Sizin Reklam Burada

Bir insanın qətli necə “iki qətl” sayıla bilər... – Təklif

Bir insanın qətli necə “iki qətl” sayıla bilər... – TəklifAzərbaycanın Cinayət Məcəlləsində hamilə qadının öldürülməsi ağırlaşdırılmış hal kimi qiymətləndirilir, lakin bir çox Avropa ölkəsində hamilə qadının öldürülməsi “iki insanın qətli” sayılır. Hazırda İsveçrədə təhsilini davam etdirən vəkil Aqil Layıc bildirib ki, Avropanın bəzi ölkələrində bu kimi qətllər zamanı iki subyekt qurban statusu alır: qadın və ana bətnində olan uşaq.

Mövzu ilə bağlı Axar.az-a danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, Cinayət Məcəlləsinin “Qəsdən adamödürmə” – 20-ci maddəsinin 2.8-ci bəndində təqsirkar şəxsin aşkar surətdə hamilə vəziyyətdə olan qadını öldürməsi ağırlaşdırılmış hal kimi qiymətləndirilir. Hamiləliyin pozulmasına səbəb olma isə Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə tənzimlənir:

“Bu, qəsdən sağlamlığa ağır zərər vurma maddəsidir ki, burada 3 ildən 8 ilə qədər həbs cəzası nəzərədə tutulub. Lakin bizdə hamilə qadının öldürülməsi “iki qətl” kimi qiymətləndirilmir. Hamilə qadının öldürülməsinin iki insanın qətli kimi qiymətləndirilməsi üçün hökmən Cinayət Məcəlləsində dəyişiklik olmalıdır”.

S.Vəkilov bildirib ki, qanunvericilik sözügedən dəyişiklik olarsa, bu, hamilə qadınların öldürülməsi, hamiləliyin sonlandırılması ilə nəticələnən cinayətlərin qarısını müəyyən qədər ala bilər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalov da hesab edir ki, hamilə qadının öldürülməsinin qanunvericilikdə iki qətl kimi dəyərləndirilməsi ən ədalətli addımdır:

“Bu, olduqca dəyərli təklifdir. Doğrudan da hamilə qadının öldürülməsi iki insanın ölümü deməkdir. Əgər hamiləliyin müəyyən həftəsindən sonra aborta icazə verilmirsə, ana bətnindəki 4-5 aylıq körpənin aldırılması cinayətə bərabər tutulursa, qadağandırsa, hamilə qadının öldürülməsi zamanı da bu nəzərə alınmalıdır. Bizdə hamilə qadının öldürülməsi ağırlaşdırılmış hal kimi qiymətləndirilir. Yaxşı olardı ki, bir çox Avropa ölkələrində olduğu kimi, bizdə də bu, iki insanın qətli kimi qiymətləndirilsin”.

M.Zeynalov bildirib ki, son illər hamilə qadınlara qarşı şiddət artıb:

“Buna görə də hamilə qadının öldürülməsinin iki qətl kimi qiymələndirilməsi təşəbbüsünü dəstəkləyirəm”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər