Sizin Reklam Burada

Qüdrət Həsənquliyevdən “Qaçqınların yürüşü” təşəbbüsü

Qüdrət Həsənquliyevdən “Qaçqınların yürüşü” təşəbbüsü“Ən azı 100 min qaçqının Minsk qurupunun həmsədri olan ölkələrin Bakıdakı səfirliklərinin qarşısından keçməklə etiraz aksiyası keçirib öz evlərinə qayıtmaqlarını tələb etməsi, sonda Türkiyə səfirliyi qarşısına gedib qardaşlarımıza verdikləri dəstəyə görə təşəkkür etmək istəklərinə hökumət müsbət reaksiya verərsə bu çox yaxşı olar”

ABŞ-da Afrika mənşəlilərin qaldırdığı şüarlar kimi ( Black Lives Matter) biz də plakatlar qaldırardıq ki, azərbaycanlıların da həyatı məna kəsb edir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxucularımıza təqdim edirik:

- Qüdrət bəy, Qarabağın azadlığı uğrunda döyüşlər başlanandan sonra mətbuata Rusiyanın vasitəçi ölkə kimi neytral qalmasından məmnunluğunuzu ifadə etmişdiniz. Atəşkəs elan olunandan sonra münasibətiniz dəyişməyib ki?

- Rusiya dünyanın hərbi supergüclərindən biri olmaqla yaxın qonşumuzdur. Həmin ölkədə bizim iki milyona qədər soydaşımız yaşayır. Ciddi tarixi, mədəni, iqtisadi əlaqələrimiz var. Ona görə də hər zaman Rusiya ilə yaxşı münasibətlərin tərəfdarı olmuşam. Azərbaycan iqtidarı da Qarabağ probleminin həllində Rusiyanın Ermənistanın hərbi-siyasi müttəfiqi kimi xüsusi rolunu və Minsk qurupunun həmsədri olmasını nəzərə alıb bu ölkə ilə münasibətlərin yüksək səviyyədə olması üçün böyük səylr göstərib. Təəssüf ki, Rusiya da münaqişənin həllinə kömək etməli olan digər həmsədr ölkələr kimi münaqişənin həllindən çox onun dondurulmuş vəziyyətdə qalmasında maraqlı olub. Belə hesab ediblər ki, bu halda hər iki respublika onlardan asılı vəziyyətdə qalacaq və bu siyasətlə indiyə qədər istədiklərinə nail də olublar. Ona görə zaman-zaman Azərbaycan iqtidarını səsləmişəm ki, Rusiya ilə açıq danışmaq lazımdır. Rusiya problemin həllinə imkan verərsə biz regionda Rusiyanın maraqlarını müdafiə edə bilərik. Yox, Rusiya mövqeyini dəyişməsə o zaman Azərbaycan Avropa İttifaqına inteqrasiya yolu tutmalı, NATO-ya üzvülük üçün müraciət etməli, neytrallıq siyasətindən imtina edib Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi istiqamətində konkret addımlar atmalıdır. Bu zaman Rusiyanın yeni hərbi təxribatlarından, hətta Qarabağdakı qondarma rejimi tanıması ehtimalından belə çəkinməməliyik. Rusiyanın onu tanıyıb tanımaması heç nəyi dəyişmir. Gürcüstandakı seperatçı rejimləri tanıması nəyi dəyişdi ki? Amma Gürcüstanı əbədi düşmənə çevirdi. İndi Gürcüstanda hakimiyyət naminə xalqının maraqlarını satanlar, yaxud satmaq istəyənlər də xalqın qəzəbindən çəkinərək Rusiya ilə yaxınlaşa bilmir.
Rusiya Ermənistana kömək etməklə bizə xəyanət etsə, deməli bu ölkəyə heç zaman güvənmək olmaz. Hazırda Rusiyanın iştirakı ilə humanitar məqsədlərlə atəşkəs barədə razılaşmaya görə onları ittiham etmək olmaz. Bu bizə də lazım idi. Humanitar atəşkəsə razılıq verməklə həm də növbəti dəfə nümayiş etdirdik ki, Rusiyanın təşəbbüsünə hörmət edirik və nə qədər ki, bu təşəbbüslər Azərbaycanın milli maraqlarına ziyan vurmur Rusiyanın regiondakı və dünyadakı nüfuzuna nəinki zərbə vurmaq fikrində deyilik, əksinə yüksəlməsində maraqlıyıq. Amma atəşkəsdən sonra Gəncəyə ballistik raketlə zərbə endirən Ermənistana münasibətdə Rusiyanın mövqeyində dəyişiklik olmasa və Rusiya Ermənistana dəstək verməklə Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə imkan verməsə, o zaman qəti sözümüzü deməliyik.

- Siz necə düşünürsünüz Rusiyanın neytral qalacağına dair əminlik olmasaydı Azərbaycan əks-hücuma keçərdimi?

- Biz istənilən dövlətin, o cümlədən Rusiyanın münasibətindən asılı olmayaraq torpaqlarımızı azad etməliyik. Sualınıza gəldikdə isə onu deyə bilərəm ki, vaxtilə Azərbaycan Respublikası Prezidenti Rusiya televiziyalarından birinə verdiyi müsahibədə xüsusi vurğulamışdı ki, o Prezident Putinə inanır. Rusiyadan Ermənistana silah daşınsa da hələlik onun yanılmadığı ortadadır. Rus ordusu döyüşlərə qatılmayacaqsa biz işğalçıları ölkəmizdən qovacağıq. Qoşulacağı təqdirdə isə Türkiyənin köməyi ilə bunu edəcəyik. Amma Putin söylədi ki, Rusiyanın münaqişəyə qatılması üçün heç bir əsas yoxdur,ç ünki müharibə Azərbaycanın ərazisində gedir. Onu da xüsusi vurğuladı ki, böyük siyasətdə dostlar yoxdur, maraqlar var. Putin görür ki, Azərbaycan səmimi və etibarlı tərəfdaşdır. Ermənistan barəsində isə bunu demək olmaz. Paşinyan Qarabağı işğal altında saxlamaq üçün Rusiyadan istifadə etsə də addım-addım Ermənistanı Rusiyadan uzaqlaşdırır. Bizim Rusiya ilə strateji tərəfdaş olmamız və Rusiyanın vasitəçilik missiyası tələb edir ki, Rusiya haqlı olan Azərbaycanı müdafiə etməsə də heç olmasa bitərəf qalsın. Rusiyanın neytral qalacağına ümid burdan qaynaqlanır. Rusiya neytrallığını qoruyub saxlamasa onunla münasibətlərə yenidən baxmalıyıq və bundan sonra strateji tərafdaşlıqdan söhbət belə gedə bilməz. Biz torpaqlarımızın azadlığı üçün xarici təzyiqlərə sinə gərib, çox qətiyyətli davranmasaq ölkəmizin taleyi çox qaranlıq olacaq.

Biz Rusiyanı seçim qarşısında qoysaq Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizi olan Azərbaycana və onun təbii müttəfiqi Türkiyə ilə dostluğa üstünlük vermə ehtimalı çox yüksəkdir. Ermənistan onsuz da Rusiyanın orbitindən uzaqlaşa bilməz. Qərb zəngin erməni diasporasına görə Ermənistanı nə qədər çox sevsə də onun işğalçılıq siyasətini dəstəklədiyinə görə Rusiyaya çox şey verməyəcək, sanksiyaları da aradan qaldırmayacaq. Amma Rusiya Azərbaycanla dostluq edib ona mane olmasa, bu həm iqtisadi baxımdan faydalı olar, həm də digər anoloji problemləri olan ölkələr anlayacaqlar ki, öz problemlərini Rusiya ilə dost olmaqla həll etmək daha asandır. Əksini görsələr, Rusiyadan qorxu və ona nifrət bir az da artacaq. Rusiya düşmən xalqlarla əhatə olunacaqdır. Putin ağıllı adamdır, düşünürəm düzgün seçim edəcək. Regionun inkişafı və sabitliyi Türkiyə, Rusiya və Azərbaycanın dostluq münasibətlərindən çox asılıdır.

- Rusiyadakı və Qərbdəki ermənipərəst dairələr Putinə təzyiq edir ki, Qarabağda humanitar fəlakət yaşanır,insanlar ev-eşiklərini tərk edir və s. Putindən tələb olunur ki, Azərbaycanı dayandırsın. Bu vəziyyətdə biz nə etməliyik?

- Bu tipli siyasi riyakarlığı təbliğ edən rus kanallarından birinə bizim xalq yazıçısı Çingiz Abdullayev çox gözəl cavab verdi. Dedi ki, hansı humanizmidən, insanlıqdan danışırsınız. Dağlıq Qarabağ və ətraf rayonlardan 700 mindən çox insan ermənilərin etnik təmizləmə siyasəti nəticəsində ev-eşiyindən qovulanda harada idiniz. Onların taleyi sizi narahat etmir? Hesab edirəm “Qaçqınların yürüşü” kimi ən azı 100 min qaçqının Minsk qurupunun həmsədri olan ölkələrin Bakıdakı səfirliklərinin qarşısından keçməklə etiraz aksiyası keçirib öz evlərinə qayıtmaqlarını tələb etməsi, sonda Türkiyə səfirliyi qarşısına gedib qardaşlarımıza verdikləri dəstəyə görə təşəkkür etmək istəklərinə hökumət müsbət reaksiya verərsə bu çox yaxşı olar. Hamı tibbi maska geyinərsə və hərbi komendant təhlükəsizliyə təminat verərsə belə aksiyanı sanksiyalaşdırmaq məqsədəuyğun olardı. Onlar varlıqlarını dünyaya bir daha çatdırardı. ABŞ-da Afrika mənşəlilərin qaldırdığı şüarlar kimi ( Black Lives Matter) biz də plakatlar qaldırardıq ki, azərbaycanlıların da həyatı məna kəsb edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər