Sizin Reklam Burada

Gələcəyin keçmişlə görüşü: Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşdü...

Gələcəyin keçmişlə görüşü: Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşdü...Avrasiya.net xəbər verir ki, 77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşüb. Gələcəyin keçmişlə qarşılaşması kimi də xarakterizə edilə bilən bu görüşdə, R.Mahmudov 109 yaşlı Mələk Tahirova ilə səmimi söhbət edib, onun istək və arzuları ilə maraqlanıb. R.Mahmudov bu barədə sosial şəbəkədəki hesabında aşağıdakıları yazıb:
“Rayonumuzun ən yaşlı seçicisi, Siyatük kəndində yaşayan 109 yaşlı Tahirova Mələk Zülfüqar qızı ilə görüşüm.

Kəskin zəkası ilə məni heyrətə salan Mələk nənəni hər bir Azərbaycan vətəndaşının tanımasını arzu edirəm”.

Xatırladaq ki, tanınmış kardiocərrah R.Mahmudov Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisidir.

Rəşad Mahmudov 1974-cü il yanvarın 18-də də Astarada anadan olub. Səməd Vurğun adına orta məktəbi bitirən R.Mahmudov Türkiyədə “9 Sentyabr” Universitetinin tibb fakültəsində ali təhsil alıb. Daha sonra Türkiyə Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxuyub. 2003-cü ildə Ege Universitetində Uzmanlıq Diplomunu, 2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edib.

Bununla da tibb elmləri namizədi alimlik dərəcəsi əldə edib. 2015-cı ildə isə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edən R.Mahmudov Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi alıb.
Gələcəyin keçmişlə görüşü: Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşdü...
R.Mahmudov 1997-2002-ci illərdə Ege Universitetinin ürək-damar cərrahiyəsi Mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib. 2005-ci ildən 2017-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı kimi insanlara xidmət edən R.Mahmudov, çoxlu sayda xeyriyyə aksiyalarında iştirak edib, aztəminatlı vətəndaşların pulsuz müalicəsini həyata keçirib.

Ümumilikdə 8 min ürək əməliyyatı həyata keçirən peşəkar cərrah, bir müddət bundan öncə eyni seansda 5 yaşlı uşağın ürəyində baypass əməliyyatını və canlıdan canlıya qaraciyər transplantasiyasını gerçəkləşdirməklə dünya mediasının gündəminə çevrilmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər