Sizin Reklam Burada

Keçmiş nazir partiyadan getdi

Keçmiş nazir partiyadan getdi
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verib.

Avrasiya.net xəbər verir ki, bu barədə sabiq nazir özü Musavat.com-a danışıb. O, istefa səbəbini aşağıdakı kimi izah edib:

“Bir müddət öncə mən Ana Vətən Partiyasına üzv olduğumu bəyan edəndə cəmiyyətdə ciddi qınaqlarla üzləşdim. Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, həmişə səmimiyəm. Ona görə bu məsələdə də səmimi olaraq etiraf edirəm ki, partiyaya gələndən sonra burada praktik olaraq heç bir ciddi resursun olmadığını görüb, belə bir partiyanın sıralarını dərhal tərk etmək qərarı verdim. Ancaq bunu dərhal etmədim - istəmədim ki, partiyanın gözlənilən seçki uğursuzluğunda mənim adım hər hansı bir formada hallansın”.

Fikrət Yusifov söyləyib ki, partiya tərəfindən deputatlığa namizədliyinin 41 saylı Sumqayıt seçki dairəsindən irəli sürülməsindən də imtina edib:

“Bir sözlə, namizədliyin qeydiyyata alınması üçün əsas olacaq imza vərəqələrini belə götürmədən geri çəkildim. Mən Xalq Cəbhəsi hakimiyyəti dövründə ölkənin Maliyyə nazirinə birinci müavin, Heydər Əliyev hakimiyyəti dövründə isə Maliyyə naziri vəzifəsində 6 ilə yaxın çalışsam da, nə Xalq Cəbhəsinə, nə də Yeni Azərbaycan Partiyasına üzv olmuşam. Şəxsi münasibətlərdən istifadə edərək mənə Ana Vətən Partiyasına üzv olmağı təklif edən partiya rəhbərliyi bunu etməzdən öncə öz siyasi məsuliyyətini dərk etsəydi, daha düzgün olardı”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər