Sizin Reklam Burada

İraqda 3 ayda 600 insan həlak olub

İraqda 3 ayda 600 insan həlak olubİraqda 3 aydır ki, hökumətə qarşı baş qaldıran etiraz aksiyalarında 600 insan həlak olub.

Publika.az xəbər verir ki, bu barədə İraq Prezidenti Bəhram Salehi danışıb.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Prezident etiraz aksiyalarında iştirak edənlərə təzyiq göstərənləri "qanuntanımaz insanlar" adlandırıb.

O, iraqlı gənclərin daha yaxşı həyat, iş imkanları, xidmət sektorunun yaxşılaşdırılması və uzun müddətdir ki, ölkəni iflic edən korrupsiyanın sona çatması üçün aksiya təşkil etdiyini bildirib.

Etirazçıların kollektiv şəxsiyyətlərini əks etdirən, itirdikləri qürurlarını yenidən qazandıracaq demokratik siyasi hökumət və şəffaf seçki istədiklərini vurğulayan Saleh növbədənkənar seçkilərin xalqın aksiyalarını başa çatdırmaq üçün kifayət edəcəyini ifadə edib.

Qeyd edək ki, İraqda 1 oktyabr 2019-cu ildən bəri korrupsiya, infrastrukturun çatışmazlığı, işsizlik və ölkənin daxili məsələlərinə xarici müdaxilələr kimi müxtəlif səbəblərdən hökumətə qarşı aksiyalar təşkil olunur.

Baş nazir Adil Əbdülmehdi 29 noyabrda istefa versə də, ölkədə yeni hökumət hələ ki, qurulmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər