Sizin Reklam Burada

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən ən iddialı namizəd Elmir Qurbanov

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən ən iddialı namizəd Elmir QurbanovQurbanov Elmir Kamil oğlu 1978-ci ilin oktyabr ayında Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
1985-1995-ci illərdə Naxçıvan şəhər tam orta məktəbdə təhsil almışdır.

1995-ci ildə Azərbaycan Texnologiya Universitetinə daxil olmuş,1999-cu ildə Universiteti mühəndis texnoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrində Həqiqi Hərbi xidmətdə olmuş,2000-ci ildə çavuş rütbəsi ilə tərxis edilmişdir.

Qurbanov Elmir Kamil oğlu 2000 -ci ildə ilk əmək fəaliyyətinə Naxçıvan Hava limanının Aviasiya Təhlükəsizliyi Xidmətində başlamışdır.
Həmin dövrdə “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasında kurs keçərək təhlükəsizlik xidməti üzrə Şəhadətnamə almışdır.
2005-ci ildə Naxçıvan MR Rabitə və İnformasiya Texnalogiyalar Nazirliyində nazir köməkçisi vəzifəsində çalışmışdır.
2006-cı illdə Dövlət Gömrük Komitəsində inspektor vəzifəsində işləmişdir.

2007-2011-ci illər ərzində tikinti,memarlıq dizayner və quruculuq işləri ilə məşğul olmuşdur.
Qurbanov Elmir Kamil oğlu 2013-cü ildən Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1 ünvanında (sənaye zonası) “AZPİM”MMC-də istehsalat rəisi vəzifəsində çalışır
Rəhbərlik etdiyi Cəmiyyətdə çalışıan əməkçilərin əsasını Sumqayıtlı gənclər təşkil edir.

Elmir Kamil oğlu Qurbanov cavan kadr olaraq peşəkar idarəçi, savadlı texnoloq və qayğıkeş rəhbər kimi daima rəhbərlik etdiyi əməkçilərin maddi rifahının yüksəlməsi istiqamətində əməli işlər görür. Məhz bu işlərin nəticəsidir ki, Cəmiyyətdə çalışan işçilərin orta aylıq əmək haqqı 700-800 manat təşkil edir. Bununla yanaşı yaxın vaxtlarda müəssisədə yeni, müasir texnoloji avadanlıqlar quraşdırılaraq istehsalatın genişləndirilməsi nəticəsində əlavə iş yerlərinin açılması sayəsində daha da çox gənclərin işlə təmin olunması nəzərdə tutulub.

Qurbanov Elmir Kamil oğlu bir vətəndaş olaraq ölkəmizin gələcəyini təsərrüfatın müxtəlif sahələrində yeni, müasir, innavativ texnoloji istehsalat sahələrin yaradılmasında və bu istehsalat sahələrində müasir texnologiyaları mənimsəmiş ixtisaslı gənclərin çalışmasında görür və bu, hər zaman onun həyat amalıdır.
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev siyasətinin davamçıları Prezident İlham Əliyevin və birinci vitse -prezident Mehriban xanım Əliyevanın
xalqımızın rifahı naminə apardıqları möhtəşəm quruculuq işlərində Vətəni ürəkdən sevən Azərbaycan vətəndaşı Elmir Kamil oğlu Qurbanov da
bu sahədə sədaqətlə xidmət edir.

Azərbaycan Respublikasının qüdrətli dövlət olması,bölgələrin inkişafı,o cümlədən də Sumqayıt şəhəri və Xızı rayonunun inkişafı, hər bir vətəndaşın həyat səviyyəsinin yüsəldilməsi Qurbanov Elmir Kamil oğlunun ən böyük arzusudur.(Təşəbbüs qrupu)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər