi olan OSA, TOR, KUB, KRUQ, karqo maşınları, tank əleyhinə silahlar məhv edildi. Ancaq məhv edilən və qənimət götürülənlər 2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan bu pulu hardan tapdı? Sən bunu pulla aldın? Xeyr, sənə bunu verdilər. Kim verdi, bunu hər kəs bilir və verirlər, davam edir. Tovuz rayonunda iyulun 16-da döyüşlər dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silahlar daşımağa başladı.

Ermənistanın pul ehtiyatı 1,5 milyard dollardır, vəssalam, onun başqa pulu yoxdur. Xarici dövlət borcu təxminən 8 milyard dollardır. Yəni bu ölkə iflas edib. Hardandır bu qədər silah? Bu, hələ məhv edilənlərdir, hələ nə qədəri məhv ediləcək. Əgər savaş davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik. Onlar nə qədər tez dayansalar, o qədər tank, top qoruya bilərlər. Rusiyanın Ermənistanda hərbi bazası var, orada 5 min əsgər var. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yox. Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri mühafizə edir. Azərabycan sərhəddində Türkiyə sərhədçiləri var? Yox. Ona görə qoy bizi heç kim ittiham etməsin. Necə deyərlər, açarıq sandığı, tökərik pambığı”.
Paşinyandan sensasion etiraf: Təklifi rədd etdik, əvəzində…Azərbaycanın Qarabağla bağlı təklifindən imtina etmişdik.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib. O, bir zamanlar Azərbaycanın əvvəlcə Qarabağ ətrafındakı 5 rayon, daha sonra iki rayonun qaytarılmasını və Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiqlənməsini istədiyini bildirib:

“Yəni rayonları status qarşılığında yox, sülh qarşılığında vermək lazımdır. Əks halda müharibə olmalıydı. Bizim hakimiyyət bundan imtina etdi, bu, bizim üçün qəbuledilməz idi”, – deyə o bildirib.

Paşinyan Qarabağdakı döyüşlərin hansı istiqamətdə gedə biləcəyini əvvəlcədən müəyyən edə bilmədiklərini deyib.

O, həmçinin Azərbaycanın cəbhədə uğur qazandığını da etiraf edib:

“Biz anlamalıyıq ki, çox çətin situasiya yaranıb. Mən bunu sizə həqiqəti ötürmək və birləşməyimiz üçün deyirəm”.

O, çıxışı zamanı Rusiya, Fransa və ABŞ-a vasitəçiliyə görə təşəkkür edib.
Ölkəmizdə koronaya yoluxanların sayı kəskin artdıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, bu gün COVID-19-dan 4 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 42 min 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 564 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 193 min 870 test aparılıb. Bugünkü test sayı isə 6 734-dir.