12 mar 12:26siyaset

Yenidən qlobal gücə çevrilən Rusiya

Yenidən qlobal gücə çevrilən Rusiya
RF altı ildir ki, strateji qərarlar alma anlamında dünyanın əsas söz sahibinə çevrilib. Artıq Moskvanın fikri öyrənilmədən nə qərar qəbul edilir, nə də ki, kimsənin verdiyi sözün etibarlılığına güvənilir. Prosseslər o qədər sürətli baş verib ki, ictimaiət bunu qavramaqda gecikir. Maneə səbəbləri sırasında toplumun informasiya təminatı mənbələrinə nəzarət üstünlüyünün ABŞ və Qərbdə olmasını da göstərmək yersiz sayılmaz.

Şimal qonşumuzda 10-15 ilə qəfil böyük iqtisadi irəliləyişlərin, qavrayışımızda 100 ildə gedilən yolun 10-20 ilə qət ediləcəyinin şahidi olacağıq.

Moskvanın siyasi və hərbi dominantlıq təşəbbüsünü ələ almasıyla geostrateji nəzarət müfəttişlik rıçaqlarını yiyələnməsi, iqtisadi-ticari yöndə də tədbirlər görülmə imkanına şərait yaratdı. Siyasi - strateji tərzdə sadə məntiqdir ki, iqtisadi-siyasi istiqamətdə də əzələ nümayişi göstəriləcək. Bunun təzahürsüz qalması ən böyük diletantlıq olardı.

Rusiyanın neft üzərindən start verdiyi hücum ictimaiət tərəfindən çətin əxz edilir. Anlaşılandır. Cəmiyyət ziyalısı və sıravisiylə 29 illik bir informasiyanı qəbullanır Kİ, enerjidaşıyıcıların qiymətiylə sıxmaq ABŞ və müttəfiqlərinin güc sferasına aiddir. Rəqibin bu imkanlarından söz getdikdə yalnız boru xəttinin qaz və ya neftlə doldurulmasını duyub.

Putin növbəti dəfə dünyaya çox kombinasiyalı dərin oyunların peşəkarı olduğunu göstərdi.
Neft vasitəsiylə başlanan oyun ABŞ-ın demək olar tam şəkildə əlində olan enerji birjasını barmaqları arasından çıxartmağa yönəlidir. Görünən odur ki, Vaşinqton sahib olduğu bu silahı qoruya bilməyəcək.

Qənaətimin izahına keçim

Səudiyyə Ərəbistanının belə təlaşla ortaya atılması rıçaqlar azlığını göstərir. Hətta Ər- Riyadın ağırlığın altında özünü qurban verməsi də Moskvanın qazanclı çıxmağıdır. Belə ki, neft amili ilə ABŞ iqtisadi-maliyyə itkisini konpesasiyalaşdırsa da, Yaxın Şərqdəki dayaqlarını itirəcək. Yaxud hər ikisindən məhrum olacaq. İstənilən halda Kremlin başladığı gedişatdan minimal nailiyyətlərlə belə qalib ayrılması labüddür. Minimal dediyimizsə çox böyük oyunun parçası kimi özlüyündə qlobal məsələdir.. Səudiyyə Ərəbistanı oyunun başlanğıcında əsas sipər kimi ortada olduğundan ABŞ-ın bölgədə qurduğu dayaq mexanizmi elə yerdən zədələnir ki, tək üz qabığı və hərəkətinə ciddi mane olmayan bir parçası qopmur. Mexanizmin işlək qaydaları dəyişir. Güman ki, tezliklə Mərakeş, Misir, Əlcəzair ətrafında təlatümlər görəcəyik. Qətər və İordaniya hakimi mütləqləri üçün rahatlıq pozulacaq. Liviyadakı səngiməyən gərginliklərin səbəbləri hər bir xəbər izləyicisinə aydın olmağa başlayacaq. Rusiyanın ərəb coğrafiyası, Şimali Afrikanın şərqindən qərbinə uzanan bir zolaq boyunca varlığı görünəcək. Səudiyyə Ərəbistanı hakim sülalə içi həbs hadisələrinin əsas amilləri sırasında bu qlobal kölgə və açıq qarşıdurmaya ehtiyyat hazırlıq məsələləriylə bağlantı da durduğunu eşidə bilərik bir gün.

Rusiya 2019-cu ilin sonunda cari ilin mart ayı üçün neftinin satış qiymətini 40 USD təyin etmişdi. Hazırda olan ucuzlaşmanı hasilat artımı və digər vasitələrlə (bunlar aşağıda izah ediləcək) kompesasiyalaşdıracaq. Səudiyyə Ərəbistanında isə neftin bu il satışı 85 USD nəzərdə tutulub. Bu cür kəskin qiymət düşməsi Məkkə hamilərinə hansı ağırlıqlar yaratdığını təsvir etmək çətin deyil. Həmçinin nəzərə alsaq ki, dövlət büdcəsinin formalaşması yalnız neftdən asılıdır, təsəvvürümüz daha aydınlaşar. Xəbər portallarından Saudi Aramco-nun neftin qiymətini 12 USD - ə dək azalda biləcəyi inandırıcı deyil. Daha çox blefə oxşayır. Həm yuxarıda dediyimiz səbəbdən, həm də bunun ABŞ üçün risq həddini keçməyə də gətirir.

a) ABŞ büdcəsi neftdən asılı deyil. Lakin, neftin rol oynadığı hazırkı şəraitin iki acı diqtəsini yaşayır. Vaşinqton şist neftdən milyardlarla dollar qazanır. Amerika şist neftinin 25 USD ilə satışında xərci borcunu güclə ödəyər. Şist neft baha başa gələndir. Ənənəvi üsulla hasil edilən neft də digər ölkələrlə müqayisədə baha başa gəlir. Əsas alıcı bazar Avrasiya materiki ölkələri olduğu və kobud şəkildə desək 70% dən çox neft ixracatçılarının bu materikə aidliyinin verdiyi loqistik imkanlar, keyfiyyət və strateji maraq amilləri Amerika neft biznesini inamlı etmir 23. 4(5) USD trilyonluq borclar və xərclərin 5 trilyona dək artığı zamanda Amerikanın yüz milyardlar milyardlarla dollar gəlirdən məhrumluğu soyuqqanlılıqla qarşılana biləsi amil deyil.

b) Həmçinin Sem dayı siyasi - hərbi amirliyi altında olan ölkələrdən nefti bazar dəyərindən ucuz qiymətə alaraq gəlir əldə edir və enerji daşıyıcılar üzərində monopoliyasını saxlamaqla dünya dövlətlərinə iqtisadi, siyasi iradəsini yeridir. Kəskin ucuzlaşma bu imkanlardan məhrum edir ki, ölümcül zərbədir Vaşinqton üçün. ABŞ digər ölkələrin ÜDM istehsalında payının artımını hər nəqədər müxtəlif üsullarla azaltmağa, ləngitməyə çalışdısa da stoplaya bilmədi. 1951-ci ildən bu yana payı 50%-dən 19%-ə yaxın bir rəqəmə düşüb. Enerji bazarına nəzarəti itirməklə beynəlxalq iqtisadi və ticari dominantlığını saxlayan digər dirəyi- valyutasının qlobal gücünü də laxladacaq. Bu da məcburi hesablaşmalarla hələ ki, qalan bu 19%-lik ÜDM payını sürətlə azaldacaq. Müəllifləri unutduğum ekspertlərin söylədiyi bir informasiyada deyilirdi ki, ABŞ-ın ÜDM payı 16%-ə düşdükdə rəqabətsiz dünya hegemonluğunu itirəcək.

Bu, həmin hissənin 35-40% olduğu zamana aid rəydir.
Neft hasilatı üzərində nəzarət imkanları zatən saralmış hala düşmüşdü son 40 ildə. Bu itkilər satış vasitəsi ilə tənzimlənirdi ki, o da itir. İslam inqilabı dünyanın neftlə ən zəngin ölkələrindən olan İranı əlindən çıxardı. Səddamın devrilməsiylə İraqa girsə də bu gün faktiki İraq neftinə nəzarəti qonşu Suriya cəbhəsində nailiyyətsizliklə itirdi. Deyilən səbəbdən Suriya neftinə hakimliyə də nail ola bilmədi. Ən böyük neft ehtiyatlarına sahib Venesuela ilə reallıqlar da göz önündə. Karakası öz arealına qaytarmaq cəhdləri alınmadı. Dünyanın ən zəngin neft ölkələrindən daha biri Nigeriya.. Son 15 ildə Çinin bu ölkədə ABŞ neft şirkətlərini sıxışdırdığı faktı da məlumdur. Bu səbəbdən İslam Xilafəti radikal terror qruplaşmaları Nigeriyada da peyda olmuşdu.

Rusiyanın hasilat artımı ilə yanaşı digər vasitələrdən istifadə etməklə kompensasiya edəcəyini vurğuladım yuxarıda. Necə? Bunu yazaq.
Bəziləri siyasi gedişlərə və imkanlara aid şərtləri yanlış olaraq nəzərə almır. Bu da panoramanı düz görmək imkanı vermir. Rusiya digər dövlətlərlə eyni şərtlər daşımır axı. Onun coğrafi,hərbi, siyasi, coğrafi-iqtisadi, təbii resurslar zənginliyə dayanan iqtisadi təsir imkanları var.
a) ABŞ-ın itirdiyi neft ölkələrini ətrafında cəmləməklə daha geniş cəbhə yarada bilməsi.

- İran.

Embarqolar səbəbindən hasil etdiyi neftin böyük qismini sata bilməyib. 30-35 illik satış ehtiyyatlı daxili rezervuarlarda qalıb. Rusiyadan alacağı digər lazımlı dəstək və mallar müqabilində yığılmış, müştərisiz qalmış nefti 3-5 $- a da sata bilər və buna hazırdı da.

- Suriya.

Dövlət olaraq varlığını, qırğından qorunmaq üçün neftini son damcısına dək Moskvaya hətta havayı verməyə hazırdır

- İraq.

Real siyasi, hərbi vəziyyətin diqtəsi Moskvaya hərtərəfli əməkdaşlığı diqtə edir. Güzəştli şərtlər əsasında o da neftini Rusiyaya satarmı? Bəli.

- Venesuela.

Sata bilməyib küçələrə tökdüyü milyardlarla barel nefti 2 $ - a da RF- yə satmağa canla bsşla hazırdır. Amerika yönlü siyasi qüvvələr bu ölkədə çox zəifdir və sosial bazaları hər gün daralmaqdadır. O qədər ki, siyasi iradə nümayiş etdirə bilmirlər. Odur ki, yaxın illərdə Vaşinqtonun Karakas üzərində amirliyi qayıda bilməyəcək ki, bu disbalans dəyişə. Bunula Moskva neft üzərində monopoliyasını yaratmış olur. Tək əldən çıxardır və buyurduğumuz kimi böyük cəbhəyə rəhbərlik edir.

Amerika əks tədbir kimi embarqolara əl atacaq. Həmişə məsələyə aid bu sözlərini təkrar etdiyim dahi diplomat Kissencerin deyimi "Sanksiyalar strategiya deyil. Strategiyanın yoxluğu deməkdir"

Həmçinin bu günə dək Rusiyaya yönəli sanksiyalar mahiyyətə görə xırda sayılacaq nüansları nəzərə almasaq təsirsiz olduğunu görürük. Səbəblərin izahı digər şərhlərimizə qalsın. Bu barədə bir şeyicə qeyd edək. Siyasətdə, dövlət maraqlarını qorumaqda ənənəvi metodika yoxdur. Qoca Qərb zəngin siyasi təcrübə keçib. 400 illik siyasi ritorikanın vətənidir.

Həmçinin bu sadəcə rəqabət deyil. Savaşdır əsl mənada. Savaşlarda tutacağın yeri dərin düşünməlisən. Seçimin səni mümkün qədər sığortalamalıdır. Bu səbəbdən də embarqoya qoşulacaq ölkələrin həvəsli və ya dərhal, yekdilliklə razılaşacağı ola biləsi deyil.

Haşiyə kimi deyim ki, qarşıdurmada Rusiya, Hindistan, Argentina, İtaliya, Fransa, İzrail, İran cəbhəsində yer alanlar udacaq. Bəli, səhvə yol vermədim. İzrail, İran, Fransa bu tərəfdə olacaqlar.

Ərdoğan üzərindən oyun da baş tutmadı. General Haftarla Moskvada baş tutmayan görüş və razılıq, kombinasiyanın digər hissəsi İdlib məsələsindəki uğursuzluq...

Amerikada ölkə içi siyasi elitar mühitə zərbə

Bir şey də mütləq nəzərdən qaçırırılmamalıdır ki, bu il ABŞ- da prezident seçkiləridir. Təbliğat kompaniyası üzərində işlər gedir. Bu ərəfədə belə total təsirli gedişat Amerika siyasi qüvvələr arası, cəmiyyətlə siyasi elita arası mürəkkəb situasiya yaradacaq. Kreml yetkililəri çekist olmazlar əgər bunu nəzərə almasalar. İstənilən güc Moskvayla gizli separat və ya açıq razılığa getməyə məcbur qalacaq... Daha doğrusu, artıq məcburdu.. Bu da ki, siyasi rəqabətdə qarşı tərəfə şantaj, qara piar imkanı verir. Cəmiyyət siyasi cəhətdən professional təfəkkürlü deyil. Onun gözündə bu satqınlıq və ya zəiflik göstəricisidir. İkinci arqumentdə həqiqət payı var təbii ki.. Əlbət ki, Amerika da Amerikadır. Böyük siyasi institutlar, güclü kəşfiyyat və əks kəşfiyyat qurumlarına sahib hegemon ölkədir. Əlini əlinə qoyub oturmayacaq. Sadəcə elə şeylər var ki, nə qədər qabaqlayıcı tədbirlər görsən də iş işdən keçmiş olur.. minimal da olsa. Bu günə bir saatın içində gəlinməyib. Müəyyən zaman, güc sərf edilib. Müstəqil analitiklər gedişatlar üzərindən hədəfləri və nəticələr ehtimalını görür. Yəni, qismən nəticəyə əsaslanaraq deyirəm bunları.

Əli İsgəndərov
"VEKTOR" Beynəlxalq Humanitar Layihələndirmə və Araşdırmalar Mərkəzi təşkilat komitəsinim sədri
XƏBƏR LENTİ
SORĞU