Sizin Reklam Burada

İndoneziyanın dövlət başçısı İlham Əliyevi təbrik etdi

İndoneziyanın dövlət başçısı İlham Əliyevi təbrik etdiİndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net-in məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikasının xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Qoy Uca Allah xalqınıza hər zaman tərəqqi və firavanlıq bəxş etsin.

Ümid edirəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər xalqlarımızın rifahı naminə inkişaf etməkdə davam edəcək.

Sizin Qoşulmama Hərəkatında sədrliyinizi, xüsusilə də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, videokonfrans vasitəsilə keçirilmiş sammitin təşkil edilməsi təşəbbüsünüzü yüksək dəyərləndirdiyimi bildirmək istəyirəm. İnanıram ki, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələr arasındakı əməkdaşlıq bu çətin zamanlarda daha da güclənəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı, Sizə möhkəm cansağlığı və rifah arzularımı qəbul edin".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər