Kürdəmirdə dəhşətli qəza: 6 nəfər öldü
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mersedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.
"Nissan"da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Kürdəmirdə baş verən yol qəzasında yaralı olan azyaşlı xəstəxanaya çatdırılıb.
"Nissan" markalı avtomobilin azyaşlı sərnişini - 3 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada əməliyyat olunur.
Qəzada ümumilikdə 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
***
Kürdəmirdə baş verən qəzada ölənlərin sayı 6-ya çatıb.
Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı Kürdəmir rayon sakini Piriyev Sabir Ceyhun oğlu və İmişli rayon sakini Hətəmova Arzu İsrail qızı da ölüb.