Ölkəmizdə 56 nəfər koronadan dünyasını dəyişdiHazırkı dövrədək Azərbaycanda 4 min 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölümAzərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284.669 test aparılıb.
"Azərbaycanın uğurları bəzi beynəlxalq təşkilatlarda siyasi qıcıq yaradır"Anar MƏMMƏDOV,
Milli Məclisin deputatı

Azərbaycan dövlətinin davamlı inkişafı, müstəqil və qətiyyətli siyasət yürütməsi xüsusən də son aylarda koronavirusla mübarizə tədbirləri bəzi beynəlxalq təşkilatlarda siyasi qıcıq yaradır. Onlar daim ölkəmizə, onun nüfuzuna yönəlik ikili standartlarla çıxış etməklə, eyni zamanda, islamofobiyanın genişlənməsinə də rəvac verirlər. Artıq inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutan Azərbaycanda sosial – iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atır. Bu uğurların əsasında isə ilk növbədə ölkədə mövcud olan ictimai – siyasi sabitlik dayanır. Əfsuslar olsun ki, bizim uğurlarımızın miqyası genişləndikcə bəzi ermənipərəst dairələr də ölkəmizin nüfuzuna xələl gətirmək üçün əks hücuma keçirlər. Bu kimi qərəzli təşkilatların önündə isə “Amnesty İnternational” adlı beynəlxalq təşkilat gəlir.

Bu gün “Demokratiya çətiri” altında pərdələnən “Amnesty İnternational” adlı bir təşkilat koronavirus (COVID-19) pandemiyasından alət kimi istifadə etməyə çalışır və “qara piar” kampaniyasına başlayıb. Təəssüf hissi ilə qeyd etməliyəm ki, belə antiazərbaycançı təşkilatlar öz ölkələrindəki insan haqları problemlərindən diqqəti yayındırmaq, beynəlxalq ictimai rəyi məşğul etmək üçün Azərbaycan kimi ölkələri hədəf alırlar. Ancaq hər dəfə məqsədləri, niyyətləri ürəklərində qalır. Odur ki, onların qarayaxma planları yeni bir proses deyil.

“Amnesty İnternational” kimi ermənipərəst təşkilatın yaydığı bəyanata görə Azərbaycan hakimiyyəti müxalifətyönlü və vətəndaş fəallarına, müstəqil jurnalistlərə qarşı genişmiqyaslı təqib kampaniyasına başlamaq üçün COVİD-19 pandemiyasından istifadə edib. Hökumətin koronavirusa qarşı mübarizə tədbirlərini tənqid edənlər təqiblərə məruz qalıb. Lakin bu sırada bir məqam yaddan çıxarılır ki, Azərbaycan insan hüquq və azadlıqlarının qorunması yolunda inamla addımlayır.

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi mərasimindəki nitqində dediyi kimi: "Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik". Odur ki belə qərəzli bəyanatlar, ikili standartlar prinsipi, “qara piar” kampaniyası heç bir nəticə verməyəcək, qərəzli çağırışların heç bir effekti olmayacaq. Çünki nəyəsə etiraz edəndə ilk öncə onun səbəbini ortaya qoymalısan.

Onların ortaya qoyduğu səbəbləri isə bizlər görürük və müəyyən edirik ki, bütün bunlar tamamilə əsassız və mənasızdır, çünki ölkəmizdə bütün hüquq və azadlıqlar qorunur, heç kim öz siyasi fəaliyyətinə və siyasi baxışlarına görə təqibə məruz qalmır. Karantin rejimi ərəfəsində isə həbs olunanlar birbaşa qanun pozuntusuna yol verdiklərinə görə məsuliyyətə cəlb olunmuşdular. Unutmaz olmaz ki, Azərbaycan hüquqi dövlətdir və kimliyindən asılı olmuyaraq hər kəs qanun qarşısında bərabərdir.

Əgər kimsə bu gün müxalifət düşərgəsində təmsil olunub, özünü toxunulmaz sayırsa bu, tamamilə yalnış münasibətdir. Belə bir zamanda isə ermənipərəst kampaniya aparanların özləri də bilirlər ki, müvəffəqiyyətli bir nəticə əldə edə bilməyəcəklər. Bu, sırf düşmənin xarakteri və xislətidir. Biz bu təşkilatların keçmişdə belə çirkin hərəkətlərinin dəfələrlə şahidi olmuşuq. Bu gün də belə cəhdlərin şahidi oluruq.

Ümumiyyətlə, onlar Azərbaycanın uğurlara imza atmasını həzm edə bilmirlər. Əgər onlar həqiqətən də insan hüquq və azadlıqlarının qorunmasına görə narahat olsaydılar o zaman Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirib, Ermənistan dövlətinə qarşı formal çağırış edərdilər. Odur ki, adıçəkilən bu təşkilatın hər hansı bəyanatı Azərbaycan üçün meyar sayıla bilməz. Bəyanatın məzmunundan açıq şəkildə anlamaq olur ki, kimlərinsə həbsini siyasiləşdirib divident qazanmaq istəyənlər yenidən öz əməlləri ilə xalqın iradəsinə qarşı çıxırlar.

Belə ki “Amnesty İnternational”ın ermənipərəst mövqeyi və anti-Azərbaycan dairələrin sifarişini yerinə yetirdiyi dəfələrlə sübüt olunub. Bu təşkilat haqqında artıq belə bir qəti rəy formalaşıbdır ki, o, islamofobiya xəstəliyinə yoluxmuşdur və insan haqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldur.
İran XİN Azərbaycan xalqını təbrik edibİran Xarici İşlər Nazirliyi (XİN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net-in məlumatına görə, bu barədə İran XİN-in "Twitter" hesabında bildirilib.

"Respublika Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq. Bu önəmli günüdə Azərbaycan xalqına əbədi sülh və firavanlıq arzu edirik”, - deyə oqeyd edilib.

Bərabər yaşadığı qadını döyən jurnalist saxlanıldıŞirvan Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızının şikayəti əsasında əvvəllər qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunu saxlayıb.

Avrasiya.net APA-ya istinadən bildirir ki, şikayətində 26 may saat 13.00 radələrində M. Nağıyevin qadının satıcı işlədiyi telefon mağazasına gələrək, onu insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirdiyini bildirib. Keçirilən istintaq tədbirləri nəticəsində Mürhüseyn Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər və şahidlərin izahatları əsasında saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin istintaq tərəfindən müəyyən edilib ki, M.Nağıyev 2012-ci ildən 2018-ci ilədək A.Məmmədli ilə qeyri-rəsmi nigahda yaşayıb.

Mirhüseyn Nağıyev “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur.

Qeyd edək ki, saxlanılan şəxsin qadını döyməsi kadrları sosial şəbəkələr üzərindən geniş yayılıb.
Xüsusi Dövlət Mühafizə Xidmətinin “əməkdaşı” İFŞA OLUNDUÖzünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, mayın 28-də gecə saat 3 radələrində Yasamal rayonu ərazisində xidmət aparan DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları hərbi geyimdə olan bir nəfəri baş nahiyəsindən xəsarət almış halda yolun kənarındakı səkidə oturmuş vəziyyətdə görüb ona yaxınlaşıblar.

Həmin şəxs, özünü polis əməkdaşlarına Xüsusi Dövlət Mühafizə Xidmətinin bölük komandiri kimi təqdim edib. O, sərxoş və yaralı vəziyyətdə olduğuna görə asayiş keşikçiləri tibbi yardım göstərilməsi məqsədi ilə dərhal hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimlərini dəvət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxsin üzərində xidməti vəsiqənin olmaması polis əməkdaşlarında əsaslı şübhələr yaranmış və o, müvafiq araşdırmaların aparılması məqsədilə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Ağdaş rayon Korarx kənd sakini Elmir Əhmədov olması və XDMX-nın əməkdaşı olması barədə verdiyi məlumatın tamamilə yalan olduğu müəyyən edilmişdir.

E.Əhmədov izahatında xüsusi karantin rejimi dövründə nəzarət postlarından sərbəst və maneəsiz keçmək üçün bu formadan istifadə etdiyini etiraf edib.

Araşdırmalar zamanı o da müəyyən edilmişdir ki, E.Əhmədov mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə Ağdaş RPŞ tərəfindən də axtarışdadır.

Faktla bağlı Polis Şöbəsində müvafiq araşdırmalar aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.
Prezidentdən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi28 May - Respublika günündə Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi olaraq bu kateqoriyadan olan vətəndaşlara 100 mənzil, habelə Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şərati yaradılıb.

Mənzil və avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu qeyd edib.

V.Nəsirli ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın güclü sosial siyasətə malik olduğunu vurğulayıb, Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edib. O, koronavirus epidemiyası dövründə ölkəmizdə reallaşdırılan geniş miqyaslı sosial dəstək tədbirlərini diqqətə çatdırıb. V.Nəsirli bildirib ki, dövlət başçısının tapşırığı əsasında bu il də bütün sosial proqramlar tam icra edilməklə, bu proqramların əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunacaq.

Nazir müavini qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığı əsasında, 2020-ci ildə isə bu kateqoriyadan olanlara azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Onlardan bu gün artıq 100 mənzil təqdim edilir. Beləliklə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7700-dək mənzil və fərdi ev təqdim edilib.

Bildirilib ki, Nazirlik tərəfindən müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu gün daha 50 avtomobil müharibə əlillərinə təqdim edilir. (Bölgələrdə yaşayan Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan avtomobillər karantin dövrünün tələbləri nəzərə alınaraq, onlara Neftçala rayonunda verilir.)

Bununla da Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6800 avtomobil verilib.

Tədbirdə şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Eldar Əzizovdan yeni təyinatBakı şəhər rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə yeni rəis təyin edilib.

Avrasiya.net Unikal.org-a istinadla xəbər verir ki, Bakı şəhər İcra Başçısı Eldar Əzizovun müvafiq əmri ilə Anar Tağıyev bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, bundan əvvəl Əhaliyə Vətəndaşlıq Xidməti Trestin rəisi Cavanşir Tağıyev olub.
Prezident və xanımı yeni kompleksin açılışındaBakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qrup məcburi köçkünlə görüşüblər.

Prezident İlham Əliyev görüşdə çıxış edib.