Sizin Reklam Burada

Gürcü nazir azərbaycanlıların müdafiəsinə qalxdı

Gürcü nazir azərbaycanlıların müdafiəsinə qalxdıGürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Sixelaşvili son günlər sosial şəbəkələrdə yerli azərbaycanlılar barədə yazılan təhqiramiz fikir və ifadələrə sərt rekasiya verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, o, bu cür halların qətiyyən yolverilməz olduğunu bildirib.

Dövlət nazirinin sözlərinə görə, səsləndirilən bu cür fikir və bəyanatlar Gürcüstan cəmiyyətinə qarşı yönəlib: “Əminəm, cəmiyyət də anlayır ki, ictimaiyyətdə münasibətlərin gərginləşdirilməsinə yönələn bu cür cəhdlər heç bir nəticə verməyəcək. Ciddi qlobal pandemiya problemi fonunda gözəgörünməz düşmənlə uğurla mübarizə aparmaq üçün bizə birlik və qarşılıqlı dəstək olduqca lazımdır”.

K.Sixelaşvili qeyd edib ki, Gürcüstanın bütün bölgələrində etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətəndaşın həyat və sağlamlığı eyni səviyyədə prioritet məsələdir: “Gürcüstanın bütün vətəndaşları bərabərdir. Etnik müxtəliflik ölkəmizin unikal xəzinəsi olub və bundan sonra da olacaq”.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə, xüsusən də son günlər Gürcüstanda sosial şəbəkələrdə yerli azərbaycanlı vətəndaşlara qarşı milli zəmində təhqiramiz, alçaldıcı fikir və şərhlər geniş yayılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər