10 apr 12:24Sosial

Qorxutmaq, qınamaq yerinə mərhəmət, şəfqət göstərək

Qorxutmaq, qınamaq yerinə mərhəmət, şəfqət göstərəkƏliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondunun prezidenti

Koronovirus pandemiyası 21-ci əsrin dinamizmi, texnoloji inkişafı, enerjisi ilə unudulmaqda olan ənənəvi dəyərlərin insanların dinc, təhlükəsiz birgəyaşayışı, harmonik inkişafı üçün necə fundamental əhəmiyyət kəsb etdiyini bir daha xatırlatdı. 21-ci əsrdə bəşər övladı çox yüksək texnoloji imkanlar əldə edib, süni intellekt yaradıb, robotlaşma, rəqəmsal texnologiyalar, avtomatlaşmış istehsala və s nail olub. Bütün bunlar inkişaf, tərəqqi üçün görünməmiş imkanlar yaradıb, sanki, texnologiyanın, innovasiyaların irəliləməsi son məqsədə çevrilib. Əsas məqsəd - insan xöşbəxtliyi, mənəvi rahatlığı, mərhəmətin, şəfqətin, insanlarda “insanlığın” artması isə arxa plana keçib. İnsan sanki texnoloji inkişafın bir komponenti kimi nəzərdən keçirlməyə başlayıb, insanların dəyəri bu dinamik prosesə nə qədər töhfə vermək bacarığı ilə ölçülməyə başlayıb. Uğurlu olmaq, dəyişikliklərdən geri qalmamaq, müasir dövrün tempi ilə uyğunlaşmaq uğrunda ağılasığmaz rəqabət Jan Jak Russonun qeyd etdiyi kimi “insanı insanın canvarına çevirib”. Düzdür 21-ci əsrdə insan qurban kəsilmir, heç qız uşaqlarını da, diri-diri basdırmırlar, qocaları köməksiz buraxmırlar. Əvəzində insanlar təməl ayarlarından uzaq düşüblər, hər kəs-hər kəsi rəqib görür, insanlar özlərinə qapanıb, hər kəs nəyin bahasına olursa olsun bir addım öndə olmaq üçün ölüm-dirim savaşına girir, daha çox istehlak, daha çox yığım əsas yaşam prinsip və tərzinə çevrilib. Bu amansız yarış, hərislik insanlarda sosial dəyərləri arxa plana keçirib və bioloji instinktlər qabarıq müşahidə olunur.

Koronovirus pandemiyası isə bir daha göstərdi ki, bigəyaşayış, təhlükəsiz mühit, toplumun rifahı kollektiv səylər, insanlardan şəfqət, mərhəmət, hər kəsdən məsuliyyətli davranış tələb edir. Koronovirusun yayılmasının məhdudlaşdırılmasının əsas şərti kollektiv məsuliyyətli davranış, hər kəsin ayrılıqda və cəmiyyət olaraq bütöv olaraq həmrəyliyinn keçir. Belə bir vəziyyətdə hər kəsin ayrılıqda məsuliyyəti olması ilə yanaşı toplum qarşısında da məsliyyəti vacib məqam kimi vurğulanmalıdır. Hazırda xüsusi karantin rejimi qaydalarına əsasən insanlar evdə qalmağa məcburdurlar. Bununla həm özlərini, həm də digərlərini qoruyurlar. Lakin bir çox insanların maddi imkanları evdə qalmağı mümkünsüz edir, ehtiyac üzündən bu insanlar gündəlik minumum qazanc əldə etmək üçün sosial izolyasiya tədbirlərinə əməl edə bilmirlər. Formal hüquqi baxımdan və ümumi fayda, təhlükəsizlik baxımından bu cür insanları qınamağa haqqımız var. Amma humanizm, adı insanlıq normaları baxımından necə qiymət verək? Bu insanlar obyektiv və yaxud subyektiv səbəblərdən, fərqi yoxdur, gündəlik dolanışqılarını təmin edə bilmirlər. Belə vəziyyətdə hansı çıxış yolumuz var? Humanizm, insanlıq prinsipləri bizdən nə tələb edir? Bəlkə onları sosial məsuliyyətə dəvət etməklə yanaşı əlimizi daşın altına qoyaq, bir anlıq onların vəziyyətində özümüzü təsəvvür edək... Qorxutmaq, qınamaq yerinə mərhəmət, şəfqət göstərək. Xalqımızın “Əl tutmaq əldən qalıb” –atalar sözünü yada salaq. Bu həm də hər brimizin və toplum olaraq hamımızın ən qısa xilas yoludur. Çünki, bu gün evdə qalmağa imkanı olmayanlara əl tutmasaq, bizim də evdə qalmağımızın faydası olmayacaq, xəta bizdən də yan keçməyəcək. Gərək daha çox insanın evdə qalmağa imkanı ola ki, sosial izolyasiya tədbirləri və hökumətin səyləri hədər getməyə. Evdə qalmaq imkanı olmayanların sayı çox olduqca evdə qalanların da riski bir o qədər artıq olacaq...

Birgə səylərlə, yardımlaşmaqla çox böyük təöhə verərik. Hər kəs bu həqiqəti anlasa bəladan tez bir zamanda uzaqlaşacağıq və az itki verəcəyik. Ona görə yardım etməyə imkanı olanlar ilk növbədə özlərini, daha sonra toplum mənafeyini düşünüb yardım kampaniyalarına qoşulmalıdır. Artıq uğurlu yardım kampaniyaları da var, nümunə kimi Milena Nəbiyevanın “Həyata ümid” adlı aksiyasını qeyd edə bilərəm. “Konstitusiya” Araşdırmalar Fondu Milena xanımın könüllü kimi çalımasına dəstək verib.

Həmçinin digər şəxslər – Zaur Darabzadə, Zəhra Bədəlbəyli, Emil Ağayev, Ümüd Ismayılov və digər tanımadığımız və məlumatımız olmadıgı də xeyli sayda şəxslər də bu cür aksiyalar həyata keçirirlər.

“Həyata ümid” adlı aksiya çərçivəsində artıq yüzlərlə insana yardım edilib, onlar zəruri ərzaqla təmin edilib. Hər kəsi bu cür aksiyalarda iştiraka dəvət edirəm və xatıarladıram ki, hamımızın sağalamlığı, təhlükəsizliyi hər kəsin məsuliyyətindən asılıdır. Eyni zamanda hər kəsin sağlamlığı hamının məsuliyyətindən asılıdır. Dövlət üzərinə düşəni edir, amma dövlət imkanları da hüdudsuz deyil, insanların sosial izolyasiay tədbirlərinə riayət etməsi üçün onların zəruri ehtiyaclarını qarşılamağa hər birimiz töhfə verməliyik. Bu töhfələrlə əslində özümüzün sağlamlığına, virusdan qorunmağımıza dəstək veririk. “Başqaların kömək etməklə özünə kömək edirsən” şüarı indi hər zamankından daha realdır və gerçəkdir. Zaman hər birimizə humanist, xeyirxah olmağımızı və bunu ən azı özümüzün faydası üçün etməyimizə şans verib. Bunu unutmayaq, ən azı özümüz üçün mərhəmətli olaq...Bundan tutarlı səbəbmi var?

Sonda Milena Nəbiyevanın “Həyata ümid” adlı aksiyası ilə tanış olmaq və zəruri məlumatalar əldə etmək, dəstək vermək üçün onun Feysbuk profilinin linkini əlavə edirəm.

https://www.facebook.com/mina.en.142
XƏBƏR LENTİ
SORĞU