Sizin Reklam Burada

AzTV-nin bədii rəhbəri Xoşqədəmi tənqid etdi — “Reytinq xətrinə qonağına “Dimedrol” iynə vurur ki...”

AzTV-nin bədii rəhbəri Xoşqədəmi tənqid etdi — “Reytinq xətrinə qonağına “Dimedrol” iynə vurur ki...”Azərbaycan Dövlət Televiziyasının (AzTV) bədii rəhbəri, teleaparıcı Ranar Musayev “MTV Azərbaycan” televiziyasında yayımlanan “Söhbətsiz” proqramında qonaq olarkən Xəzər TV-nin əsas siması, “Səni axtarıram” sosial-ictimai verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı haqqında qalmaqallı açıqlama verib.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Samir Bayramlı “Adını çəkəcəyim teleaparıcılar haqqında şərh bildirin” sualı ilə Ranara müraciət edib.

Samir Xoşqədəm Hidayətqızının adını çəkər-çəkməz Ranar bu sözləri dilinə gətirib:

“Şərh bildirmək istəmirəm. Amma şərh var... Bir aparıcı ki, qonağına “Dimedrol” iynə vurdurur ki, onun ayaqları tutulsun, reytinq xətrinə gəzə bilən insan gəzməsin və bundan şou yaratsınlar... Nəinki aparıcı, o insan heç insan ola bilərmi?”
Ranar daha sonra aparıcı Nanə Ağamalıyevanın kövrək qəlbli olduğunu söyləsə də, onu xoflu adlandırıb

“Nanə çox qəribə insandır. Nə qədər insanı çox istəsə də, xofludur. Kənardan çox güclü insana bənzəyir, amma onu müdafiə etməyə çox böyük ehtiyacı var. Bəzən kobud, sərt olsa da, qəlbi uşaq kimidir”.

Musayev yaxın dostu teleaparıcı Hüsniyyə Məhərrəmovaya bəzi məqamlarda nifrət etdiyini söyləyib:

“Hüsniyyə ilə hamı bilir ki, yaxın dostam. Hüsniyyə ilə ola bilər ki, bir-birimizi qıraq, problemlərimiz, konfliktlərimiz olsun, hətta bir-birimizə nifrət edək... O qədər olub ki, ona nifrət etmişəm. Amma Hüsniyyə canımın bir parçasıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər