Sizin Reklam Burada

"İzmirdə yaşlı nəsil diaspor üzvləri gənclərə çox böyük dəstək göstərirlər"

"İzmirdə yaşlı nəsil diaspor üzvləri gənclərə çox böyük dəstək göstərirlər"Zəminə Babayeva: "Diaspor quruculuğu istiqamətində atılan addımlar Azərbaycan mədəniyyətinin xaricdə daha geniş şəkildə təbliğinə də təkan verir"

Türkiyənin İzmir şəhərində ölkəmizi digər sahələr kimi, musiqi sahəsində də təmsil edən gənc soydaşlarımız var. Onlar eyni zamanda könüllü olaraq diaspor işində də aktivlik göstərirlər.

Müsahibimiz Zəminə Babayeva belə gənclərimizdən biridir.

Xatırladaq ki, Zəminə Babayeva atası hərbiçi olduğundan 1989-cu ildə xaricdə - Tacikistanın Nurek şəhərində anadan olub. 2009-2013-cu illərdə Azərbaycan Milli Konservatoriyasının Kanon müəllimi və solisti fakültəsində təhsil alıb. 2013-2018-ci illərdə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında magistr təhsil alıb. Hazırda həmin konservatoriyada eyni sahə üzrə doktorantura üzrə təhsilini davam etdirir. Bununla yanaşı, bir sıra yerli və beynəlxalq konsertlərdə və musiqi müsabiqələrində iştirak edib. Müsahibimiz dedi ki, o, İzmirdə gənc diaspor könüllüsü olaraq da tədbirlərə qatılır və mədəniyyət sahəsində təbliğat işi aparır.

- Hazırda Azərbaycanın diaspor quruculuğu istiqamətində həyata keçirilən siyasəti və xaricdəki azərbaycanlı gənclərin, o cümlədən gənc könüllülərin bu sahəyə cəlb olunması üçün atılan addımları necə dəyərləndirirsiniz?

- Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi dövlətimizin diaspor quruculuğu siyasətinin əsas tərkib hissəsidir. Qeyd edim ki, dövlətin diaspor siyasətini həyata keçirən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) rəhbərliyindəki dəyişiklilkdən sonra diaspor quruculuğu işində əhəmiyyətli yeniliklər baş verib. Bu yeniliklər özünü diaspor təşkilatlarının fəaliyyətindəki aktivlikdə də büruzə verir. Eyni zamanda DİDK tərəfindən diaspor quruculuğu işinə xaricdəki azərbaycanlı gənclərin cəlb olunması müsbət yenilk kimi qiymətləndirilməlidir. Gənclərin bu fəallığı diasporun gücünə güc qatıb. Məlum olduğu kimi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək istiqamətində bir sıra layihələr həyata keçirilib. Və bütün bunlar da diaspor təşkilatlarının fəaliyyətinə əlavə güc qatıb. Onlar Azərbaycanın haqq səsinin müdafiəsi, erməni terrorizminin ifşa olunması ilə bağlı həmrəylik nümayiş etdirir. Onu da qeyd edim ki, DİDK tərəfindən xarici ölkələrdə Koordinasiya Şuralarının yaradılması diasporumuzun birliyi və həmrəyliyi üçün atılmış mühüm addımdır. Məhz bunun nəticəsidir ki, istər iyul hadisələri zamanı, istərsə də sentyabrın 27-dən Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan diasporu müxtəlif ölkələrdə qanuni şəkildə etiraz aksiyaları keçirməklə ermənilərin layiqli cavabını verir. Əlbəttə ki, diasporumuzun belə birlik və güc nümayiş etdirməsi hər birimizi qürurlandırır.
Sualınızın ikinci hissəsinə gəlincə, deyim ki, hazırda Azərbaycanda yüksək səviyyədə gənclər siyasəti həyata keçirilir və dövlətin gənclər siyasətində könüllülük hərakatına da xüsusi yer tutur. Çünki könüllülərin əksəriyyəti gənclərdən ibarətdir. Bu baxımdan gənclərə böyük etimad göstərilir. Bu konteksdə hazırda DİDK də dövlətin diaspor siyasətinin reallaşdırılması istiqamətində görülən işlərə gənc könüllülərin cəlb edilməsinə xüsusi önəm verir. Qeyd edim ki, DİDK-nin gənclərin fəaliyyətinə geniş imkanlar yaratması, layihələrdə gənclərə daha çox yerin verilməsi bizim üçün böyük motivasiyadır. Ayrıca DİDK tərəfindən xaricdəki gənclərin bir güc halına gəlməsi, vətənlə əlaqələrinin möhkəmlənməsi istiqamətində də önəmli addımlar atılır. Bu baxımda DİDK-nin təşkilatçılığı ilə xaricdəki gənclər üçün Yay Düşərgələrinin təşkil edilməsi çox müsbət nümunədir.

- Bu işlərin konteksində İzmirdəki azərbaycanlı gənclərin diaspor fəaliyyətində rolunu qənaətbəxş hesab etmək olarmı?

- Öncə onu deyim ki, bu gün diaspor gəncləri potensial gücə çevrilib. Gənc könüllülərin də diaspor işində iştirakı hədəflərə gedən yolu daha da sürətləndirir. Ümumiyyətlə, gənc könüllülərin diaspor işinə cəlb olunması bu sahəyə yeni nəfəs gətirir. Bu baxımdan İzmirdəki Azərbaycan diaspor təşkilatlarında da fəal gənc könüllülərimiz var. Biz gənclər Azərbaycan vətəndaşı olaraq İzmirdə keçirilən tədbirlərdə milli dəyərlərimizi təbliğ edirik.

- Bəs, yaşlı nəsil diaspor üzvləri gənclərin fəaliyyətinə nə kimi dəstək göstərir?

-Çox gözəl bir məqama toxundunuz. Əlbəttə ki, İzmirdə yaşlı nəsil diaspor üzvləri gənclərə çox böyük dəstək göstərirlər. Mən İzmirə magistratura təhsilinə gəldikdən bir müddət sonra Cemal Mehmetxanoğlu vasitəsilə Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyinin sədri Cəvahir xanım Əhmədova ilə tanış oldum. İlk zamandan mənə ana qayğısıyla yanaşdı. Yeri gəldiyində maddi dəstək də oldu. Onun əməyi üzərimdə çoxdur. Burada Dünya Azərbaycanlılarının Həmrəylik günü , Novruz bayramı, eləcə də bizlər üçün böyük məna daşıyan 28 May - Respublika Günündə Cəvahir xanım tədbirlər keçirib, bizləri bir araya gətirib.

- Azərbaycan mədəniyyətini İzmirdə necə tanıdırsız?

- Öncə onu deyim ki, diaspor quruculuğu istiqamətində atılan addımlar Azərbaycan mədəniyyətinin xaricdə daha geniş şəkildə təbliğinə də təkan verir. Bu addımlardan güc alaraq bu günə kimi İzmirdəki bir çox festivallarda mədəniyyətimizin təbliği istiqamətində önəmli addımlar atmışıq. Belə ki, İzmirdə və doktorantrura pilləsində təhsil aldığım Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyasında, eləcə də yerli bələdiyyələrlə əməkdaşlıq nəticəsində həmin festivallarda Azərbaycandan musiqi və rəqs qruplarını dəvət etmişəm. Eyni zamanda İzmirdə Milli Eğitim Müdürlüyü orkestrində könüllü şəkildə Azərbaycanı kanon sənətçisi olaraq təmsil etməkdəyəm.

Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN)"Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər