Sizin Reklam Burada

Milli Məclisin deputatı Rusiyanın Baş prokuroruna müraciət edib

Milli Məclisin deputatı Rusiyanın Baş prokuroruna müraciət edib
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelin Rusiyanın Baş prokuroru İqor Krasnova müraciət edib.

Avrasiya.net xəbər verir ki, müraciət “Çarqrad” telekanalında jurnalist Vladimir Xomyakovun “Ruslar getməyin, bizə fahişlər və qullar lazımdır” (Русские не уезжайте, нам нужны рабы и проститутки) adlı qalmaqallı məqaləsinə görə ünvanlanıb.

Deputat Azərbaycanda ruslara qarşı guya qərəzli münasibətin iddia olunduğu məqaləni dezinformasiya adlanıdırıb və ölkədə heç vaxt ruslarla azərbaycanlılar arasında etnik zəmində qarşıdurmanın olmadığını diqqətə çatdırıb.

“Azərbaycanın Rusiya icması məsələyə diqqətlə yanaşmanızı və bu təxribatçı yazı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinə uyğun pozuntuların olub-olmamasını araşdırmağınızı xahiş edir”.

Xatırladaq ki, Mixail Zabelin 34 saylı Xətai ikinci seçki dairəsinin deputatıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər