Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR
"İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədi Azay Quliyev bu gündən məhələllərdə seçicilərlə görüşlərə başlayıb. İlk belə görüş Süleyman Sani Axundov küçəsi, 4 a ünvanında ətraf çoxmərtəbəli binaların sakinləri ilə keçirilib.
Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR
Avrasiya.net xəbər verir ki, görüşdə çıxış edən seçicilər ötən dövrdə onların müraciətlərini dinləyərək həlli ilə bağlı köməklik etdiyinə görə Azay Quliyevə təşəkkürlərini bildiriblər.

Azay Quliyev bildirib ki, ötən 4 il ərzində ona müraciət edən hər bir seçicisinin müraciətini diqqətlə araşdıraraq qaldırılan məsələləri həll etməyə çalışıb. Bundan sonra da seçicilərin problemlərinin həlli üçün var gücü ilə çalışacağını deyən Azay Quliyev Azərbaycanda ilk dəfə olaraq 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri üçün e-kabinet xidməti yaratdığını vurğulayıb. Azay Quliyev e-kabinet xidmətinin seçicilər üçün unikal imkan olduğunu bildirib.
Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR
Görüşdə seçicilərin müraciətlərini dinləyən Azay Quliyev seçicilərdən birinin dəvəti ilə onun evinə gedərək problemlə yerindəcə tanış olub və onun həlli üçün müvafiq addımlar atacağını bildirib.
Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR
Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR
Aqil Məmmədov Murovdağ qəsəbəsində seçicilərlə görüşdü - FOTO
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seckilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə öz namizədləri ilə qatılır və onların təbliğat-təşviqat prossesi uğurla davam etdirilir.
Bu gün Kəlbəcər rayon 123 saylı seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadıq oğlu Göygöl rayon Murovdağ qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün seçicilərlə görüş keçirmişdir.Görüşdə çıxış edən seçicilər namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadıq oğlunu dəstəkləyəcəklərini ifadə edərək ona güvəndiklərini bildirmişdir.Aqil Məmmədov seçiciləri qarısında çıxış edərək əgər ona etimad göstərsələr bundan sonrada dövlətə və xalqa ləyaqətlə xidmət edəcəyini, kəlbəcərlilərin haqq səsi olacağını bildirmişdir.
Aqil Məmmədov Murovdağ qəsəbəsində seçicilərlə görüşdü - FOTO
Aqil Məmmədov Murovdağ qəsəbəsində seçicilərlə görüşdü - FOTO
Aqil Məmmədov Murovdağ qəsəbəsində seçicilərlə görüşdü - FOTO
Professor ilk təbliğatını seçicilərinin görüşünə getməklə başladı - FOTOLARTibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, Təhsil komitəsinin sədri, 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən deputatlığa namizəd, hüquqşünas, professor Vüqar Qurban oğlu Məmmədov ilk təbliğatına seçicilərinin görüşünə getməklə start verib.
Professor ilk təbliğatını seçicilərinin görüşünə getməklə başladı - FOTOLAR
V. Məmmədov seçiciləri ilə bir-bir görüşərək, onları dinləyib və maraqlandıran suallarını cavablandlrmaqla yanaşı, seçki platforması barədə onları məlumatlandırıb.

Seçicilər namizədlə görüşdən məmnunluqlarını və ilk dəfə namizədlə belə bir ünsiyyət qurduqlarını qeyd ediblər.

V. Məmmədov Seçki qərargahının üzvləri ilə birlikdə hər gün seçicilərinin görüşünə gedəcəyini bildirib.
Professor ilk təbliğatını seçicilərinin görüşünə getməklə başladı - FOTOLAR
Professor ilk təbliğatını seçicilərinin görüşünə getməklə başladı - FOTOLAR
Professor ilk təbliğatını seçicilərinin görüşünə getməklə başladı - FOTOLAR
Səməd Vəkilov Baş Prokurora müraciət etdi28 saylı sabunçu 3-cü Seçki Dairəsinindən namizədliyi irəli sürülən jurnalist Aygün Süleymanlı Azərittifaqın sədri Eldar Quliyevin onun tərəfdarlarını təhdid etməsi barədə məlumat yayıb.

Sözügedən məsələ ilə bağlı həmin dairədən deputatlığa namizəd Səməd Vəkilov Baş Prokurora müraciət edib.

S.Vəkilov saytımıza bildirb ki, namizədlərdən biri digərini təhdid etməsi haqqında mətbuatda yazı gedirsə bu məsələ hökmən araşdırılmalıdır.

Mən hüquqşünas və həmin dairədən deputatlığa namizəd kimi sayt vasitəsi ilə Baş Prokuror Zakir Qaralova və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edirəm. 18 yanvar 2020-ci il tarixdə “Xanım jurnalistin “Azərittifaq” şefi olan alternativi seçiciləri hədələdir” başlıqlı yazıda 28 saylı 3-cü seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyev digər namizəd Aygün Süleymanlının tərəfdarlarını təhdid etməsi haqqında məlumat verilib. Hesab edriəm ki, bu tipli məlumatlar araşdırlmalı və ictimaiyyətə məlumat verilməlidir.
Baş Prokurorluq bu saytın baş redaktoruna xəbərdarlıq etdi Baş Prokurorluq "oxu24.com" saytına xəbərdarlıq edib.

Baş Prokurorluqda aparılmış araşdırmalarla “oxu24.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilməklə ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilmişdir.

Baş Prokurorluqdan daxil olan məlumata görə, qeyd edilənlərlə əlaqədar saytın təsisçisi və baş direktoru Mircəlal Məcidov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

15 yaşlı Gəncə sakini sükan arxasında öldüGəncə şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, yanvarın 17-də saat 14 radələrində Gəncənin Nizami rayonu ərazisində şəhər sakini, 15 yaşlı Ş.Hacıyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
Paşinyan təlaşa düşdü: 20 deputat ayrılır...Ermənistan Baş naziri Nikol Paşinyanın Mənim Addımım Blokundan olan deputatlarla görüşünün detalları bəlli olub.

Axar.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Paşinyanın Mənim Addımım Blokundan olan deputatlarla fraksiyadan 20 deputatın ayrılması xəbərinin yayılmasıyla əlaqədar görüşdüyü bildirilib.

“Deputatların fraksiyadan ayrılacağı xəbəri Paşinyana qədər çatıb və o, bunun üçün bütün fraksiya üzvlərini toplayıb və parlamentdəki komandası ilə daha ciddi məşğul olmaq qərarına gəlib. Məsələ odur ki, fraksiyadakı situasiya ilə bağlı baş naziri fraksiya rəhbəri Lilit Makunts və fraksiyanın katibi Akop Simidyan məlumatlandırıb. Məhz buna görə o, deputatlarla şəxsən görüşmək qərarına gəlib”, - xəbərdə bildirilib.

Qeyd edək ki, dünən Paşinyan Mənim Addım Blokunun deputatlarıyla görüşüb.
Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən normativ hüquqi aktlar   Yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünü idarəetmənin hüquqi, iqtisadi və maliyyə əsaslarını və yerli özünü idarəetmə orqanlarının fəaliyyətlərini tənzimləyən normativ hüquqi aktlar təsnifatına görə milli qanunvericilik və beynəlxalq qnunvericilik olaraq 2 kateqoriya bölünür.

Milli qanunvericilik aktları aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Konstitusiyası:
2. Milli qanunvericilik aktları:
3. Məcəllələr:
4. Fərman və Sərəncamlar:
5. Bələdiyyələrin nizamnamələri:
6. Əsasnamələr:
7. Təlimatlar:
8. Bələdiyyə qərarları:
9. Vətəndaş yığıncaqlarının qərarları:
1. Azərbaycan Respublikasının Konistutisiyası:

Bələdiyyələr haqqında məsələlər Azərbaycan Respublikası Konistutisiyasının 4-cü bölməsinin XI fəslinin 142-146-cı maddələrində öz əksini tapır. Konstitusiyamızın bələdiyyələrlə əlaqədar müvafiq maddələrində yerlərdə özünüidarənin təşkili, bələdiyyə işinin təşkili, bələdiyyələrin səlahiyyətləri, bələdiyyələrin qərarları, bələdiyyələrin müstəqilliyinin təminatı və bələdiyyələrin məsuliyyəti kimi mühüm məsələlər əksini tapmışdır.

2. Azərbaycan Respublikasının Qanunları:


Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən qanunlar toplusu sayı və əhatə dairəsi baxımından olduqca zəngindir. Bələdiyyələrin gündəlik fəaliyyətlərin tənzimləyən qanunlar bunlardır:

• Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu:
• "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanunu:
• Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyənin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu:
• Yerli rəy sorğusu haqqında Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu:
• "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyə üzvünün statusu haqqında Azərbaycan Respublikasının Qanunu:
• Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu:
• Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu:

3. Məcəllələr:

Bələdiyyə məsələlərini tənzimləyən məcəllələr dedikdə əsasən iki məcəllə Azərbaycan Respublikasının Seçki məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi bələdiyyə seçkilərinə aid ümumi müddəaları tənzimləyir. Buraya bələdiyyə seçkilərinin təyin edilməsi, bələdiyyə seçkilərinə hazırlıq, bələdiyyə seçkilərinin keçirilməsinin əsasları, bələdiyyə ərazilərində yaşayan sakinlərin sayına uyğun neçə bələdiyyə üzvü seçilə bilməsi, vətəndaşların bələdiyyələrə üzv seçilmək hüququ, siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyə seçkilərində iştirakı, müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaşın namizədliyinin qeydə alınması üçün toplayacağı imzaların sayı və bələdiyyə üzvlərinin səlahiyyət müddəti kimi əsəs məsələlər daxildir.

Azərbaycan Respublikasının Mülkü Məcəlləsi bələdiyyələrin mülki hüquq münasibətlərini, bələdiyyələrin mülkiyyət hüququnu (bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququ), bələdiyyələrin korperativlərlə münasibətləri, bələdiyyələrin borc müqavilələri, yerli büdcənin vəsaitinin bələdiyyənin mülkiyyəti olması, bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə hüququ və həmən torpaqların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında icarə haqqlarının müəyyənləşdirilməsi kimi məsələləri tənzimləyir. Həmçinin Mülki Məcəlləyə əsasən bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər.
Mülki məcəllədə ümumilikdə bələdiyyələrlə əlaqədar 19 maddə mövcuddur.

4. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları:

Azərbaycan Respublikasının Prezidenti tərəfindən bələdiyyələrlə əlaqədar hər hansı məsələləri həll etmək üçün verilmiş fərmanlar əsasən verilmiş prezident fərmanlarına dəyişilik edilməsi və bələdiyyələrin fəaliyyətlərini tənzimləyən qanunlara dəyişiklik edilməsi, prezident sərəncamları isə qəbul edilmiş qanunun tətbiqini və yaxud hansısa məsələnin həll edilməsini təmin etmək məqsədi ilə qərara alınan sənəd formasıdır.

5. Bələdiyyələrin nizamnamələri:

Bələdiyyə nizamnaməsi bələdiyyələrin fəaliyyətlərini tənzimləmək məqsədiylə bələdiyyənin iclasları və ya vətəndaşların yığıncaqları tərəfindən qəbul edilən bələdiyyə aktıdır. Azərbaycan bələdiyyələrinin nizamnamələri “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 2 iyul tarixli 698-IQ nömrəli Qanununa və Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi”nə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.2-ci və 64.4-cü maddələrinə əsasən bələdiyyər öz nizamnaməsində müvafiq dəyişikliklər etmək hüququna malikdirlər.
Bələdiyyə nizamnaməsi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yerli özünüidarənin təşkilini, bələdiyyələrin və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin səlahiyyətlərini və fəaliyyət formalarını, bələdiyyə üzvünün hüquq və vəzifələrini, bələdiyyələrin fəaliyyətinin təşkilini, bələdiyyənin iclaslarının keçirilməsini,bələdiyyənin daimi və başqa komissiyaları və vətəndaşların yığıncaqları kimi məsələləri tənzimləyir.
Bələdiyyənin iclasında qəbul edilmiş nizamnamə Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyə nizamnamələri Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı olan Ədliyyə Nazirliyi təqdim edilir.

6. Əsasnamələr:

Bələdiyyələrin komissiyalarının və yaxud bələdiyyə nəzdində yaradılmış hər hansı orqanın fəaliyyətlərini tənzimləmək məqsədiylə qəbul edilmiş qanuna əsasən müvafiq əsasnamələr Milli Məclisin qərarı ilə qəbul edildikdən sonra hüquqi qüvvəyə minmiş hesab edilir.
Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qəbul edilmiş əsasnamələr aşağıdakılardır:
• Bələdiyyələrin vergi xidməti orqanı haqqında əsasnamə:
• "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamə:
• Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında əsasnamə:
• “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” əsasnamə:
• Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" əsasnamə:
• Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi əsasnamə:
• Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnamə:
• Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi əsasnamə:

7. Təlimatlar:

Bələdiyyələrlə əlaqədar qəbul edilmiş təlimatlar əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmişdir.
• Bələdiyyələrə seçkilər üzrə məntəqə seçki komissiyaları tərkibinin formalaşdırılması üçün püşkatma keçirilməsi qaydaları haqqında təlimat:
• Bələdiyyələrə seçkilər üzrə ərazi və seçki komissiyalarının iş vaxtı və haqqı ödənilən komissiya üzvlərinin rəsmiləşdirilməsi qaydaları haqqında təlimat
• Bələdiyyələrə seçkilər üzrə ərazi və məntəqə seçki komissiyalarının vaxtından əvvəl vəzifəsindən azad edilmiş üzvlərinin yerinə yeni üzvlərin seçilməsi qaydaları haqqında təlimat:
• Bələdiyyələrə seçkilər üzrə seçicilərin təşəbbüs qruplarının yaradılması qaydaları haqqında təlimat:
• Bələdiyyələrə namizədliyi irəli sürülmüş şəxslərin bildiriş sənədlərinin ərazi seçki komissiyalarında qəbul edilməsi və yoxlanılması haqqında təlimat
• Bələdiyyə seçkilərində müşahidəçilərinin fəaliyyət qaydaları haqqında təlimat:
• Bələdiyyə üzvlüyünə namizədin vəkil etdiyi şəxslərin fəaliyyət qaydaları haqqında təlimat:
• Seçki bülletenlərinin çap olunması və məntəqə seçki komissiyalarına verilməsi qaydaları haqqında təlimat
• Bələdiyyələrə seçkilərdən sonrakı dövrdə ərazi seçki komissiyalarının iş qaydası haqqında təlimat:
• Bələdiyyələrə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması və yoxlanılması qaydaları
• Bələdiyyəyə seçkilərdə eyni miqdarda səs toplamış namizədlər arasından bələdiyyə üzvünü müəyyən etmək məqsədilə püşkatma keçirilməsi qaydaları haqqında təlimat:
• Bələdiyyələrə seçkilər günü məntəqə seçki komissiyasının iş qaydası haqqında təlimat:
• Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında təlimat:
• Bələdiyyə seçkilərində namizədlərin siyasi partiya və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydası haqqında təlimat:
• Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında təlimat:
• Bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məqsədilə könüllü qeydiyyat depozitinin köçürülməsi və sonradan qaytarılması qaydaları haqqında təlimat:
• Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin bələdiyyə seçkilərində iştirakına dair təlimat:
• Azərbaycan Respublikası vətəndaşının bələdiyyə seçkilərində müşahidə aparması qaydaları haqqında təlimat:
• Bələdiyyə seçkilərinə xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu. Hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında təlimat:
• Bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi dövlət büdcəsindən ayrılan maliyyə vasitələrinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vasitələrdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında təlimat:
• Azərbaycan Respublikasında bələdiyyə seçkilərində beynəlxalq (xarici) müşahidəçilərinin fəaliyyət qaydaları haqqında təlimat:

8. Bələdiyyə qərarları:

Bələdiyyə qərarları Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə ayda bir dəfədən az olmamaqla keçirilən bələdiyyə iclasında qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Bələdiyyə qərarları bələdiyyə sədrinin həmən qərarı imzaladığı andan hüquqi qüvvəyə minmiş hesab edilir. Bələdiyyə sədri və müavini bələdiyyə qərarlarını təmin etmədikdə qanuna uyğun olaraq vəzifələrindən azad oluna bilərlərlər.

Bələdiyyələrin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşıyır. Hər bir fiziki və hüquqi şəxs üçün bələdiyyə qərarlarına əməl etmək məcburidir. Lakin bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

Bələdiyyə qərarları aşağıdakı iki halda etibarısız sayılır:

1. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv olunduqda:
2. Məhkəmənin bələdiyyə qərarının etibarsız hesab olunması haqqında hökmü əsasında:

Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə fiziki və hüquqi şəxslər üçün məsuliyyətə səbəb olur. Bələdiyyə qərarlarının təmin edilməsinə bələdiyyənin icra aparatı nəzarət edir. Həmçini bələdiyyənin sədri və sədr müavini bələdiyyə qərarlarının həyata keçirilməsinə nəzarəti təmin edirlər.

9. Vətəndaş yığıncaqları qərarları:

Bələdiyyə ərazisində yaşayan əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Beləki, qanunla müəyyən edilmiş hallarda yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə bələdiyyə ərazisində yaşayan vətəndaşlar öz yığıncaqlarını keçirə bilərlər.

Vətəndaş yığıncaqlarında 18 yaşı tamam olmuş hər bir Azərbaycan vətəndaşı iştirak etmək hüququna malikdir. Vətəndaş yığıncaqlarının əhəmiyyəti böyükdür beləki, vətəndaşların yığıncaqlarında bələdiyyənin nizamnaməsi və başqa qərarlar qəbul edilə, dəyişdirilə və ləğv oluna bilər. Vətəndaşların yığıncaqları bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 25 faizi iştirak etdikdə səlahiyyətlidir. Vətəndaş yığıncaqlarında bələdiyyənin Nizamnaməsi və başqa qərarlar qəbul edilə, dəyişdirilə və ləğv oluna bilər.

Beynəlxalq qanunvericilik:

Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən beynəlxalq akt dedikdə 1985-ci il oktyabrın 15-də Strastburq şəhərində imzalanmış "Yerli özünüidarə haqqında" Avropa Xartiyası başa düşülür. Xartiyanın əsas məqsədi yerli və regional demokratiyanın güclənməsidir. Xartiya Avropa Şurasının “Yerli və Regional Konqresinin 47 üzvü tərəfindən dəsdəklənir və Konqres tərəfindən Xartiyanın əməl edilməsinə monitorinq edilir.

Avropa Xartiyası Avropa Şurasının üzvü olan dövlətlərin imzalaması üçün açıqdır. Xartiya Avropa şurasının üzv dövlətləri tərəfindən ratifikasiya edilməli, qəbul olunmalı yaxud bəyənilməlidir. Təsdiqnamələr yaxud qəbul etmə və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının baş katibinə təhvil verilir. Xartiyaya qoşulmağa öz razılığını bildirmiş Avropa Şurasının üzvü olan istənilən dövlət üçün Xartiya təsdiqnamənin, qəbuletmə və ya bəyənmə haqqında sənədin saxlanılmaq üçün təhvil verilməsindən sonra gələn ayın birinci günü qüvvəyə minir.

Xartiyanın əsas şərtlərindən biri yerli özünü idarəetmənin prinsipi ölkə qanunvericiliyində və imkan daxilində ölkənin konstitusiyasında təsbit olunmalı və konistutusiya vasitəsi ilə bələdiyyə orqanlarının fəaliyyətinə təminat verilməlidir.

Bu xartiyada əsasən yerli özünü idarəetmə orqanları haqqında ətraflı məlumat, yerli özünüidarənin səlahiyyətləri, yerli özünüidarə orqanlarının ərazi hüdudlarının qorunması, inzibati strukturların və vasitələrin yerli özünüidarə orqanlarının vəzifələrinə uyğunluğu, yerli səviyyədə səlahiyyətlərin həyata keçirilməsi şərtləri, yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət, yerli özünüidarə orqanlarının maliyyələşmə mənbələri və yerli özünüidarənin hüquqi müdafiəsi kimi məsələlər əksini tapmışdır.

Hökməli bələdiyyəsinin üzvü
Hüquqşunas Fərman Salmanlı



Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO"2 saylı uşaq evində mənim övladıma həm fiziki, həm də psixoloji təsir göstərirlər".

Bu iddianı Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin sakinlərindən Mirəli Quliyevin anası Ərkinaz Quliyeva övladının döyülməsi və psixoloji təsirlərə məruz qalması ilə bağlı Yeniavaz.com-a açıqlama verərkən səsləndirib. O bildirir ki, uşaq evində onun övladına təzyiqlər göstərildiyi üçün bu Mirəlinin dərslərinə də təsir edir:

“Mirəli 3-cü sinifdə oxuyan zaman orada iki qardaş var idi. Böyük siniflərdə təhsil alırdılar. O iki qardaş Mirəlini dəfələrlə döyüblər. Buna direktor şərait yaradırdı. O, 11-ci sinif uşağını gətirib balacaların arasına salmışdı. Onlar da uşağı döyürdülər. Həmin uşaqlar bir dəfə də uşaq evinin həyətində məni döydü. Sonra mən polisə şikayət etdim. Polisə şikayət etdiyimə görə artıq uşaq evində mənim övladıma pis münasibət göstərməyə başladılar. Bundan sonra artıq ona fiziki və psixoloji təzyiqlər göstərilməyə başlandı”.

Ə. Quliyeva deyir ki, direktor Sevda Hacıyeva onun övladını təhsil aldığı “Kaspi” liseyindən də çıxartmaq istəyir:
“Mənim övladım Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Kaspi” liseyində təhsil alır. Amma direktor bu ədavətə görə mənim övladımı oradan çıxartmaq istəyir. Mənə deyirlər ki, sənin uşağın tərbiyəsizlik edir. Mən də deyirəm ki, necə olur ki, “Kaspi” liseyində tərbiyəsizlik etmir, oradan heç bir şikayət gəlmir, amma burada tərbiyəsizlik edir? Uşaq evinin rəhbərliyi vəzifələrinə ləkə gəlməsin deyə mənim övladımı cinayətkar, xuliqan, axmaq, adamöldürən kimi qələmə verir”.

Ə. Quliyeva daha bir övladının uşaq evinin sakini olduğunu və onun da orada təzyiqlərə məruz qaldığını, döyüldüyünü iddia edir:
“Mənim balaca övladım da orada həmin uşaq evindədir. İndi onun da gözünün altı qap-qaradır. Orada döyüblər”.
Ə. Quliyeva həmçinin Mirəli Quliyevin uşaq evində təzyiqlərə məruz qalması ilə bağlı özünün çəkdiyi kadrları da redaksiyamıza göndərib. Kadrlarda uşaq evindəki qızların M. Quliyevi təqib etməsi, onu hədələməsi, Ərkinaz Quliyevanın uşaq evinin həyətində qurumun tərbiyəçilərindən biri tərəfindən fiziki təzyiqə məruz qalması müşahidə olunur.

Kadrlardan birində isə tərbiyəçilərdən birinin uşağı döydüyü, M Quliyev tərəfindən lentə alındığını gördükdə isə uşağı qucaqladığı müşahidə olunur. Sözügedən görüntüləri təqdim edirik:

Məsələ ilə bağlı 2 saylı uşaq evinin direktoru Sevda Hacıyeva ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirib ki, qız uşaqlarının M. Quliyeva təzyiq göstərməsinin səbəbi, uşağın həmin qızlardan birini boğmağa cəhd etməsidir:
"Kadrlarda olan xanım mənim müavinimdir. O qızların Mirəlinin üstünə yüyürməsinin və qışqırmasının səbəbi odur ki, bir neçə gün əvvəl gecə saat 12-də mənə zəng vurdular ki, bəs Mirəlinin tutması tutub, burada bir qızı boğub, biz də “skoru” və polis çağırmışıq. Gəldim gördüm ki, qızı boğub, dırnaqlarının izi qalıb. Polis gəlib hamısını aktlaşdırıb. Nənəni – gecə növbətçisini vurub, burnu gömgöy olub, şişib. Növbətçinin və qızın vurulmasını 33-cü polis bölməsində sənədləşdirib veriblər Suraxanı baş polisinə. Suraxanı baş polisi də ekspertizanın cavabını bütün sənədlərlə birgə göndərib Eldar Əzizova. Mirəlinin psixoloji problemlərinin olmasını təsdiq edən sənədi də göndəriblər. Bildiriblər ki, o uşaq oradan çıxarılmalıdır, çünki boğulma zamanı qız ölə bilərmiş. Həmin günün də səhəri qızlar onun üstünə gedib ki, sən bizim bacımızı niyə o günə qoymusan".

Direktor bildirdi ki, M. Quliyevin psixoloji problemləri var və bu haqda Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov sənəd imzalayıb:

"O uşağın psixoloji problemləri var. Bununla bağlı, bizdə də, Eldar Yunusovda da,( Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi) uşağın anasında da bu diaqnozu təsdiq edən sənəd var. Əslində o uşaq kollektiv içində yaşamamalıdır. O sənəddə də bildirilir ki, uşaq 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməlidir. Anası da deyir ki, guya o sənəd saxtadı və mən hazırlamışam. Deyirəm ki, o sənəd Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən verilib, mən necə belə bir şey edə bilərəm. Bu uşaq tutması tutan zaman bıçaqla bütün qapıları deşik-deşik edib. O, həmin bıçaqla kiməsə xəsarət də yetirə bilərdi. Bıçağı isə yeməkxananın pəncərəsindən əlini uzadıb götürüb".

S. Hacıyeva Ərkinaz Quliyevanın və uşaq evinin balaca sakininin döyülməsi ilə bağlı görüntülərə isə belə cavab verib:
"Uşağın anasının bizim tərbiyəçilərlə dalaşması isə belə olub ki, həmin o xanıma görə mənim üstümə “skoru” gəlmişdi. Həyətdə də kimsə deyib ki, Sevda müəllimə infarkt keçirib. Ona görə də müəllimlər əsəblərini cilovlaya bilməyiblər. Digər bir kadrda isə uşağı vuran müəllim Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq uşaq evindən uzaqlaşdırılıb. Mirəlinin anası bu görüntüləri 33-cü polis bölməsinə və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi Eldar Yunusova da təqdim edib. Eldar müəllim də həmin uşağı vuran müəllimi videolarla tanış olduqdan sonra işdən çıxarıb".

Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi Eldar Yunusovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.

Uşaq evinin direktoru S. Hacıyeva həm də iddia edir ki, uşaq “Kaspi” liseyində dərslərini yaxşı oxumadığı üçün, onu maliyyələşdirən şəxs bundan imtina edir:

“Burada 142 uşaq var, bircə o “Kaspi” liseyində oxuyur. Keçən il yanvar ayında mən özüm onu “Kaspi” liseyinə apardım. O imtahandan kəsilsə də, mən rəhbərliklə danışıb onun həmin liseydə oxumağı üçün razı saldım. Bir ildən sonra mənə liseydən 3 imtahanın nəticəsi göndərildi. İkisindən “0” almışdı. Ananın iddia etdiyi kimi uşağın təhsil xərclərini Leyla Əliyeva qarşılamır. Mən bu uşağa sponsor tapmışdım. Liseyin aylıq 650 manatlıq ödənişini də həmin sponsor ödəyir. Bu nəticələrə görə artıq o bu ödənişi etmək istəmir. Uşağın anası da bizdən narazı qalıb ki, pul ödənməlidir. Mən də başa sala bilmirəm ki, o adam pulu ödəmək istəmir, mən necə edim? Həmin sponsor da məni qınayır ki, sənin bir əlaçı uşağın yox idimi ki, göndərəydin, onun xərclərini qarşılayaydıq? Mən də anaya təklif etdim ki, gəl uşağı oradan çıxarıb hazırlığa göndərək. Bizim bu üsulla oxuyub universitetə qəbul olan xeyli şagirdimiz olub. Ana da deyir ki, yox, gərək “Kaspi”də oxuya. Uşağa da bir velosiped alıb verib, bir də telefon. Uşaq da onlara görə oxumur. Deyirəm ki, gətir telefonu ver, deyir vermirəm”.
S. Hacıyeva Ə. Quliyevanın məktəbin həyətində iki qardaş tərəfindən döyülməsi ilə bağlı iddialarının da yalan olduğunu deyib:
“Həmin o qardaşlardan biri İdman Akademiyasında oxuyur, məşhur idmançıdır. İkisi də Bakı Şəhər İcra Hakimiyyətində işləyir. Orada işləyən adam necə belə bir tərbiyənin sahibi ola bilər”.

Ə. Quliyeva övladı Mirəlinin uşaq evinə telefon aparmasını belə izah edir:

“Uşağa velosiped aldım, orada bir-iki dəfə sürüb, deyiblər olmaz. Telefonu da ona görə vermişəm ki, deyir mənə təzyiqlər olur, mən də dedim ki, çəkərsən telefona. Mirəli ona görə dərslərini zəif oxuyur ki, ona uşaq evində fiziki və psixoloji təzyiqlər olur. Sizə göndərdiyimiz kadrlarda da görünür ki, uşağa ciddi təzyiqlər var. Uşaq necə oxusun orada. O direktor özünü müdafiə etməkdən yana, uşağa hər bir adı qoyur”.

O həmçinin deyir ki, uşağı psixi problemlərinin olması ilə bağlı sənəd saxtadır və Sevda Hacıyeva tərəfindən çıxartdırılıb.
Sözügedən sənədi verən Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov isə Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Sevda Hacıyevanı tanımır və altında onun imzası olan sənəd saxta ola bilməz.
Mirəli Quliyevanın “Kaspi” liseyindəki sinif rəhbəri isə saytımıza açıqlamasında uşaqda heç bir psixoloji problem müşahidə etmədiyini, ancaq onun dərslərini zəif oxuduğunu bildirdi.

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən açıqlama yayıb.

İdarədən Modern.az-a daxil olan məlumatda bildirilir ki, E.Məmmədova işdən azad olunub.

"Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanmışdır. Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.

Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş vermişdir. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub", - deyə rəsmi məlumatda bildirilib.