18 yan 10:57hadise

Daha bir süpürgəçini maşın vurdu

Daha bir süpürgəçini maşın vurdu
Bərdədə mikroavtobus süpürgəçi qadını vuraraq öldürüb.

Avrasiya.net "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Rayonun Lək kənd sakini Abdullayeva Aidəni yolun kənarını süpürərkən avtomobil vurub.

Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU