Sizin Reklam Burada

Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən normativ hüquqi aktlar

Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən normativ hüquqi aktlar   Yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünü idarəetmənin hüquqi, iqtisadi və maliyyə əsaslarını və yerli özünü idarəetmə orqanlarının fəaliyyətlərini tənzimləyən normativ hüquqi aktlar təsnifatına görə milli qanunvericilik və beynəlxalq qnunvericilik olaraq 2 kateqoriya bölünür.

Milli qanunvericilik aktları aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Konstitusiyası:
2. Milli qanunvericilik aktları:
3. Məcəllələr:
4. Fərman və Sərəncamlar:
5. Bələdiyyələrin nizamnamələri:
6. Əsasnamələr:
7. Təlimatlar:
8. Bələdiyyə qərarları:
9. Vətəndaş yığıncaqlarının qərarları:
1. Azərbaycan Respublikasının Konistutisiyası:

Bələdiyyələr haqqında məsələlər Azərbaycan Respublikası Konistutisiyasının 4-cü bölməsinin XI fəslinin 142-146-cı maddələrində öz əksini tapır. Konstitusiyamızın bələdiyyələrlə əlaqədar müvafiq maddələrində yerlərdə özünüidarənin təşkili, bələdiyyə işinin təşkili, bələdiyyələrin səlahiyyətləri, bələdiyyələrin qərarları, bələdiyyələrin müstəqilliyinin təminatı və bələdiyyələrin məsuliyyəti kimi mühüm məsələlər əksini tapmışdır.

2. Azərbaycan Respublikasının Qanunları:


Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən qanunlar toplusu sayı və əhatə dairəsi baxımından olduqca zəngindir. Bələdiyyələrin gündəlik fəaliyyətlərin tənzimləyən qanunlar bunlardır:

• Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu:
• "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanunu:
• Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyənin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu:
• Yerli rəy sorğusu haqqında Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu:
• "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu:
• Bələdiyyə üzvünün statusu haqqında Azərbaycan Respublikasının Qanunu:
• Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu:
• Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu:

3. Məcəllələr:

Bələdiyyə məsələlərini tənzimləyən məcəllələr dedikdə əsasən iki məcəllə Azərbaycan Respublikasının Seçki məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi bələdiyyə seçkilərinə aid ümumi müddəaları tənzimləyir. Buraya bələdiyyə seçkilərinin təyin edilməsi, bələdiyyə seçkilərinə hazırlıq, bələdiyyə seçkilərinin keçirilməsinin əsasları, bələdiyyə ərazilərində yaşayan sakinlərin sayına uyğun neçə bələdiyyə üzvü seçilə bilməsi, vətəndaşların bələdiyyələrə üzv seçilmək hüququ, siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyə seçkilərində iştirakı, müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaşın namizədliyinin qeydə alınması üçün toplayacağı imzaların sayı və bələdiyyə üzvlərinin səlahiyyət müddəti kimi əsəs məsələlər daxildir.

Azərbaycan Respublikasının Mülkü Məcəlləsi bələdiyyələrin mülki hüquq münasibətlərini, bələdiyyələrin mülkiyyət hüququnu (bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququ), bələdiyyələrin korperativlərlə münasibətləri, bələdiyyələrin borc müqavilələri, yerli büdcənin vəsaitinin bələdiyyənin mülkiyyəti olması, bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə hüququ və həmən torpaqların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında icarə haqqlarının müəyyənləşdirilməsi kimi məsələləri tənzimləyir. Həmçinin Mülki Məcəlləyə əsasən bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər.
Mülki məcəllədə ümumilikdə bələdiyyələrlə əlaqədar 19 maddə mövcuddur.

4. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları:

Azərbaycan Respublikasının Prezidenti tərəfindən bələdiyyələrlə əlaqədar hər hansı məsələləri həll etmək üçün verilmiş fərmanlar əsasən verilmiş prezident fərmanlarına dəyişilik edilməsi və bələdiyyələrin fəaliyyətlərini tənzimləyən qanunlara dəyişiklik edilməsi, prezident sərəncamları isə qəbul edilmiş qanunun tətbiqini və yaxud hansısa məsələnin həll edilməsini təmin etmək məqsədi ilə qərara alınan sənəd formasıdır.

5. Bələdiyyələrin nizamnamələri:

Bələdiyyə nizamnaməsi bələdiyyələrin fəaliyyətlərini tənzimləmək məqsədiylə bələdiyyənin iclasları və ya vətəndaşların yığıncaqları tərəfindən qəbul edilən bələdiyyə aktıdır. Azərbaycan bələdiyyələrinin nizamnamələri “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 2 iyul tarixli 698-IQ nömrəli Qanununa və Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi”nə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.2-ci və 64.4-cü maddələrinə əsasən bələdiyyər öz nizamnaməsində müvafiq dəyişikliklər etmək hüququna malikdirlər.
Bələdiyyə nizamnaməsi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yerli özünüidarənin təşkilini, bələdiyyələrin və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin səlahiyyətlərini və fəaliyyət formalarını, bələdiyyə üzvünün hüquq və vəzifələrini, bələdiyyələrin fəaliyyətinin təşkilini, bələdiyyənin iclaslarının keçirilməsini,bələdiyyənin daimi və başqa komissiyaları və vətəndaşların yığıncaqları kimi məsələləri tənzimləyir.
Bələdiyyənin iclasında qəbul edilmiş nizamnamə Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyə nizamnamələri Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı olan Ədliyyə Nazirliyi təqdim edilir.

6. Əsasnamələr:

Bələdiyyələrin komissiyalarının və yaxud bələdiyyə nəzdində yaradılmış hər hansı orqanın fəaliyyətlərini tənzimləmək məqsədiylə qəbul edilmiş qanuna əsasən müvafiq əsasnamələr Milli Məclisin qərarı ilə qəbul edildikdən sonra hüquqi qüvvəyə minmiş hesab edilir.
Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qəbul edilmiş əsasnamələr aşağıdakılardır:
• Bələdiyyələrin vergi xidməti orqanı haqqında əsasnamə:
• "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamə:
• Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında əsasnamə:
• “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” əsasnamə:
• Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" əsasnamə:
• Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi əsasnamə:
• Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnamə:
• Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi əsasnamə:

7. Təlimatlar:

Bələdiyyələrlə əlaqədar qəbul edilmiş təlimatlar əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmişdir.
• Bələdiyyələrə seçkilər üzrə məntəqə seçki komissiyaları tərkibinin formalaşdırılması üçün püşkatma keçirilməsi qaydaları haqqında təlimat:
• Bələdiyyələrə seçkilər üzrə ərazi və seçki komissiyalarının iş vaxtı və haqqı ödənilən komissiya üzvlərinin rəsmiləşdirilməsi qaydaları haqqında təlimat
• Bələdiyyələrə seçkilər üzrə ərazi və məntəqə seçki komissiyalarının vaxtından əvvəl vəzifəsindən azad edilmiş üzvlərinin yerinə yeni üzvlərin seçilməsi qaydaları haqqında təlimat:
• Bələdiyyələrə seçkilər üzrə seçicilərin təşəbbüs qruplarının yaradılması qaydaları haqqında təlimat:
• Bələdiyyələrə namizədliyi irəli sürülmüş şəxslərin bildiriş sənədlərinin ərazi seçki komissiyalarında qəbul edilməsi və yoxlanılması haqqında təlimat
• Bələdiyyə seçkilərində müşahidəçilərinin fəaliyyət qaydaları haqqında təlimat:
• Bələdiyyə üzvlüyünə namizədin vəkil etdiyi şəxslərin fəaliyyət qaydaları haqqında təlimat:
• Seçki bülletenlərinin çap olunması və məntəqə seçki komissiyalarına verilməsi qaydaları haqqında təlimat
• Bələdiyyələrə seçkilərdən sonrakı dövrdə ərazi seçki komissiyalarının iş qaydası haqqında təlimat:
• Bələdiyyələrə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması və yoxlanılması qaydaları
• Bələdiyyəyə seçkilərdə eyni miqdarda səs toplamış namizədlər arasından bələdiyyə üzvünü müəyyən etmək məqsədilə püşkatma keçirilməsi qaydaları haqqında təlimat:
• Bələdiyyələrə seçkilər günü məntəqə seçki komissiyasının iş qaydası haqqında təlimat:
• Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında təlimat:
• Bələdiyyə seçkilərində namizədlərin siyasi partiya və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydası haqqında təlimat:
• Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında təlimat:
• Bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məqsədilə könüllü qeydiyyat depozitinin köçürülməsi və sonradan qaytarılması qaydaları haqqında təlimat:
• Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin bələdiyyə seçkilərində iştirakına dair təlimat:
• Azərbaycan Respublikası vətəndaşının bələdiyyə seçkilərində müşahidə aparması qaydaları haqqında təlimat:
• Bələdiyyə seçkilərinə xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu. Hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında təlimat:
• Bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi dövlət büdcəsindən ayrılan maliyyə vasitələrinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vasitələrdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında təlimat:
• Azərbaycan Respublikasında bələdiyyə seçkilərində beynəlxalq (xarici) müşahidəçilərinin fəaliyyət qaydaları haqqında təlimat:

8. Bələdiyyə qərarları:

Bələdiyyə qərarları Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə ayda bir dəfədən az olmamaqla keçirilən bələdiyyə iclasında qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Bələdiyyə qərarları bələdiyyə sədrinin həmən qərarı imzaladığı andan hüquqi qüvvəyə minmiş hesab edilir. Bələdiyyə sədri və müavini bələdiyyə qərarlarını təmin etmədikdə qanuna uyğun olaraq vəzifələrindən azad oluna bilərlərlər.

Bələdiyyələrin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşıyır. Hər bir fiziki və hüquqi şəxs üçün bələdiyyə qərarlarına əməl etmək məcburidir. Lakin bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

Bələdiyyə qərarları aşağıdakı iki halda etibarısız sayılır:

1. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv olunduqda:
2. Məhkəmənin bələdiyyə qərarının etibarsız hesab olunması haqqında hökmü əsasında:

Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə fiziki və hüquqi şəxslər üçün məsuliyyətə səbəb olur. Bələdiyyə qərarlarının təmin edilməsinə bələdiyyənin icra aparatı nəzarət edir. Həmçini bələdiyyənin sədri və sədr müavini bələdiyyə qərarlarının həyata keçirilməsinə nəzarəti təmin edirlər.

9. Vətəndaş yığıncaqları qərarları:

Bələdiyyə ərazisində yaşayan əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək hüququ vardır. Beləki, qanunla müəyyən edilmiş hallarda yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə bələdiyyə ərazisində yaşayan vətəndaşlar öz yığıncaqlarını keçirə bilərlər.

Vətəndaş yığıncaqlarında 18 yaşı tamam olmuş hər bir Azərbaycan vətəndaşı iştirak etmək hüququna malikdir. Vətəndaş yığıncaqlarının əhəmiyyəti böyükdür beləki, vətəndaşların yığıncaqlarında bələdiyyənin nizamnaməsi və başqa qərarlar qəbul edilə, dəyişdirilə və ləğv oluna bilər. Vətəndaşların yığıncaqları bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 25 faizi iştirak etdikdə səlahiyyətlidir. Vətəndaş yığıncaqlarında bələdiyyənin Nizamnaməsi və başqa qərarlar qəbul edilə, dəyişdirilə və ləğv oluna bilər.

Beynəlxalq qanunvericilik:

Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən beynəlxalq akt dedikdə 1985-ci il oktyabrın 15-də Strastburq şəhərində imzalanmış "Yerli özünüidarə haqqında" Avropa Xartiyası başa düşülür. Xartiyanın əsas məqsədi yerli və regional demokratiyanın güclənməsidir. Xartiya Avropa Şurasının “Yerli və Regional Konqresinin 47 üzvü tərəfindən dəsdəklənir və Konqres tərəfindən Xartiyanın əməl edilməsinə monitorinq edilir.

Avropa Xartiyası Avropa Şurasının üzvü olan dövlətlərin imzalaması üçün açıqdır. Xartiya Avropa şurasının üzv dövlətləri tərəfindən ratifikasiya edilməli, qəbul olunmalı yaxud bəyənilməlidir. Təsdiqnamələr yaxud qəbul etmə və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının baş katibinə təhvil verilir. Xartiyaya qoşulmağa öz razılığını bildirmiş Avropa Şurasının üzvü olan istənilən dövlət üçün Xartiya təsdiqnamənin, qəbuletmə və ya bəyənmə haqqında sənədin saxlanılmaq üçün təhvil verilməsindən sonra gələn ayın birinci günü qüvvəyə minir.

Xartiyanın əsas şərtlərindən biri yerli özünü idarəetmənin prinsipi ölkə qanunvericiliyində və imkan daxilində ölkənin konstitusiyasında təsbit olunmalı və konistutusiya vasitəsi ilə bələdiyyə orqanlarının fəaliyyətinə təminat verilməlidir.

Bu xartiyada əsasən yerli özünü idarəetmə orqanları haqqında ətraflı məlumat, yerli özünüidarənin səlahiyyətləri, yerli özünüidarə orqanlarının ərazi hüdudlarının qorunması, inzibati strukturların və vasitələrin yerli özünüidarə orqanlarının vəzifələrinə uyğunluğu, yerli səviyyədə səlahiyyətlərin həyata keçirilməsi şərtləri, yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət, yerli özünüidarə orqanlarının maliyyələşmə mənbələri və yerli özünüidarənin hüquqi müdafiəsi kimi məsələlər əksini tapmışdır.

Hökməli bələdiyyəsinin üzvü
Hüquqşunas Fərman Salmanlı


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər