Sizin Reklam Burada

Vətənə xəyanət etmək antimillilərin həyat tərzinə çevrilib - Rəşad Rəhmanov

Vətənə xəyanət etmək antimillilərin həyat tərzinə çevrilib - Rəşad Rəhmanov
Rəşad Rəhmanov
Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini

Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir. (Viktor Hüqo).

Bu yazıya başlamazdan əvvəl internetdə qısa axtarış etdim, fikirlərimə yaxın Viktor Hüqonun bu aforizmininə rast gəldim. Bu fikirlərə Azərbaycan xalqının xilaskar oğlu ümummilli lider Heydər Əliyevin: “Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa, insan mənəviyyatsızdır” fikrini də əlavə etsəm lap yerinə düşmüs olar. Həqiqətən vətənini sevməyəndə mənəviyyat da olmaz. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndələrindən biri, körkəmli şair Abbas Səhhətin "Vətən" şeirində “Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz“ misralar məhz vicdanını itirmişlərə ünvanlanıb.

Çox təəssüf edirəm ki, yaşadığımız dövrdə də belələrinə rast gəlirik. Onları xalq tanıyır, onlar hər bir vəziyyətdə radikallığı fərqlənib bir növ əzəli düşmənimiz olan ermənilərin dəyirmanına su tökməklə məşgul olurlar. Adlarını müxalifət qoyub antiAzərbaycan qüvvələrin alətinə çevrildiklərini dəfələrlə görmüşəm. Bu günlərdə televiziya kanallarının birində müsahibə vermiş Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sadə həqiqətlərinə qulaq asandan sonra əmin oldum ki, Əli Kərimli kimilər niyə bu qədər antiAzərbaycan mövqedə dayanıblar. Avropanın girovuna çevrilənlərin qəlbində heç vaxt vətən, millət hissi olmaz. Onlar üçün Vətənə xəyanət etmək həyat tərzinə çevrilib, vəziyyət o yerə gəlib çıxıb ki, xırda bir sosial problemi şişirdib öz havadarlarına Azərbaycanda söz və azadlığın pozulması kimi təqdim edənlərin əsas məqsədi ölkədə vətəndaşları ayağa qaldırmaq, Azərbaycanın Qərb tərəfindən hədəfə götürülməsinə şərait yaratmaqdır.

Amma onların planları, niyyətləri həmişə fiaskoya uğrayıb. Qərb də artıq onlara etibar etmir, inanmır. Əli Kərimli kimilər illərdir ətrafındakıları aldatmaqla yanaşı, Qərbi də aldatdılar. Azərbaycanda hakimiyyət çevrilişi planlarını həyata keçirmək üçün Qərbin ermənipərəst donorlarından aldıqları maliyyənin hesabatını verə bilmədiklərindən o tərəfdən də atıldılar.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 10 mart 2020-ci ildə keçirilən altıncı çağırış Milli Məclisin ilk iclasında nitqindən bir məqama toxunmaq istəyirəm. "Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri antiAzərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır".

Cənab Prezidentin qətiyyəti qarşısında dəfələrlə antimilli qüvvələr məğlubiyyətləri ilə barışmalı olublar. Biz bir daha buna karantin dövründə şahid olduq. Belə ki, Azərbaycan dövləti vaxtında pandemiyaya qarşı çevik və əhəmiyyət kəsb edən tədbirlər həyata keçirdi. Bir çox sosial proqramlar yerinə yetirildi. Hökumətimiz əhalinin həm sağlamlığını qorudu, həm təhlükəsizliyini, həm dəd sosial rifahının yaxşılaşdırılması istiqamətində maliyyə yardımı etdi.

Ancaq Cəmil Həsənli kimi antimilli düşüncədə olanlar isə bu vəziyyətdə belə erməni havadarları üçün zəmin yaratmağa çalışdılar. Belələri birmənalı olaraq bilməlidirlər ki, Azərbaycan xalqı ulu öndər siyasətinin layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyevin yanındadır. Azərbaycanda xalq-hakimiyyət birliyi mövcud olduğundan nə daxili, nə də xarici qüvvələr çirkin niyyətlərini həyata keçirə bilməyəcəklər.

Yaşasın müstəqil Azərbaycanımız!!!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər