İrana ŞOK müharibə anonsu: Tramp orduya SƏLAHİYYƏT VERDİ
ABŞ prezidenti Donald Tramp İraqda amerikalı hərbçilərin həlak olması ilə nəticələnən hücumla bağlı addımlar atmaq üçün Müdafiə Nazirliyinə səlahiyyət verib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz”qəzeti məlumat yayıb. Pentaqon rəhbəri Mark Esper isə bildirib ki, hücumu həyata keçirən qüvvələrin cəzalandırılması üçün bütün seçimlər masadadır. Onun sözlərinə görə, hücumu İranın dəstək verdiyi qruplaşmalar həyata keçirib.

Xatırladaq ki, ötən gecə “Taci” hərbi bazasına raket hücumu nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. 11 əsgər yaralanıb.
"Dövlət başçısının gənc kadrlarla bağlı tapşırığı hamıya  nümunə olmalıdır"Yusif Babanlı
Professor


Hər bir xalqın, millətin varlığı, onun gələcək inkişafı bilavasitə olaraq yetşən, formalaşan gəncliyi ilə bağlıdır. Sağlam əqidəyə malik olmaq, sağlam düşncə ilə bağlıdır. Bütün bunların da bünövrəsində də fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimiz durur. Bildiyimiz kimi, Azərbaycanın inkişafında, onun iqtisadi, siyasi və mədəni həyatında, beynəlxalq aləmdə böyük nüfuz qazanmasında gənclərin rolu danılmazdır. Dövlətin inkişaf tarixinə nəzər salsaq görərik ki, onun hər bir asan və çətin mərhələsində gənclərimizin özünəməxsus rol olmuşdur.

Sözsüz ki, bütün bunlar dövlətin gənclərə göstərdiyi yüksək diqqət və qayğısından bəhrələnərək uğurlu gənclər siyasətinin formalaşması ilə bağlıdır. Əsasən müstəqillik qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövürlərdə zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ulu öndər gənclərin cəmiyyətdə önəmli rolunu vurğulayaraq gözəl fikirlər söyləmişdir: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir…

Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Ümummilli lider Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev ölkədə aparılan demokratik islahatlara və gənclərin hüquqlarının qorunmasına həmişə yüksək diqqət göstərmişdir. Bütün sahələrdə sistemli və uğurlu islahatlar aparan dövlət başçısı bu proseslərdə gənclərin roluna üstünlük verir. Müxtəlif qurumlarda, dövlət idarələrində, iqtisadi və siyasi sektorlarda gənclərin idarəçiliynə üstünlük verməklə yanaşı onların fəal iştirakını da təmin edir.

Son zamanlar ölkədə aparılan islahatlarda gənclərin önə çəkilməsi, idarəçilikdə onlara göstərilən etimad bir daha bunu sübut etdi ki, artıq Azərbaycanda yüksək intellekte malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb. Gənclər cəmiyyətin əsas aparıcı qüvvəsi olmaqla yanaşı, eyni zamanda daima axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Bu gün də dövlətin idarəçiliyində yeni və müasir düşüncəli gənclərin irəli çəkilməsi alqışlanası və qürur duyulası bir haldır. Son günlərdə dövlət başçısının keçirdiyi iclaslarda islahatlar aparmaq, yeni və müasir kadrlarları işə cəlb etmək tapşırığı da bir daha Prezidentin gənclərə göstərdiyi yüksək diqqəti və etimadı idi.

Bu tapşırıq cəmiyyətdə müsbət qarşılanmaqla yanaşı gənc qüvvələr üçün bir növ stimul oldu. Biz də öz növbəmizdə Cənab Prezident İlham Əliyevin və I Vitse Prezident Mehriban xanım Əliyevanın yürütdüyü uğurlu gənclər siyasətini bütün qüvvəmizlə dəstəkləyirik və ölkə başçısının bu tapşırığına məmurların və aidiyyatı qurumların əməl edəcəyinə inanırıq.
Baş Prokurorluq və DİN-dən koronavirus XƏBƏRDARLIĞI
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.

Avrasiya.net-ə daxil olan məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən koronavirus xəstəliyinin qarşısının alınması üzrə həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxmuş və karantinə yerləşdirilmiş şəxslərin sayı, onların müalicəsi və s. barədə ictimaiyyət mütəmadi məlumatlandırılır:

“Lakin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə və “watsapp” ani mesajlaşma tətbiqi vasitəsilə koronavirus xəstəliyi ilə mübarizədə insanlarda təşviş və çaşqınlıq yarada biləcək tədbirlərin görülməsi haqda müxtəlif şayiələr yayılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi vətəndaşları belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının məlumatlarını nəzərə almağa çağırır.

Eyni zamanda həqiqəti əks etdirməyən, cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış bu cür əsassız və uydurma informasiyaları yayan şəxsləri xəbərdar edirik ki, yol verdikləri qanunazidd əməllərə görə barələrində hüquqi məsuliyyət tədbirləri görüləcəkdir”.
Dərslər 27-də başlamayacaq
İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndindəİlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində təşkil olunub.

Avrasiya.net xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb. İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində təşkil olunub.
İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agenliyinin sədri Mirzə Əliyev iştirak ediblər.

Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatları və payızlıq əkinləri bəyan etmiş 200 fermerə "Fermer kartı" təqdim olunub.

RİH başçısı Nahid Bağırov tədbirdə kənd sakinləri ilə görüşərək onların problemləri və qayğıları ilə maraqlanıb.
İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində
İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində
Yas mərasimlərinə məhdudiyyət qoyuldu
“Təzə Pir” məscidində ehsan verilməsi məhdudlaşdırılıb.

Bu barədə Avrasiya.net-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən həftə verilən tövsiyələrə uyğun olaraq, məscidin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub:

"Məhdudiyyətin nə zamana qədər davam edəcəyi ilə bağlı hələlik məlumat yoxdur”.
Müxalifət partiyaları birləşərək bir namizəd irəli sürəcəklər? - Əhməd İmamquliyev açıqlama verdi
"Yeni razılaşdırılmış sistem (120\30) təbi ki, bizi qane etmir. Lakin biz bütün müxalifət partiyaları ilə həmrəy olaraq bir şərtlə buna razılıq vermişik. Bu şərt isə bildiyiniz kimi, 20 iyun hadisələrindən sonra həbs olunan siyasi məhbusların azadlığa buraxılmasıdır".

Bu sözləri 24News.ge xəbər portalına "Avropalı Gürcüstan" partiyasının Marneuli nümayəndəliyinin rəhbəri Əhməd İmamquliyev deyib.

O bildirib ki, hazırki seçki sistemi ilə razılıq əldə olunsa da lakin ən önəmlisi seçkilərin bütünlüklə proporsianal seçki sistemi ilə keçirilməsidir:

"Təbi ki, bizim üçün və ölkə vətəndaşları üçün daha yaxşısı proporsianal seçki sistemidir elə buna görədə biz 'Gürcü Arzusu' partiyasını məğlub edərək bundan sonrakı seçkiləri proporsianal qaydada keçirəcəyik".

Ə.İmaquliyev müxalifət partiyalarının Marneulidə vahid namizəd irəli sürmə məsləsinə də aydınlıq gətirib:

"Digər sualınıza gəldikdə isə biz artıq razılaşmışıq bütün Gürcüstanda 30 majoritar seçki dairəsi var bunların hər birində həmtək olmuş müxalifət tərəfindən vahid namizəd irəli sürüləcək, bu 30 dairədən biridə Marneulidir. Təbi ki, biz partiya olaraq həmçinin mən Əhməd İmamquliyev hər hansı partiya və namizədin üzərində dayansaq biz onu dəstəkləməyə hazırıq. Biz inanırıq ki, bütün müxalif partiyaların liderləri də bu düşüncədədirlər ki, biz birlikdə 'Gürcü Arzusu' partiyasını məğlub etməliyik". -deyə Ə. İmamquliyev bildirib.
www.24news.ge
Paşinyan: Əsgərimiz it yeməyi yeyir
Bizim ordudakı situasiya barədə mənə məlumat veriləndə ilk emosional reaksiyam kabineti tərk etmək arzusu idi, çünki fəlakətli vəziyyət idi.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bunun barəsində indi danışmaq yaxşı deyil, amma nümunələr gətirəcəyəm. Serj Sərkisyan özü də bu nümunəni gətirir və deyirdi ki, oğlanlarımız 80-ci illərin silahlarıyla savaşırdılar. Əgər siz Qarabağın qoruyucuları idinizsə, niyə ordumuz 80-ci illərin silahlarıyla döyüşürdü? Əgər siz Qarabağın qoruyucuları idinizsə, niyə 2018-ci ilin vəziyyətinə əsasən, Qarabağ və Ermənistanın dağılmış hava hücumundan müdafiə sistemi vardı? Belə dağılmış sistemlə Qarabağı saxlayırdınız? Ayılar və itlər üçün nəzərdə tutulan qida ilə əsgərlərimizi təchiz edirdiniz ki, onlar Qarabağı qorusunlar? Serj Sərkisyan əsgər üçün nəzərdə tutulan yeməyi nə vaxtsa yeyibmi? 2018-ci ilin mayında cəbhəyə gedəndə mənə əsgər yeməyi verdilər, bir saat yarım sonra qıcıqlanmadan nə edəcəyimi bilmirdim”, – deyə o bildirib.

Paşinyan Sərkisyan, Robert Köçəryan, Qagik Xaçatryan, Qagik Bəyləryan, Aram Arutyunyan və digərlərindən oğurlanmış pulları qaytarmasını tələb edib.
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə öldü
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb.

Bu barədə Avrasiya.net-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1949-cu il təvəllüdlü xəstə ETACXİ-na 06.03.2020-ci il tarixində saat 22.45-də Göyçay RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Sol ağciyərin infiltrativ vərəmi, iki tərəfli plevral reaksiya ilə (sağda sinus, solda VI qabırğa səviyyəsi)” diaqnozu ilə I Ağciyər vərəmi şöbəsinə yerləşdirilib, müalicə təyin edilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 19.00-da xəstədə bioloji ölüm qeyd olunub. Ölümün səbəbi “Ağciyər arteriyasının tromboemboliyası. Xroniki ağciyər ürəyi. Sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində (kazeoz pnevmoniya). Ekssudativ plevritlə fəsadlaşma”dır.



Qeyd edək ki, dünən həmin xəstəxanada daha iki xəstə ölmüşdü.
Yataqda mənə elə şey təklif etdi ki... - Azərbaycanda ərini öldürən qadından ŞOK SÖZLƏR
Göygöl rayonunda ərini öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Aynurə Qəhrəmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, Göygöl rayon sakini İlham Qəhrəmanov arvadı Aynurəni uzun müddət qısqanıb və onu başqa kişilərlə intim münasibət saxlamaqda günahlandırıb.

O, mütəmadi olaraq arvadını döyüb, təhqir edib. Bu səbəbdən onların aralarında münasibətlər pozulub. Aynurə Qəhrəmanova 23 noyabr 2012-ci il tarixdə aralarında olan rəsmi nikah qeydiyyatının pozulması barədə Göygöl rayon Məhkəməsində əri İlham Qəhrəmanova qarşı iddia qaldırıb.

Sərxoş kişinin dəhşətli qətli

12 yanvar 2013-cü il tarixdə saat 23-24 radələrində sərxoş vəziyyətdə olan əri İlham Qəhrəmanovun onu döyməsindən və qeyri-təbii yolla cinsi əlaqədə olmaq təkidindən qurtulmaq üçün mübahisə edib.

Bu zaman Aynurə İlham Qəhrəmanovu çarpayının üzərinə yıxıb və üstünə çıxaraq dizləri ilə sinəsindən basıb. İlham Qəhrəmanov boğulma nəticəsində ölüb.

Daha sonra cinayətin izini itirmək və məsuliyyətdən yayınmaq məqsədilə İlham Qəhrəmanovun meyitini sürüyərək evin həyətindəki yardımçı tikiliyə gətirib. Orada meyiti basdırmaq üçün xəndək qazıb.

Amma xəndəkdəki iri daşı çıxartmağa gücü çatmayıb. O, həmkəndlisi və qonşusu Ağalar Kərimovu kanalizasiya çəkdirmək adı ilə evinə çağırıb. Sonuncunun baş vermiş hadisədən xəbəri olmayıb və qadın xəndəkdəki daşı ona çıxartdırıb. Xəndəyi qazaraq dərinləşdirdikdən sonra Ağalar Kərimov yaşadığı evə gedib.

Qətlin üstü necə açıldı?

Aynurə Qəhrəmanova isə yaşadığı evin yardımçı tikilisində qazdığı xəndəkdə İlham Qəhrəmanovun meyitini basdırıb.

2017-ci il iyulun 21-də saat 11 radələrində İlham Qəhrəmanovun meyiti Göygöl rayonu Qırıxlı kəndində evin yardımçı tikilisindən aşkar edilərək xəndəkdən çıxarılıb.

İstintaq orqanı tərəfindən Aynurə Qəhrəmanovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Münasibətlərimiz pisləşdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə Qəhrəmanova bildirib ki, 1998-ci ildə İlham Qəhrəmanovla ailə həyatı qurub, birgə nigahlarından 1999-cu il təvəllüdlü Rəşad, 2002-ci il təvəllüdlü Fatimə, 2008-ci il təvəllüdlü Elşad dünyaya gəlib: “Evləndikdən sonra əvvəlcə İlhamla Göygöl rayonu Balçılı kəndində qaynatamgilə məxsus evdə yaşadıq.

2004-2005-ci illərdə isə Göygöl rayonunun Qırıqlı kəndində ev aldıq. Bundan sonra həmin evdə yaşamağa başladıq.

İlhamla evləndikdən az müddət sonra münasibətlərimiz pisləşdi. Bunun səbəbi İlhamın mütəmadi olaraq spirtli içki qəbul etməsi, evə qayğı göstərməməsi, mənimlə dava-dalaş etməsi oldu.

Göygöl rayon Qırıqlı kəndinə köçdükdən sonra İlhamla münasibətlərimiz daha da pisləşdi. Buna səbəb İlhamın qısqanclığı oldu. Aramızda həmişə soyuq münasibət olub. Həmişə İlhamla ayrı-ayrı otaqlarda yatmışıq”.

“Bəhman sənin ərindir, dalınca gəlib”

Aynurə Qəhrəmanovanın sözlərinə görə, 2012-ci il avqustun 26-da İlham və 3 övladı İlhamın qohumugilə toya gediblər: “Toydan çıxdıqdan sonra İlham yenidən mənim ünvanıma nalayiq sözlər işlətməyə başladı. Qaynım Bəhmana zəng vuraraq, bizi yaşadığımız evə aparması üçün çağırdı. Bəhman gələ bilməyəcəyini dedi. İlham yenidən əsəbləşdi. Bunu gördükdə Bəhmana zəng edərək, İlhamın məni döymək istədiyini dedim, gələrək bizi evə aparmağını xahiş etdim.

Bir qədər sonra Bəhman həmin yerə gəldi. Mən və uşaqlarım Bəhmanın maşınına oturduq. İlham isə Bəhmanın onun çağırışına deyil, mənim çağırışıma gəldiyinə görə əsəbləşdi.

İlham mənə “Bəhman sənin ərindir, ona görə dalınca gəlib” dedi. İlhamla Bəhman arasında mübahisə yarandı”.

“Məni döyəcəyini fikirləşdim”

Aynurə Qəhrəmanova qeyd edib ki, İlham restoranın yanında oğlu Rəşadla qalıb: “Bir qədər irəlilədikdən sonra Bəhmana dedim ki, İlham Rəşadı döyəcək, geri qayıdaq, Rəşadı da özümüzlə götürək. Geri qayıdıb Rəşadı götürdükdən sonra Qırıqlı kəndində olan evimizə getdik.

Həmin vaxt anam Güllü evimizdə idi. Həyətdə bir qədər dayandırdan sonra uşaqlara toy evinə gedəcəyimi dedim, sonuncuları anamın yanına yolladım. Toya nəmər yazılmadığından baldızım Rəsmiyyənin qonşuluqda olan evi istiqamətinə yollandım.

Lakin İlhamın gələrək məni orda da döyəcəyini fikirləşdim, ora getmədim. Yenidən yaşadığım evə qayıtdım, amma evə girmədim, həyətdə gözlədim”.

“Özümü öldürəcəyimi dedim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, gecə yarı əl damına girib, səhərə yaxın saat təxminən 5 radələrində İlhamdan qorxduğundan Gəncə şəhərinə gedib: “Gəncədə gün ərzində gəzişdikdən sonra bacım Arifəyə zəng vurdum, uşaqların necə olduğunu soruşdum. Bacım evdən çıxaraq getdiyim üçün məni danladı. Ona özümü öldürəcəyimi, artıq bu cür yaşaya bilmədiyimi dedim.

Bacımın təkidindən sonra onlara gəldim. İlham isə gələrək, məni oradan götürdü, yaşadığımız evə gətirdi. Həmin gündən ailəmizdə münasibət daha da korlandı.

İlham yenə də məndən boşanmaq istədi. İlham məndən boşansın deyə oğlum Rəşadın istifadəsində olan nömrədən tanımadığım bir nömrəyə zəng etdim, sonuncu ilə tanış oldum. Təxminən 3 gün müddətində həmin şəxslə telefonla danışdım. Həmin şəxs mənim ailəli olduğumu bildi, mənimlə danışmadı”.

Aynurə Qəhrəmanova bildirib ki, bir gün telefonda həmin şəxsin nömrəsini açıq saxlayıb: “Məqsədim ərimin həmin şəxslə danışdığımı, xəyanət etdiyimi düşünməsi və məndən boşanmasına nail olmaq idi. Ərim həmin şəxsə zəng vurdu, danışdıqdan sonra yenidən məni döydü.

2012-ci ilin sentyabrında oğlum Rəşadın istifadəsində olan nömrədən başqa bir kişi ilə təxminən bir həftə danışdım. Həmin kişi də mənim evli olduğumu bildi, mənimlə danışmadı”.

“Məni öldürməyini təklif etdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ilin sentyabrında Göygöl rayon Məhkəməsinə boşanmaq üçün müraciət edib: “Dekabr ayında hazırlıq iclası, 14 yanvarda isə məhkəmə baxışı olmalı idi.

12 yanvar 2013-cü il tarixdə İlham axşam saatlarında spirtli içki qəbul etdi, sonra çimməyə getdi. İçkili olduğu üçün ona çimməyə kömək etdim. İlham təxminən saat 22-23 arası yenidən mənimlə mübahisə etdi, sonra yatdı. Gecə yarısı yenidən oyandı. Mənim və uşaqlarımın yatdığı otağa keçdi. Yenidən bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdi.

İlhamın yatdığı otağa keçdim ki, səs-küydən uşaqlar narahat olmasın. Orada da İlham mənimlə dava-dalaş etdi. Əynimdə olan xalatı çıxararaq lüt şəkildə yatdığı çarpayıya uzatdı.

Uzanmış vəziyyətdə İlham nə üçün ona xəyanət etdiyimi soruşdu, camaat içinə çıxa bilmədiyini, başını aşağı əydiyimi, yad kişiylə danışdığımı dedi. Ona xəyanət etmədiyimi, adıma söz çıxarsa, məndən boşana biləcəyindən belə bir şey etdiyimi söylədim.

İlham etdiyim hərəkətlərinə görə özünü öldürəcəyini dedi. Mən isə ona özünü yox, məni öldürməyini təklif etdim”.

“Kəməri boğazına bağladı, intihar edəcəyini dedi”

Aynurə Qəhrəmanova qeyd edib ki, bundan sonra İlham ayağa durub və onu vurmağa başlayıb: “Otaqdan qaçmaq istəyəndə İlham arxadan məni vurdu, yatdığı çarpayıya yıxdı və bədənimin müxtəlif nahiyələrinə vurmağa başladı. İlham məndən hara getdiyimi soruşdu. İlhama xəyanət etmədiyimi, sadəcə onda qıcıq yaratmaq üçün evdən getdiyimi söylədim.

O, mənimlə qeyri-təbii yola cinsi əlaqədə olmaq istədiyini dedi. Onun bu istəyindən imtina etdim. Bu səbəbdən aramızda mübahisə baş verdi. Donumun parça materialdan olan kəməri həmin vaxt İlhamın çarpayısının yanında idi. İlham həmin kəməri boğazına bağladı, intihar edəcəyini dedi.

Başa düşdüm ki, intihar edəcəyini deyib, məni qorxutmaq istəyir ki, razı olub, onunla qeyri-təbii yolla cinsi əlaqədə olum. Hiss etdim ki, razı olmasam da, İlham zorla mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olacaq. Mən isə həmin formada cinsi əlaqədə olmaq istəmədim, bunu qəbul edə bilmədim.

İlhamın boğazına bağladığı kəməri açmaq istəyəndə, mənə mane olaraq çənəmə yumruq vurdu. Bu zaman İlhamı itələdim, o, geri gedərək çarpayıda oturdu. Tez iki əlimlə onu boğmağa başladım”.

“Dedim ki, yatdı, narahat olma”

Aynurə Qəhrəmanovanın sözlərinə görə, İlhamı öldürmək məqsədi ilə boğub: “Xırıltı səsi gəldikdə onu buraxdım. Bundan sonra təlaşlı olduğumdan evin içində ora-bura getdim. Qızım Fatimə dava zamanı səsə oyanmış olduğundan, onların yatdığı otağa keçəndə qızım mənə “necə oldu, atam yatdımı?” sualını verdi. Mən isə Fatiməni qucaqladım, dedim ki, yatdı, narahat olma.

Uşaqlar yatandan sonra İlhamı öldürdüyüm otağa keçdim. Arxadan qucaqlayaraq onu əl damına tərəf açılan pəncərəyə söykədim. İkinci cəhddə İlhamın başını pəncərədən çölə çıxartdım. Bundan sonra həyətə düşdüm, pəncərənin digər tərəfinə keçərək İlhamı çiyinlərindən tutaraq əl damına apardım”.

Üstünə torpaq tökdüm, yeri hamarladım”

Aynurə Qəhrəmanovanın sözlərinə görə, İlhamı əl damında divara söykəyib, üstünü isə dəmir şiferlərlə örtüb ki, meyitini kimsə görməsin: “Yanvarın 13-də həmin damda İlhamı gizlətmək üçün boyu ölçüdə pəncərənin olduğu qapıya perpendikulyar qazmağa başladım. Qazmağa gücüm çatmadığım üçün qonşu Ağaları çağırdım ki, mənə kömək etsin.

Ağalara əl damında qazıntı aparmağımın səbəbinin təmirlə əlaqədar olduğunu dedim. Bildirdim ki, damın suyunu məhəllədən axıtmaq üçün kanalizasiya düzəldəcəm, İlham demişdi ki, qazdırım. Ağalar arvadı Mətanətlə birlikdə bizə gəldilər. Mətanətlə mən kənarda dayandım, Ağalar isə mənim qazdığım xəndəyi dərinləşdirdi.

Bundan sonra Ağalar, bir qədər sonra isə Mətanət getdilər, gecə uşaqlar yatdıqdan sonra əl damına gəldim. İlhamın üzərinə qoyduğum şiferləri götürdüm. Onu qazılmış xəndəyə uzatdım. Üstünə torpaq tökdüm, yeri hamarladım”.

“Ərimi öldürüb basdırdığımı başa düşmədilər”

Təqsirləndirilən şəxs bildirib ki, səhəri gün qaynı Bəhman gəlib və İlhamı soruşub: “Bəhmana İlhamın səhərdən çıxdığını, hara getdiyini bilmədiyimi dedim. Bundan sonra qaynanam və Bəhman bir neçə dəfə gəldi, İlhamı soruşdular. Mən isə İlhamın harda olduğunu bilmədiyimi dedim.

Təxminən bir ay sonra bildim ki, qaynım Bəhman İlhamın yoxa çıxması barədə Göygöl rayon polis şöbəsinə ərizə verib. Bəhmanın ərizəsi ilə bağlı polis əməkdaşları yaşadığım evə gələrək evimə baxış keçirdilər, lakin ərimi öldürüb basdırdığımı başa düşmədilər”.

Aynurə Qəhrəmanovanın ifadəsinə görə, İlham əvvəllər qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif etməyib, lakin başqa qadınlarla görüşdüyünü və həmin qadınlarla qeyri-təbii yollarla cinsi əlaqədə olduğunu ona danışıb.

Onun sözlərinə görə, ərini öldürməmişdən qabaq və öldürdükdən sonra heç kimə heç nə deməyib, heç kimdən heç vaxt bu barədə kömək istəməyib: “İlhamı təkbaşına öldürmüşəm. Ərimi öldürdüyüm üçün məsuliyyətə cəlb olunacağımı fikirləşdiyimdən bu barədə heç bir məlumat verməmişəm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aynurə Qəhrəmanova 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Aynurə Qəhrəmanova apelyasiya şikayəti verib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmünün ləğv edilməsini, əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Aynurə Qəhrəmanovanın şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə Aynurə Qəhrəmanovanın apelyasiya şikayətini qismən təmin edib, onun barəsində olan cəzanı 9 il 6 aya qədər endirib.