Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu
Qaxda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaxbaş kənd sakini, Rövşən Kamran oğlu Qurbanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. R.Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına verilib.

Faktla bağlı araşdırma aparılır.
Vilayət Eyvazovdan yeni TƏYİNATVilayət Eyvazovdan yeni TƏYİNAT
Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Elşad Miri qəzaya düşdü - FotoTanınmış ilahiyyatçı Elşad Miri qəzaya düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə onun özü məlumat verib.

E. Miri idarə etdiyi "KİA Sportage" markalı minik avtomobilinin arxa hissədən vurulduğunu deyib. Qəza nəticəsində maşına ziyan dəyib.

Sizə həmin maşının görüntüsünü təqdim edirik.
MSK seçicilərə ərzaq paylayan namizədlə bağlı araşdırma aparacaq99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kimi qiymtləndirilən hərəkətləri qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı həmin dairdən olan digər namizdlərdən MSK-ya məlumat daxil olub: “Tural Zeynalovun qanunu pozması ilə bağlı, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeyanolov özü də sosial şəbəkə profilində belə fotolar paylaşıb. O bir paylaşımında qeyd edib ki, bu gün birliyimiz tərəfindən 71 ailəyə ərzaq paylanacaq. Bizə daxil olan məlumata görə həmin hərəkətlər bu gün də davam edir. Həmin şəxs bitərəfdir. Onunla bağlı şikayət edənlərin əksəriyyəti də bitərəf namizədlərdir. Belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır. ”.

MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılması barədə qərar qəbul edilib.
45 yaşlı ailəli kişi 15 yaşlı qıza təcavüz etdi, sonra... - Azərbaycanda ŞOK HADİSƏAzərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və digər ağır cinayətlərdə ittiham olunan Elçin Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Yevlax şəhər sakini, 1971-ci il təvəllüdlü Elçin Babayev ilk cinayətini yaşadığı şəhərdə törədib. Ailəli olan və orta təhsilli Elçin Babayev Yevlax rayonunda bir qıza təcavüz edib.

Kür çayının sahilində intim əlaqə

Belə ki, Elçin Babayev sosial şəbəkədə 2001-ci il təvəllüdlü Sevda Vəliyeva ilə tanış olub. Bir qədər sonra o, 2016-cı ildə yetkinlik yaşına çatmayan qızı “Kür çayı”nın sağ sahilinin Yevlax rayonunun Cırdaxan kəndinin ərazisindən keçən hissəsinə aparıb.

Orada Elçin Babayev Sevda ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olub. Qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduğu üçün qız ilkin əvvəl bu barədə heç kimə bir söz deməyib.

Qızı aldatdı

Bundan sonra onların arasında sevgi münasibəti yaranıb. Elçin Babayev qıza vəd edib ki, yetkinlik yaşına çatandan sonra ailəsi olan arvadından boşanacaq, onunla birgə yaşayacaq.

Bundan sonra Elçin Babayev dələduzluq əməlləri törətməyə başlayıb. O, həmin ilin iyunun 4-də həmyerlisi Əhməd Əhmədova qarşı dələduzluq edib.

Ata və oğula qarşı dələduzluq

Elçin Babayev Əli Məmmədova sonuncunun oğlu Səlim Məmmədovun Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə Yol Polis Xidməti inspektoru vəzifəsinə bərpa etdirəcəyini vəd verib. O, aldatma yolu ilə Səlim Məmmədovun yenidən tibbi müayinədən keçirilməsi adı ilə sonuncunun yaşadığı Yevlax şəhəri, M.Müşfiq küçəsi ndəki evdə 4.000 manat, iyunun 9-da Səlim Məmmədovun kursa yazılacağı bəhanəsi ilə yenə həmin ünvanda 3.000 manat, iyunun 18-də DİN-in Kadr İdarəsinə çatdırılması adı ilə Yevlax şəhərində yerləşən “AzPetrol” Yanacaq Doldurma məntəqəsinin yanında 3.000 manat, iyunun 23-də “İşi düzəldən” Arzu adlı şəxsə çatdırmaq bəhanəsi ilə Gəncə şəhərində yerləşən Elm Mərkəzinin yanında 3.000 manat, iyunun 25-də DİN-də rəhbər şəxsə verilməsi bəhanəsi ilə Yevlax şəhər avtovağzalında 3.000 manat, iyunun 26-d Səlim Məmmədovun kurs qiymətlərinin yazılması bəhanəsi ilə Yevlax şəhəri M.Müşfiq küçəsi 60 saylı ünvanda 3.000 manat, yenə də işi düzəldən şəxsə çatdırmaq adı ilə iyunun 28-də Yevlax şəhəri, M.Müşfıq küçəsi 60 saylı ünvanda 2.500 manat, iyulun 9-da guya işin düzəlməsi ilə əlaqədar olaraq “şirinlik” adı ilə Yevlax şəhər avtovağzalında 1.000 manat, avqustun 19-da Əli Məmmədovun özünün Mingəçevir şəhər Telekoma müavin vəzifəsinə işə düzəldəcəyi bəhanəsi ilə Yevlax şəhəri, M.Maqomayev küçəsi, 32 saylı ünvanda 3.000 manat pulunu ələ keçirib. Ümumilikdə o, ata və oğula 25.500 manat məbləğində ziyan vurub.

Polis düzəltmək adı ilə dələduzluq

Bundan başqa Elçin Babayev Vahid Xəlilovun oğlu Nihad Xəlilovun Mingəçevir şəhər, Mühafizə polisinə polis nəfəri vəzifəsinə işə düzəldəcəkləri barədə yalan vəd verib. O, aldatma yolu ilə sentyabrın 14-də Yevlax şəhəri, Çənlibel qəsəbəsi ərazisində yerləşən çayxanada Vahid Xəlilovdan 8.000 manat alıb.

Qəbristanlığın yanında tutuldu

Seksual xarakterli zorakılıq və dələduzluq cinayətlərini törədən Elçin Babayev daha sonra Bakı şəhərinə gəlib. Burada isə o, narkotik alveri ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbiri zamanı Elçin Babayev Sabunçu rayonu, Pirşağı kəndində yerləşən qəbristanlığın yaxınlığında saxlanılıb. Onun icazəsi ilə üstünə baxış keçirilərkən polietilen torbada külli miqdarda - təmiz çəkisi 3005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb.

5 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Elçin Babayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə), 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

8 il cəza


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elçin Babayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, yeni qanuni, əsaslı və ədalətli qərarın qəbul edilməsi xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Elçin Babayevin şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan Elçin Babayev kasasiya şikayəti verib.

Elçin Babayevin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə Elçin Babayevin kasasiya şikayətini təmin etməyib.
Hacı Salayev namizədliyini geri götürdü: “Deputat olduğuma peşman oldum”44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb.

Hacı Salayev Modern.az-a açıqlamasında xəbəri təsdiqləyib.

Namizədliyini geri götürmüş Hacı Salayev bəzi məqamlara aydınlıq gətirib:

“Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Hacı Salayev son olaraq xahişini də dilə gətirib:

“Haqqımda nahaq yazan jurnalistlərdə bir xahişim var. Həmin yazıları pozsunlar”.

Qeyd edək ki, Hacı Salayev dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, heç bir partiyanın üzvü deyil.
ABŞ İran tərəfindən raket atəşinə tutulan İraqdakı hərbi bazasına “Patriot” raketləri yerləşdirəcək.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” Pentaqondakı mənbəyə istinadla məlumat yayıb.

“İraqdakı ABŞ hərbçilərinin müdafiəsi üçün “Patriot” zenit-raket kompleksləri yerləşdiriləcək”, - kanal bildirib.

Kanalın məlumatına görə, İranın raket hücumunun qarşısı məhz raketdən müdafiə sistemlərinin olmadığı üçün alınmayıb. Çünki İran tərəfindən ABŞ bazasına raket hücumu elə də inandırıcı görünməyib.
Azərbaycanda həkimlərin maaşı artırılırİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.

Agentlikdən Avrasiya.net-ə verilən məlumata görə, Qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:

sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;

sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;

insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;

ixtisas dərəcəsinə görə əlavə;

fasiləsiz əmək stajına görə əlavə;

gecə vaxtı yerinə yetirilən işə görə əlavə;

əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;

işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.

Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir.

Vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətləri nəzərə alınaraq, bəzi həkimlərin (ixtisaslar/vəzifələr üzrə) aylıq vəzifə (tarif) maaşına sabit həvəsləndirici əlavələr tətbiq edilir:
Aqil Məmmədov növbətini görüşünü Şəmkirdə keçirib - FOTOLARBu gün 123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd olan Məmmədov Aqil Sadıq oğlu təbliğat kampaniyası çərçivəsində növbəti görüşünü kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdığı Şəmkir rayonu Texniki peşə məktəbində keçirib.

Görüşdə çıxış edən Aqil Məmmədov ona göstərilən xoş münasibətə görə, seçicilərinə minnətdarlığını bildirib, seçki günü onları seçki məntəqələrinə gələrək layiq bildiyi namizədə səs verməyə çağırıb.

Namizəd qeyd edib ki, Azəraycanda seçki şəffaflığının qorunması hər bir seçicinin səs verməsindən asılıdır: "Azərbaycanda bütün seçkilər azad, demokratik və şəffaf keçirilib. Hər bir seçici bu şəffaflığı qorumalı, fəallıq nümayiş etdirməlidir".

Görüşdə iştirak edən seçicilər seçkilərdə fəal iştirak edəcəklərini və birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.3
Aqil Məmmədov növbətini görüşünü Şəmkirdə keçirib - FOTOLAR
Aqil Məmmədov növbətini görüşünü Şəmkirdə keçirib - FOTOLAR
Aqil Məmmədov növbətini görüşünü Şəmkirdə keçirib - FOTOLAR
Yollar buz bağlayacaq - XƏBƏRDARLIQEkologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Avrasiya.net-ə verilən məlumata görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.

24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir. Yanvarın 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0-2 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.