Professor ilk təbliğatını seçicilərinin görüşünə getməklə başladı - FOTOLAR
Dərc olunub:
18-01-2020, 20:21
Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, Təhsil komitəsinin sədri, 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən deputatlığa namizəd, hüquqşünas, professor Vüqar Qurban oğlu Məmmədov ilk təbliğatına seçicilərinin görüşünə getməklə start verib.
V. Məmmədov seçiciləri ilə bir-bir görüşərək, onları dinləyib və maraqlandıran suallarını cavablandlrmaqla yanaşı, seçki platforması barədə onları məlumatlandırıb.
Seçicilər namizədlə görüşdən məmnunluqlarını və ilk dəfə namizədlə belə bir ünsiyyət qurduqlarını qeyd ediblər.
V. Məmmədov Seçki qərargahının üzvləri ilə birlikdə hər gün seçicilərinin görüşünə gedəcəyini bildirib.