ABŞ-da bir gündə mindən çox insan koronadan öldü
Dərc olunub:
28-05-2020, 09:20
ABŞ-da gün ərzində daha 1144 nəfər koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.
Ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 101 min 746-ya çatıb.
Hazırda ABŞ-da 1 milyon 739 mindən çox koronaviruslu xəstə var.