Sizin Reklam Burada

Kadırov inquşları təhqir etdi və... üzr istədi

Kadırov inquşları təhqir etdi və... üzr istədi
Çeçenistan lideri Ramzan Kadırov inquşların ünvanına səsləndirdiyi təhqirə görə üzr istəyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Chechnyatoday.com” saytı yayıb.

“Burada mən gərək sözlərimə görə üzr istəyim. Çeçenlərlə inquşlar arasında mübahisə yaratmağa cəhd edənlərdən yox, hörmətli insanlar qarşısında səsləndirdiyim ifadələr barədə üzr istəyirəm. Emosiyalar içində idim, nə etdiyimi bilmirdim. Bu barədə sonradan mətbuatdan öyrəndim, amma bu, bəhanə deyil”, – deyə o bildirib.

Qeyd edək ki, Çeçenistanın koronavirusla mübarizə üzrə əməliyyat qərargahının iclasında R.Kadırov qonşu İnquşetiyaya yardım göstərilməsi mövzusuna toxunub. Çeçenistan hakimiyyəti İnquşetiyaya tibbi material – maskalar, antiseptiklər, qoruyucu kombinezonlar və sair göndərib.

Çeçenistan rəhbəri qeyd edib ki, “divan şərhçiləri” Rusiya Federasiyasının iki subyekti arasında sərhədlər üzrə razılaşmaya dair məsələlər qaldırıb və bildiriblər ki, R.Kadırov bu yolla “maska əvəzinə torpaq” almağa çalışır. Kadırov inquşların və çeçenlərin qardaş olaraq qaldıqlarını bildirib və bunun əleyhinə olanların ünvanına senzuradankənar ifadələr işlədib, söyüş söyüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər