10 apr 14:25Sosial

Komitə sədri parlamentdə iqtisadi islahatların səmərəliyindən danışıb, ekoloji problemlərə də toxunub

Komitə sədri parlamentdə iqtisadi islahatların səmərəliyindən danışıb, ekoloji problemlərə də toxunubMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin dünənki iclasındakı çıxışında hökumətin koronavirusla mübarizə sahəsində gördüyü tədbirlərə, ölkədə sosial, iqtisadi vəziyyətə, ətraf mühitin mühafizəsi məsələsinə toxunmaqla yanaşı, problemlərə də toxunub.

Avrasiya.net xəbər verir ki, S.Qurbanov öncə bütün vətəndaşlarımızı epidemiya ilə əlaqədar yaşamaqda olduğumuz vəziyyətdən minimum zərərlə çıxmaq üçün dövlətimizin qərar və tövsiyələrinə ciddi əməl etməklə sağlamlıqlarının qeydinə qalmalarına, bu istiqamətdə hər kəsi bir nəfər kimi öz dəstəklərini göstərməyə çağırıb: "Ölkəmizin Birincı vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın müraciətində qeyd etdiyi kimi “...bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik”. Biz birlikdə güclüyük!"

Komitə sədri daha sonra ölkədəki iqtisadi, sosial sahədə dövlətin həyata keçirdiyi islahatlara toxunub. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında həyata keçirilən dinamik dəyişikliklər, islahatlar bu gün Milli Məclisə təqdim edilən hesabatda dəqiq və dolğun ifadəsini tapıb: "Bu islahatların nəticəsidir ki, dünyada hərtərəfli mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə iqtisadiyyatımızın dayanıqlığı təmin olunub, iqtisadiyyatın inkişafına yeni təkan verilməsi üçün möhkəm zəmin yaranıb, minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması mümkün olub. Sevindirici haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin həyata keçirdiyi islahatları yüksək qiymətləndirib, nəticədə hesabatlarında Azərbaycanın əsas göstəricilər üzrə mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşmasını bir daha qeyd ediblər".

S.Qurbanov ölkədə ekoloji təhlükəsizliyin təminatında görülən işlərə də toxunub. O, komitə sədri kimi hesabat ilində ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi, çevik və səmərəli idarəetmə sisteminin təkmilləşdirilməsi, ekoloji təhlükəsizliyin təmin olunması, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahı üçün daha səmərəli istifadə olunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib: "Belə ki, çirklənmiş ərazilərin təmizlənməsi, müşahidə və monitorinqlərin aparılması, meşələrin inventarlaşdırılması, şirin su və dəniz akvakulturasının inkişafı, yaşıllıqların suvarılması, xüsusi mühafizə olunan ərazilərin idarə olunması, idarəetmə prosesində informasiya texnologiyalarından fəal istifadə və.s istiqamətlərdə müasir yanaşmanın tətbiqi özünü bir daha doğruldub. Ancaq düşünürəm ki, bu hesabatda müsbət həllini tapmış məqamlardan, naliyyətlərdən əlavə Nazirlər Kabinetinin gərgin fəaliyyəti nəticəsində aşkarlanan, öyrənilən, əksər hallarda ilk fürsətdə həlli məqsədi ilə barələrində müvafiq tədbirlər planı tərtib edilən məsələləri, problemləri də qeyd etməliyik".

Komitə sədri həmin problemləri sadalayıb:

1. Ekoloji tarazılığın bərpası məqsədi ilə Alternativ Enerji resurslarından zəif istifadə olunması,
2. Tullantı sularının Xəzərə birbaşa axıdılması,
3. Hələ də avtomobil və sənaye müəssisələri tərəfindən atmosferin çirkləndirilməsi,
4. Kənd təssərüfatı üçün yararlı torpaqların sıradan çıxması,
5. Tullantıların tələb olunan səviyyədə idarə olunmaması və.s

S.Qurbanov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı məqbul hesab etdiyini və həmkarlarını lehinə səs verməyə çağırıb.

Deputat çıxışının sonunda rəhbərlik etdiyi komitədə müzakirə zamanı həmkarları tərəfindən təmsil etdikləri regionların problemlərini ilə bağlı təkliflərin ümumiləşdirilərək, yazılı formada hökumətə təqdim olunacağını vurğulayıb.
XƏBƏR LENTİ
SORĞU