Şabranda dəhşətli qəza: ölənlər var
Şabranda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Yol qəzası nəticəsində rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Qaraqaşlı kəndində qeydə alınan qəza zamanı digər rayon sakinləri - İsmayıl Zəkiyev, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Maqsud Mahmudovu Ukraynada tutdular — Azərbaycana gətirilir - FOTO
Sosial şəbəkələrdə məşhurlaşmış Maqsud Mahmudov Ukraynada saxlanılıb.

"Ölkə.Az"ın Ukrayna mətbuatına istinadən məlumatına görə, Ukrayna Milli Təhlükəsizlik Nazirliyi Xəzər hövzəsi ölkələrindən birində axtarışa verilmiş bir nəfəri saxlayıb. Şəkildən məlum olub ki, saxlanılan şəxs Maqsud Mahmudovdur.

Ukrayna hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, o, Azərbaycana ekstradisiya olunacaq.

Həmçinin M. Mahmudov bu gün səhər canlı bağlandığı internet verilişlərinin birində interpol tərəfindən saxlanıldığını və Azərbaycana göndəriləcəyini bildirib.
Qeyd edək ki, dəfələrə məhkum olunan Maqsud Mahmudov ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə işləri üzrə zərərçəkən kimi tanınıb. Həmçinin Bakıda Milli Şuranın keçirdiyi qanunsuz aksiyalarda sosial şəbəkələrdə məhşurlaşıb.
Bakıda şok qətl: İş adamını arvadı öldürtdürüb? – Foto
Kənd təsərrüfatı texnikasının tədarükündə ixtisaslaşan 4S şirkətinin keçmiş rəhbər müavini Rəna Sofiyeva həyat yoldaşı, 40 yaşlı Araz Sofiyevi öldürməkdə ittiham olunur.

Axar.az xəbər verir ki, Suraxanı rayon məhkəməsi Sofiyeva ilə əlaqədar olaraq prokurorunun təklifi ilə həbs qətimkan tədbiri seçib. Ancaq qadın inadla susmağa davam edir və cinayətdə iştirakını etiraf etmir.

Xatırladaq ki, qətl 7 iyul 2019-cu il tarixində, saat 03:00-da törədilib. A.Sofiyev qarın nahiyəsindən 17 bıçaq xəsarəti alıb, nəticədə yerindəcə dünyasını dəyişib. Ona divanda yatdığı zaman hücum olunduğu bildirilir. Məlumata görə, əvvəlcə cinayət işində şahid qismində görünən R.Sofiyeva qətl baş verən gecə iki naməlum şəxsin evə girdiyini bildirərək istintaqı yanlış istiqamətləndirib.

Xanımın iddialarına görə, cinayətkarlar ev sahibinin onlara borclu olduğunu bildiriblər. Bu əsasda qarşıdurma meydana gəlib və sözügedən şəxslər A.Sofiyevi qətlə yetirib. Daha sonra Rəna Sofiyevadan 4.800 dollar alaraq hadisə yerindən uzaqlaşıb.

Üzlərini maska ilə gizlədən iki cinayətkar Rəna Sofiyevanın əlini yaralayıb. Lakin istintaq-əməliyyat qrupu üzvləri tərəfindən bu məlumatların hərtərəfli yoxlanılması zamanı məlum olub ki, Ə.Sofiyev heç kimə borclu deyil. İstintaq qadını səhv məlumat verməkdə şübhəli bilib və cinayətin əsas şahidi olan xanıma yoldaşını vəhşicəsinə qətlə yetirdikdən sonra cinayətkarların yalnız kiçik xəsarət yetirməsi şübhə yaradıb.

Cinayət zamanı A.Sofiyevin qayınanası da evdə olub.

Sofiyeva onun yatdığını və buna görə heç nə eşitmədiyini dilə gətirib. Sofiyevlər evinin yaxınlığında quraşdırılmış müşahidə kamerası həmin gecə ərazidən yalnız bir nəfərin hərəkət etdiyini müəyyən edib. R.Sofiyevanın əvvəllər şahid qismində səsləndirdiyi heç bir sözü sübutunu tapmayıb.

Oxu.az yazıb ki, istintaq, həmçinin qətlin cütlüyün boşanmaq qərarına gəldiyi anda törədildiyini müəyyənləşdirib.

Məlumata görə, son zamanlar tərəflər tez-tez ailədaxili münaqişələr yaşayırmış.

Maraqlısı odur ki, məhkəmə ekspertləri zərərçəkənin qanında trankvilizator tapıb. Bu isə çox güman ki, qətlə yetirilən şəxsin hücuma müqavimət göstərməsinin qarşısını almaq üçün istifadə olunub.

Qeyd edək ki, cinayətin qurbanı - Araz Sofiyev müxtəlif vaxtlarda BP-Azərbaycan, Baltika-Bakı və Aqrovest İMP-də çalışıb. O, yaxınları tərəfindən olduqca müsbət keyfiyyətlərə malik biri kimi xarakterizə olunub.
Bakıda şok qətl: İş adamını arvadı öldürtdürüb? – Foto
Şura İctimai Şuraların  rəhbərləri ilə koronavirusla mübarizəni müzakirə etdi
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən qurumların İctimai Şuralarının rəhbərlərinin, üzvlərinin birgə onlayn konfransı keçirilib.

Avrasiya.net xəbər verir ki, konfransda ölkədə pandemiya ilə bağlı yaranmış vəziyyət müzakirə edilib, dövlətin koronavirusa qarşı mübarizə istiqamətində atdığı qabaqlayıcı addımlar müsbət dəyərləndirilib.

Yekunda konfrans nümayəndələri bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir:

"Dünyada koronavirus (COVİD-19) faktı qeyd olunduğu ilk vaxtdan bu infeksiyanın yayılma arealını böyük sayıqlıq və həssaslıqla izləyən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva gördükləri qabaqlayıcı tədbirlər sayəsində ölkənin bütün potensialı tam zamanında hərəkətə gətirilib, böyük yayılma sürətinə malik bu dəhşətli xəstəliyin Azərbaycanda geniş yayılmasının və milli fəlakətə çevrilməsinin qarşısı alınıb. Azərbaycan rəhbərliyinin peşəkar idarəetmə bacarığı, çevik və qətiyyətli qərarları nəticəsində bütün dövlət, özəl və ictimai qurumların koronovirus epidemiyası ilə mübarizəyə qoşulması, eləcə də xalqı sərhəd tanımayan bu bəladan qorumaq üçün vətəndaşların səfərbər olunması və ümummilli həmrəyliyin təmin olunması digər dövlətlərlə müqayisədə ölkəmizdə kütləvi insan tələfatının qarşısının alınmasında mühüm rol oynadı. Virusla mübarizədə misilsiz rol oynayan zəruri tibbi avadanlığın, dərman preparatları və digər qorunma vasitələrinin təcili şəkildə alınıb ölkəyə gətirilməsi, yeni tibbi və istehsal müəssisələrinin qısa müddət ərzində yaradılması ali dövlət rəhbərləyinin təkcə vəzifə məsuliyyəti deyil, həm də ən böyük insanpərvərlik və vətənpərvərlik nümunəsidir.

Bu ağır durumda ölkə rəhbərliyinin koronavirusla böyük miqyaslı mübarizə tədbirlərilə yanaşı, işə çıxmayanların aylıq maaşının dövlət hesabına ödənilməsi, gündəlik gəlirlərindən məhrum olmuş əhali təbəqəsinin, aztəminatlı və çoxuşaqlı ailələrin, ahıl və tənha şəxslərin maddi-sosial təminatı ilə bağlı atdığı addımlar vətəndaşa qayğının ən yüksək təzahürü kimi cəmiyyət tərəfindən minnətdarlıq hissi ilə qiymətləndirilir.

Biz, QHT sektorunun təmsilçiləri, İctimai Şuraların rəhbərləri və üzvləri Cənab Prezidentə və Birinci vitse-prezidentə göstərdikləri fədakarlıq, yüksək vətənpərvərlik, qayğıkeşlik və sarsılmaz milli və dövlətçilik mövqelərinə görə minnətdarlığımızı bildiririk.

Əziz dostlar,

Ölkədə koronavirusun yayılmasına qarşı geniş səfərbərlik və çevik mübarizə apardığımız bir dövrdə ümummmili həmrəyliyimizə qoşulmaq, ümumi işə dəstək vermək əvəzinə hər cür təxribat törədən, mane olanlara da rast gəlirik. Əli Kərimlinin, özlərini Milli Şura adlandıranların və onların xaricdəki havadarlarının birbaşa iştirakı və dəstəyi ilə ölkəmizə qarşı olmazın hədyanlarını yağdıran anti-Azərbaycan şəbəkəsinin tör-töküntüləri, xaricdə gizlənən, adı azərbaycanlı olub, özü düşməndən betər fəaliyyət sərgiləyənlər yenə də millətə qarşı və əks cəbhədə yer alıblar. Onları narahat edən bir səbəb var, o da Azərbaycan dövlətinin öz vətəndaşının qayğısı, onların sağlamlığının əsas götürərək çevik təhülkəsizlik və məhdudlaşdırıcı tədbirlər görməsi və xalq-hakmiyyət münasibətlərindəki böyük həmrəyliyin nümayişidir.

Hazırki durumda koronavirusun tüğyan etdiyi heç bir ölkədə dövlətinə, xalqına, cəmiyyətin sağlamlığı və təhlükəsizliyinə qarşı mübarizə aparan, öz dövləti əlehinə xaincəsinə cəbhə açan ikinci belə qrup adamlara rast gəlmək mümkün deyil. Bu dövlətlərdə nəinki hakimiyyətlə, müxalifət mübarizə aparırlar, əksinə vətənləri, xalqları, cəmiyyətləri naminə bütün umu-küsünü və hakimiyyət davasını bir yana qoyub, hərməylik nümayiş etdirib, bu bəlaya qarşı birgə mücadilə aparırlar. Bizdə isə tam əksinədir. Təsəvvür edin ki, bəzi partiya təmsilçiləri məqsədli şəkildə karantin rejimini pozur, polislə mübahisə edir ki, həbs olunsunlar, sonra bu faktdan hakmiyyətə qarşı xaincəsinə və alçaqcasına istifadə etsinlər. İnsanların həyatının təhlükə ilə qarşı-qarşıya qaldığı dövrdə bunu etmək, nəinki siyasi, heç mənəvi əxlaqa da sığmır.

Əlbəttə, koronavirus keçib gedəcək və hər şey bərpa olunacaq, lakin bu insanların xəyanəti və alçaqlığı unudulmayacaq.

Əziz dostlar,

Biz, ictimai sektorun nümayəndələri olaraq belə mövqeyə susqun qala bilmərik. Biz vətəndaş mövqeyi göstərərək, bu cür insanlara qəti etirazımızı bildirir, belə çətin və məsuliyyətli anda millətə və dövlətə qarşı xəyanət yolu tutanları şiddətlə qınayırıq".
Niyaməddin Orduxanlı Binəqədi icra hakmiyyətinə müraciət etdi - 30 ailəyə ərzaq yardımı olundu
BAXCP sədrinin müavini, Azərbaycan Rspublikasının Prezidentinın yanında QHT Dövlət Dəstəyi Şurasının yanında yardılmış İctimai Qərargahın üzvü , politoloq Niyaməddin Orduxanlının Binəqədi rayonunun icra hakimiyyətinə etdiyi müraciət əsasında rayonda yaşayan, Gəlbəcər rayonunda qacqın düşmüş 30-a yaxın ailəyə ərzaq yardımı olunub.

Bununla bağlı Avrasiya.net-ə açıqlama verən Orduxanlı bildirib ki, dünən ictami fəal olan Qərənfil Ağalarovanın verdiyi məlumatdan sonra bunun bağlı Binəqədi icra hakimiyyətinin başcısının müavini Vüsal İsmayılova müraciət etdim: "Dünən Qərənfil xanımın müraciətindən sonra başçının müavini hörmətli Vüsal müəllimə bu barədə məlumat verdim. Qeyd etdim ki, Binəqədi rayonun ərazisində yaşayan 30 yaxın ailənin ərzaq yardımına ehtiyac var. Bundan dərhal sonra icra hakimiyyətinin nümayəndələri Binəqədi rayonun ərazisində yerləşən Dalğa sanatoriyasına gedib araşdırma aparıblar və bəlli olub ki, həqiqətən də bu ailələrin ərzaq ehtiyacı var. Bununda sonra Binəqədi rayon icra hakmiyyətinin başcısı hörmətli Elxan Allahverdiyin tapşırığı ilə Binəqədi rayonun bələdiyyəsinin rəhbərliyi rayonunda yaçayan bir qrup iş adamları ilə birgə bu gün həmin ailələrin hər birinə ərzaq yardımı ediblər. Bütün bunlara görə, ilk öncə icra hakmiyyətinin başcısı hörmıtli Elxan müəllimə və Binəqədi rayonun bəldıiyyəsinə və bu işdə əməyi olan iş adamlarına, hər kəsə dərin minnətdarlığımı bildirirəm! İnsanlıq nümunəsi nümayiş olundu. Çox sağ olsunlar".

Niyaməddin Orduxanlının fikirincə, bu gün koronavirusa qarşı mübarizədə Azərbaycan dövləti ön sırada gedən dövlətlər arasındadır:" Bu gün faktiki dünya gözlə görünmüyən düşmənlə müharibə aparmaqdadır. Ən inkişaf etmiş ölkələrdəki vəziyyəti, Avropa ölkələrindəki durumu baxanda insan itkilərinin artan sıra ilə yayıldığının şahidi oluruq. ABŞ-da virusla mübarizədə ağır günlərini yaşayır. Hansı ağır nətcilərlə qarşılaşdığının şahidi oluruq. Ancaq bu gün Azərbaycan dövləti məhz cənab Prezident İlham Əliyevin apardığı çevik və düzgün siyasətinin nəticəsidir ki, virusla mübarizədə çox az itki vermişik.

İlk gündən prosesi tam nəzarətinə götürməsi və bu prezidentin yürütdüyü düzgün istiqamətın nəticəsidir. Yüz minlərlə işsiz insanlara birdəfəlik yardım və digər sahələrə də dövlətin qayğısının şahidi oluruq. Prezident bütövlükdə virusla mübarizədə ziyanın aradan qaldırılmasına 3 milyard 500 milyon vəsaitin ayrılması nəzərdə tutulub. Bütün bunlar dövlətin vətəndaşına olan qayğısıdır. Bununla yanaşı hər bir vətəndaşımız bu prosesdə bir vətəndaş olaraq öz tövhəsini verməlidir. İmkanlı şəxslər öz ətrafında olan yaxınlarına dəstəyini nümayiş etdirməlidir. Vəzifəli şəxslər olunan müraciətə dərhal reaksiya verməlidirlər. Vətəndaşla dövlətin vəhdəti saysəsində biz bu mübarizədən də qalıb gələcəyik. Cənab Prezident İlham Əliyevin dediyi kimi, BİZ BİRLİKDƏ GÜCLÜYÜK!"
Tahir Mirkişili: Post-epidemiya dövründə texnologiyaların hökmranlığı başlayacaq
Milli Məclisin aprelin 9-da keçirilən iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilib.

Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Trend-ə müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Nazirlər Kabinetinin 2019-cu il üçün fəaliyyəti barədə hesabatı Milli Məclisdə geniş müzakirə olundu. Siz bu hesabatı necə qiymətləndirirsiz?

- Bəli, biz həm də Baş nazirin məruzəsini dinlədik. Ümumilikdə, son dövrlər, xüsusən də 2019-cu ildə ölkənin sosial-iqtisadi həyatının bütün istiqamətlərində nailiyyətlər əldə olunub. Bunları danmaq mümkün deyil. Dövlət başçısının tapşırığı ilə bütün istiqamətlər üzrə hökumət tərəfindən həyata keçirilən tədbirlər ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Dünyada gedən proseslər, bölgədə olan mürəkkəb vəziyyət və digər problemlər fonunda bu nəticələrin əldə olunması doğrudan da Azərbaycan üçün mühüm nailliyyətdir.

Nazirlər Kabinetinin fəaliyyətini dəyərləndirmək üçün bir çox ölkələrdə “CP” (Performance Capability) indeksindən istifadə olunur. Azərbaycan üçün bu indeks göstəricisi 2019-cu il üçün yüksəkdir. Bizim də hesabat haqqında qənaətimiz müsbət oldu, aşağıda bunu əsaslandırmağa çalışacağam.

Təqdim olunmuş hesabat struktur və məzmun baxımından əhatəlidir, inkluzivdir, yeni bölmələr əlavə edilib. Hesabatı təhlil edərkən tərəfimizdən əsasən 2 məqama fikir verilib.

1. 2019-cu il üçün dövlət başçısı tərəfindən Nazirlər Kabineti qarşısında qoyulan hədəflərə çatılması və verilən tapşırıqların icrası.

2. Hesabatda təqdim edilmiş məlumatların rəy vermək üçün yetərliliyi.

2019-cu il yanvarın 11-də və il ərzində keçirilən müşavirələrdə dövlət başçısı cənab İlham Əliyev 2019-cu il üçün əsas iqtisadi hədəfləri müəyyən edib və onların icrası üçün müvafiq tapşırıqlar verib. Qeyd etmək istərdim ki, dövlət başçısı tərəfindən aparlıan sürətli və əhatəli sosial-iqtisadi islahatlar verilən tapşırıqların yerinə yetirilməsi üçün əlverişli şərait yaradıb.

Əsas hədəflər kimi makroiqtisadi sabitliyin möhkənləndirilməsi, real sektorun inkişafı, iqtisadi artıma nail olunması və əhalinin pul gəlirlərinin artmasını göstərmək olar. Hesabatda da göstərildiyi kimi, ÜDM-in artması, qeyri-neft sektorunun inkişafı, qeyri-neft sənayesinin və bu məhsulların ixracının əhəmiyyətli dərəcədə artması ümumi iqtisadi artımı təmin edib. İllik inflyasiyanın hədəf diapozonunun mərkəzindən aşağı olması, manatın sabit məzənnəsinin qorunub saxlanılması əhalini real gəlirlərini artırıb və onların maddi rifah halını yaxşılaşdırıb və beləliklə də makroiqtisadi sabitliyi daha möhkəmləndirməklə qoyulan hədəflərə nail olunduğunu deməyə əsas verir.

Digər hədəf iqtisadiyyatda şəffaflığın artırılması və kölgə iqtisadiyyatının həcminin azaldılması olub. Qanunvericilikdə edilmiş dəyişikliklər fonunda əmək müqavilələrinin sayının artması, əməkhaqqı fondunun ÜDM-də payının, aktiv vergi ödəyicilərinin sayının və dövriyyəsinin artması mühüm nailliyyətlərdəndir.

Strateji ehtiyatlarımızın ÜDM-in həcmindən çox olması vacib göstəricidir və bu gün iqtisadiyyatımızı bir çox problemlərdən qoruyan çox mühüm amildir. Dövlət Neft Fondunun investisiya portfelinin gəlirliyinin 5.29%-ə çatması mühüm performans göstəricisi sayıla bilər.

İnfrastruktur layihələrinin icrası ilə bağlı verilən tapşırıqların da icrası zamanı planlaşdırılandan artıq işlərin görülməsi bu sahədə uğurların əldə edilməsi deməkdir.
Koronavirusla mübarizədə həkim və polislərimizin fədakarlığı misilsizdirHikmət Şikarov
Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri


Dövlətimiz koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində tədbirlər planı hazırlayıb. Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılaraq olduqca ciddi qərarlar verilib. Qısa müddət ərzində karantinlər yaradılıb, sosial izolyasiya tədbirləri həyata keçirilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın bununla bağlı xalqımıza müraciətlərində də xüsusilə qeyd olunur ki, hər bir vətəndaş sosial izolyasiya tədbirlərində yaxından iştirak etməli və ağılla davranmalıdır. Çünki hər bir insan ilk növbədə özünü qorumaqla ailəsini, ətrafını, dost-tanışını və ümumilikdə cəmiyyəti qorumuş olur. Ona görə də insanlar dərk etməlidirlər ki, bu problem hər bir dövlətin və hər insanın qarşılaşa biləcəyi bəladır. O səbəbdən problemin həll olunmasında hər bir vətəndaş yaxından iştirak etməlidir.

Cənab Prezidentin xüsusi tapşırığına əsasən, əhaliyə maddi yardım məqsədi ilə “Sosial paket”in hazırlanması, məhz ölkə başçısının vətəndaşına olan diqqət və qayğısının təzahürü, daim vətəndaşının yanında olması amalının göstəricisidir. Belə bir məqamda Azərbaycan qəhrəman dövlət kimi virusa qarşı qətiyyətli mübarizə aparır. Bu gün koronavirusla mübarizə tədbirləri dövlətimizin gündəlik nəzarəti altındadır, ölkəmizdə kifayət qədər ərzaq təminatı, tələb olunan tibbi ləvazimat və tibbi personal vardır. Buna görə də təşvişə düşmək deyil, sadəcə dövlətimiz tərəfindən qoyulmuş qaydalara ciddi əməl etmək lazımdır. Dərk etmək lazımdır ki, görülən işlərin hamısı insanların sağlamlığının qorunmasına yönəlmiş addımlardır.

Cənab Prezidentin birbaşa rəhbərliyi ilə atılan addımlar bir daha göstərir ki, hər bir vətəndaşın sağlamlığı dövlət başçısını düşündürür. Belə çətin günlərdə isə bu sahədə fədakarlıq göstərən səhiyyə işçilərinin və Azərbaycan polisininin əməyini layiqincə qiymətləndirmək hər bir kəsin borcudur. Bir müddət öncə ölkə başçısının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalaması, onların əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirdi.

Lakin virusla mübarizədə Azərbaycan həkimi ilə yanaşı Azərbaycan polisi də vətəndaşın təhlükəsizliyinin keşiyində dayanıb, layiqincə öz vəzifə borcunu yerinə yetirir. Azərbaycan polisi bu gün ictimai asayişin qorunmasında, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir.

Nəzərə alsaq ki, belə viruslar və xəstəliklər nə qədər təhlükəlidir, buna görə də həmin virusla mübarizədə olan həkim və polislərimizin əməyini çox yüksək qiymətləndirir, onların şərəfli və çox çətin vəzifələrini möhkəm cansağlığı ilə yerinə yetirmələrini arzu edirəm.
Nazirlikdən sosial şəbəkədə videosu yayılan fəhlənin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) videoçıxışı yayılan Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib ki, Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə dünən paylaşılan məlumatlar əsassızdır:

"Taleh Bəşirovun işdən çıxarılması ilə bağlı məlumat yayılandan sonra bu gün səhər nazirlikdən onu işə götürən tikinti şirkəti ilə (“Maximus” MMC) əlaqə saxlanılıb. Talehin heç bir halda işdən çıxarılmaması tövsiyə edilib. Hazırda Talehin əmək müqaviləsi (250 azn maaşla) qüvvədədir. Bu gün səhər nazirlikdən Talehlə də əlaqə saxlanılıb və narazılığının səbəbi soruşulub".

"Əlilliyi olan şəxs kimi pensiya alan Taleh Bəşirov nazirliklə bağlı probleminin və narazılığının olmadığını, mütəmadi olaraq reabilitasiya vasitələri ilə təmin olunduğunu (son dövrdə 19 dəfə) deyib. Videoda dediklərini də hansısa məlumatı yanlış anladığından əsəbləşərək söylədiyini və bundan təəssüfləndiyini bildirib", - o qeyd edib.
Azərbaycanda koronavirusa yoluxanların sayı 991-ə çatdı -  daha 1 nəfər vəfat etdi
Bu gün Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikasında 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü, ağ ciyər ödəmi və tənəffüs çatışmazlığı olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib.

Hazırkı dövrədək ölkəmizdə 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 159 nəfəri müalicə olunaraq sağalmış, 10 nəfər vəfat etmiş, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61342 test aparılıb.