ABŞ-dan Türkiyəyə zərbə: Ankaranın cavabı olacaq?

ABŞ-dan Türkiyəyə zərbə: Ankaranın cavabı olacaq?ABŞ Suriyada PKK/YPG birləşmələrini silahlandıraraq, Türkiyəni təxribata çəkmək istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu ABŞ-ın Suriyada PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaratmasını şərh edərkən deyib. O vurğulayıb ki, ABŞ regionda yeni bir bölücü terror qruplaşması yaradır:

“ABŞ başda olmaqla, bir sıra Qərbi Avropa ölkəsi Yaxın Şərqdə, xüsusilə də Suriyada öz maraqlarına xidmət edəcək hərbi qruplaşmalardan istifadə edir. Bu mənada ABŞ-ın PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaratması yenilik deyil. Yəni ad dəyişsə də, mahiyyət dəyişmir”.

Ekspert bildirib ki, ABŞ-ın bu addımı Türkiyənin milli maraqlarına ziddir:

“Düşünürəm ki, ABŞ-ın regionda yeni bir silahlı qruplaşma yaratması ilk növbədə Türkiyəni narahat edəcək. Çünki bu dəstələr PKK/YPG silahlılarından ibarət olacaq. Türkiyənin regionda hərbi əməliyyatlar aparmasının başlıca səbəbi sərhədlərində bu terror birləşmələrinin aktivləşməsinin qarşısını almaqdır. Yəni bu mənada düşünürəm ki, Türkiyə ABŞ-ın bu təşəbbüsünə yaxın zamanda sərt reaksiya verəcək”.

V.Zifəroğlu ABŞ-ın PKK/YPG qruplaşmalarını silahlandırmasının pərdəarxası məqamlarından danışıb:

“ABŞ Suriya və İraqda manevr imkanlarını maksimum artırmağa çalışır. Bunun üçün də ənənəvi olaraq kürd kartından istifadə edir. Bu, istər ABŞ-ın, istərsə də ondan öncə regionda fəaliyyət göstərən İngiltərənin köhnə siyasətidir”.

Ekspert deyib ki, ABŞ regionda sabitlik istəmir:

“Heç kəsə sirr deyil ki, ABŞ-ın regionda ciddi maraqları var. Hazırda Suriyada davam edən nisbi sakitlik Vaşinqtonu narahat edir. Son günlər Liviyada yaşanan fəallığın yaxın günlərdə Suriyada da müşahidə ediləcəyi gözlənilir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər