Sizin Reklam Burada

Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü

Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü
Avrasiya.net xəbər verir ki, bunula əlaqədər Elmira Fərzəliyeva özünün feyzbuk səhifəsində bəyanat yayıb.

Bəyanatda deyilir: "Əziz seçicilər, sizin dəyərli dəstəyiniz sayəsində mən, Fərzəliyeva Elmira Raquf qızı, 9 fevral növbədənkənar parlament seçkilərində iştirak üçün imza toplayaraq öz namizədliyimi irəli sürmüşəm. Son bir neçə həftə ərzində seçki kampaniyama dəstək göstərən dostlarım və qərargahımın üzvləri ilə sıx əlaqədə çalışaraq sizə təklif edə biləcəyimiz ən yaxşı seçki platformasının üzərində çalışırdıq. 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizəd olan Azay Quliyevin tətbiq edəcəyi, ən azından yerli təcrübədə bir ilk olan “Seçicinin elektron kabineti” kimi proqramın istifadəyə veriləcəyi barədə sosial media vasitəsilə və Seçki Dairəsinin ərazisində yaşayan tanışlarımdan məlumat aldıqdan sonra belə bir nəticəyə gəldim ki, Azay Quliyevə 9 fevral seçkilərində rəqib olmayacaq.

Buna görə də mən, Azay Quliyevin xeyrinə öz namizədliyimi geriyə çəkmək barədə qərara gəldiyimi bəyan edir, mənə dəstək göstərən bütün seçiciləri isə 9 fevral 2020-ci ildə Azay Quliyevə səs verməyə dəvət edirəm".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər