Şəmkirdə silahlı insident olubŞəmkirdə silahlı insdent baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Qaranü kəndində qeydə alınb.

Sözügedən kənddə güllələnmə nəticəsində xəsarət alanın olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanları və təcili tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
Təhqir mərdimazar və acizlərin  özünü ifadə formasıdırÖlkəmizin koronavirusla mübarizə apardığı çətin günlərdə təəssüflər olsun ki, ara-sıra bəzi şəxslərin tərəfindən bir millətə və bögənin sakinlərinə qarşı ksenofob, kobud təhqiredici və etikadan kənar yazılarının şahidi oluruq.

Bu “patriot” iddialı kor-koranə nasionalist və nasist düşüncəli insanlar, demokratik şəraitdə olan ölkəmizin söz azadlığından suistifadə edib sosial media üzərindən bir vətəndaş xalqın şərəfini alçaltmaq, hisslərinə toxunmaq məqsədi ilə təhqir və böhtan qarışıq ifadələrlə dolu yazılar paylaşırlar.

Belə vəziyyətdə onlarla vətəndaşı olduğumuz dövlət və təhqir olunan xalqımızın nümayəndəsi necə davranmalıdır?
Dövlətin müvafiq orqanları bir xalıqın milli mənəvi dəyərləri açıq-açığına təhqir edilərkən, həmin millətin nümayəndələrinin hissləri ilə oynadıldıqda, qəti şəkildə cinayət məsuliyyətinə cəlb etməli, təhqiramiz ifadələr işlədən kimliyindən, vəzifəsindən və şəxsiyyətindən aslı olmayaraq, ölkə qanunları çərçivəsində qanunla cəzalandırılmalıdırlar. Bu halın təkrarlanmaması üçün mütləq ölçü götürülməlidir.

Bir vətəndaş və xalqımızın bir nümayəndəsi olaraq mənə görə təhqirə təhqirlə cavab vermək, azacıq fərqli olsa da müəyyən qədər səhvi təkrarlamaq, vəziyyəti daha da gərginləşdirməkdən ibarətdir. Belə halda təhqiredici ifadələr işlədənə heç cür səhvini anlatmaq olmaz, həm də haqlı ikən haqsız duruma düşərək, öz milli keyfiyyətmizi isbat edə bilmərik. Bir də ki, belə nalayiq yazılar əgər müəyyən təxribat və məkirli planlar məqsədi ilə edilmiş olarsa, bu zaman düşmənin dəyirmanına su tökmüş olarıq.

Bildiyimiz kimi dinimiz də təhqirə yol verilməsinin əleyhinədir. Təhqir və böhtan aciz insanların işidir. Ağıllı, ləyaqətli, cəsarətli və qüdrətli insanlar təhqir və böhtana heç vaxt əl atmır, əksinə öz mövqelərini üslubuna uyğun şəkildə dəlillərlə ortaya qoyar, isbat etməyə çalışarlar.

Həzrət Məhəmməd Peyğəmbərimiz (s) buyurub: “Kişinin gözəlliyi dilinin gözəl dаnışmаsı ilədir.” İmаmımız həzrət Əli (ə) isə: “Dilin səni uzun müddətli zindаnа və həlаkətə sаlmаmışdаn qаbаq оnu zindаnа sаl. Çünki heç bir şey düz yоldаn çıхаn və cаvаb verməyə tələsən dil qədər uzun müddətli həbsə lаyiq deyildir.” deyə buyurubdur.

Nensi Uilyardın belə bir məsləhəti var: “Mərdimazarın əsas məqsədi qarşı tərəfin təmkinini pozmaqdır. Təmkini itirən şəxs isə artıq onun əlinə düşmüş olur”.
Bir də ki, hər kəsin sözünə görə də narahat olub onları gözümüzdə böyütməməliyik. Atalarımız demişkən “Öz anasını sevən, özgə anasını söyməz”. Ona görə də hər gizli profillərlə və ya şəxsiyyəti bilinməyənə də cavab vermək lazım deyil. Necə ki, Şarl Lui Monteskyo demişkən “Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər.” Burada Mövlananın türkcə məşhur sözü də yada düşür: Suskunluğum asaletimdendir. Her lafa verilecek bir cevabım var. Lakin bir lafa bakarım laf mı diye. Bir de söyleyene bakarım adam mı diye?”

Sonda onu demək istərdim ki, çoxmillətli və çoxdinli rəngarəng ölkəmizin hər bir güşəsi bizim vətənimizn bir parçasıdır. Bu vətən də dinindən, millətindən və irqindən aslı olmayaraq bütün biz vətəndaşların anasıdır. Bu günə qədər necə ki, əziz gürcü xalqı ilə birgə azərbaycanlı vətəndaşlar da bu vətəni sevmiş, keşiyində durmuş, onun rifahı, inkişafı və çiçəklənməsi uğrunda çalışmışlar, bundan sonra da belə davam edəcəklər. Nalayiq sözlər yazıb münasibətləri pozmağı düşünən insanlar da bilsinlər ki, onların sözləri yalnız özlərinə nifrət qazanmaqdan başqa bir işə yaramayacaq. Heç kəs millətlər arasında olan tarixi dostluğa xələl gətirə bilməyəcəkdir.

Hacı Ramin İgidov,
Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi
"Əminik ki, tezliklə münaqişə həll olunacaq və bizim pozulmuş hüquqlarımız tam bərpa ediləcək" Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının seçilmiş nümayəndəsi Tural Gəncəliyevin açıqlamasında deyib.

T. Gəncəliyev qeyd edib ki, son günlər işğalçı Ermənistanın siyasi dairələrində aktiv şəkildə müzakirə edilən mövzu Qorçakov Fondunun təşkil etdiyi onlayn müzakirələr zamanı Rusiya Federasiyasının Xarici işlər naziri Serqey Lavrovun Ermənistan – Azərbaycan münaqişəsinin mərhələli həllinə dair cari vəziyyət barəsindəki açıqlamasıdır. Bununla bağlı, Ermənistan rəhbərliyi və Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindəki qanunsuz rejimin “nümayəndələri” tərəfindən ard-arda heç bir əsası olmayan açıqlamalar səsləndirilir:

"Mən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hüquqi əsaslarla seçilən nümayəndəsi olaraq bildirirəm ki, belə fikirlər tam əhəmiyyətsizdir və işğal faktını ört-basdır etmək məqsədlərinə xidmət edir. Qeyd etmək istəyirəm ki, münaqişə istənilən halda Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsinə uyğun şəkildə nizamlanacaq. Həmin maddədə isə aydın şəkildə bildirilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir".

Deputat onu da bildirib ki, Ermənistan və onun işğal olunmuş Azərbaycan ərazilərindəki əlaltıları çox şey danışa bilərlər, amma beynəlxalq ictimaiyyətin rəyi Ermənistan-Azərbaycan münaqişəsinin həllində müstəsna əhəmiyyət kəsb etməkdədir və dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə qarşı ədalətli və sərt mövqe tutub. Bu mövqe istər BMT Təhlükəsizlik Şurasının qətnamələrində, istər çox saylı beynəlxalq təşkilatların qərarlarında, istərsə də, çox qısa müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təşkil etdiyi qondarma “seçkilərə” dünya ictimaiyyətinin kəskin reaksiyasında bir daha öz təsdiqini tapıb. Ermənistan Azərbaycan ərazilərinin işğalı səbəbindən beynəlxalq arenada tək qalmaqdadır:

"Müdrik Azərbaycan xalqının atalar sözünü xatırlatmaq istərdim: Suda boğulan saman çöpündən yapışar! Görünür ki, Ermənistan rəhbərliyi və onun işğal olunmuş ərazilərdəki əlaltıları bu tipli əsassız bəyanatlarla daxili auditoriyanı sakitləşdirməyə çalışırlar. Amma, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçünlərin öz torpaqlarına geri qaytarılması münaqişənin istənilən həlli variantının əsas bəndlərindən olacaq".

O da vurğulanıb ki, Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün “təhlükəsizlik təminatçısı” deyil və ola da bilməz. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması bu həqiqəti çox yaxşı anlayır və əgər regionda sülhə nail olmaqda maraqlıdırsa, o zaman ən qısa vaxtda bizimlə birlikdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Bu günə qədər Azərbaycanın bütün hərbi və siyasi imkanlarına rəğmən, münaqişəni sülh yolu ilə həll etməyə istiqamətlənmiş səyləri məhz Azərbaycan Respublikasının insan həyatına verdiyi dəyərin göstəricisidir. Azərbaycanın sülhpərvər davranışları həm də ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən sülhyaratma missiyasına olan hörmətin bir göstəricisidir:

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz əminik ki, tezliklə münaqişə həll olunacaq və bizim pozulmuş hüquqlarımız tam bərpa ediləcək. Dağlıq Qarabağ bölgəmizin erməni icması ilə birgə, Azərbaycan Respublikasının vətəndaşı olmağın qazandırdığı müstəsna üstünlüklərdən yararlanaraq, sülh şəraitində yaşayacağıq".
Biləsuvarda RİH-in qarşısında polisə xəsarət yetirildi - DİNDaxili İşlər Nazirliyi (DİN) Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısında baş verən hadisəyə münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, bu barədə danışan DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hadisə zamanı polisə müqavimət göstərilib.

"Bir qrup vətəndaş sosial yardımların gecikməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal ora gələrək həmin şəxslərlə söhbət aparıb. Bu zaman sakinlərdən biri polis əməkdaşının qanuni tələbinə əməl etməyib və əvvəl polislərə müqavimət göstərib. Daha sonra həmin şəxs polisə əli ilə xəsarət yetirib. Dərhal polis əməkdaşları həmin vətəndaşı saxlayıb və barəsində araşdırma aparılması üçün rayon Prokurorluğuna göndərilib. Vətəndaşlar iddia edirlər ki, polis əməkdaşları onlara xəsarət yetirib. Lakin belə bir hal baş verməyib", - E.Zahidov qeyd edib.
Sərxoş halda yol nəqliyyat hadisəsi törədən sürücü tutuldu -  RəsmiPolis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayonu ərazisində sərxoş halda yol-nəqliyyat hadisəsi törədərək üç şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə bildiriblər ki, aprelin 10-da saat 21 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 263.1-ci və 263.2-ci maddələri ilə məhkum olunmuş Bəxtiyar Şahverdiyevin sərxoş halda idarə etdiyi “KİA” markalı 10-BX-090 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq sərnişinlər - Elnur Babayevin, Cəlal Babayevin və Vüsal Zəkiyevin ölmələrinə, İsmayıl Zəkiyevin və Ramin Əzməmmədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri almalarına səbəb olması faktı üzrə Şabran Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

B.Şahverdiyevə Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Kürdəmirdə dəhşətli qəza: 6 nəfər öldü Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mersedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

"Nissan"da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdə baş verən yol qəzasında yaralı olan azyaşlı xəstəxanaya çatdırılıb.

"Nissan" markalı avtomobilin azyaşlı sərnişini - 3 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada əməliyyat olunur.

Qəzada ümumilikdə 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

***

Kürdəmirdə baş verən qəzada ölənlərin sayı 6-ya çatıb.

Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı Kürdəmir rayon sakini Piriyev Sabir Ceyhun oğlu və İmişli rayon sakini Hətəmova Arzu İsrail qızı da ölüb.
Daha 52 nəfər koronavirusa yoluxdu: ölən varAzərbaycan Respublikasında 52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişilməzdirErmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir və dəyişilməzdir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva söyləyib.

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın münaqişənin mərhələli həlli ilə bağlı parlament komissiyasında səsləndirdiyi fikirlərinə münasibət bildirən XİN rəsmisi deyib:

"Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur".
DTX daha bir icra başçısını saxladı -ƏMƏLİYYAT KEÇİRİLİRAzərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri daha bir icra hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Unikal.org-un əldə etdiyi məlumatına görə, rayonların birinin icra hakimiyyətində keçirilən əməliyyat çərçivəsində icra başçısı və müavini saxlanılıb. Hazırda əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Kütləvi yoluxmanın qarşısı alınıb – İlham ƏliyevHəyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son 3 həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

"Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini digər Qoşulmama Hərəkatı üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır. Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-dək uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılır", - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü işə başlayıb.