"Moskva" univermağının sahibi öldü"Moskva" univermağının sahibi Elmira Mədətova dünyasını dəyişib.

Avrasiya.net BakuPost-a istinadən xəbər verir ki, xanım iş adamı 74 yaşında vəfat edib.

Elmira Mədətovanın Bakıda bir neçə iri ticarət obyekti var. Bu obyektlərin arasında "Nəsimi bazarı"nın da adı çəkilir.
Zahir Əzəmətin namizədliyi qeydə alınmadı - Absurd səbəb
45 saylı Abşeron Seçki Dairə Komissiyası tanınmış yazar, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmətin (Rəhimov) növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Zahir Əzəmət özü məlumat verib. Baş redaktor bildirib ki, Dövlət Əmlak Komitəsi DSK-ya və ona başqa rəy verib:

"Bu gün saat 17:00-da Dairə Seçki Komissiyası formal bir toplantı keçirərək, mənim namizədliyimi qeydə almaqdan imtina etdi. Topladığım imzalar və digər imzalarla bağlı hər şey qaydasında idi. Lakin DSK absurd bir səbəbdən imtina qərarı qəbul etdi. Səbəb kimi əmlak bilgilərimdə uyğunsuzluq göstərildi.

Amma məsələ burasındadır ki, mən respublika üzrə adıma hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində rəsmi arayış almış və DSK-ya verdiyim məlumatları da onun əsasında tərtib etmiş, həmin rəsmi arayışı da bildirişə əlavə etmişəm. İndi isə məlum olur ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin ata yurdumuza ailə üzvü olaraq mənim də adımın keçdiyini yazıb, amma bundan 13 gün sonra mənə verdiyi cavabda bunu qeyd etməyib. Bunu özümə qarşı qurulmuş oyun, qərəz adlandırmağa tam əsas yaranır.

Üstəlik, DSK-ya həm də Əmlak Komitəsindən aldığım rəsmi arayış təqdim etməyim onu göstərir ki, birincisi, uyğunsuzluq mənim yox, dövlət qurumunun verdiyi məlumatdadır. İkincisi, bu, sübut edir ki, bu, məlumatın tərəfimdən məqsədli gizlədilməsi deyil. Seçki Məcəlləsinin 58.2-ci madddəsinə görə, bu uyğunsuzluq qəsdən edilməyibsə, DSK onu aradan qaldırmaq üçün namizədə 48 saat vaxt verməlidir. Amma DSK sədri Dilşad Abbasova qanunun tələblərini kobud şəkildə pozaraq, rəsmi dövlət qurumunun verdiyi arayışı tanımaqdan imtina edərək, çox nümayişkaranə şəkildə məni qeydə almaqdan imtina etdi. Komissiya üzvlərinin davranışları da göstərdi ki, ümumiyyətlə, burada iclaslar tamamilə formaldır, onların heç nədən xəbəri yoxdur. Bəziləri hətta iclasın sonunda gəlib çıxsalar da, nədən söhbət getdiyini bilmədən, sədr nəyə əl qaldırdısa, ona da əl qaldırdılar. İclasdan sonra isə komissiya üzvlərindən biri verdiyi Allahsız qərardan narahatlıq keçirərək, elə sədrin qapısı ağzında diz çöküb Allahdan nicat ummağa, dua etməyə başladı. Mən o dualara qoşulmuram: Allah günahlarınızdan keçməsin!"

Sonda Zahir Əzəmət Prezident İlham Əliyevin bu mövzuda xüsusi həssalıq göstərəcəyinə ümidli olduğunu bildirib:

"Əlbəttə, DSK-nın bu qanunsuz qərarından şikayət edəcəyik. Çünki bu qərar ilk növbədə ölkədəki seşçki prosesinə, onun demokratik və sağlam rəqabət mühitində keçirləcəyi ilə bağlı ümidlərə kölgə salır. DSK-nı az qala məscidə çevirən Dilşad Abbasovanın bu qərarı Prezident İlham Əliyevin başladığı geniş islahat kursuna ziddir".

MTK dələduzları qurbanlarını belə tələyə salır - Hüquqşünas çıxış yolunu göstərdi“Mənzilin sahəsi hesablanarkən, xarici divarlar əsas götürüldüyünə görə, otaqlar ayrılandan sonra mənzilin sahəsi müqavilədə göstəriləndən az olur”.

Avrasiya.net xəbər verir ki, tanınmış hüquqşünas Vüsalə Muradova diqqəti mənzil-tikinti kooperativlərinin (MTK) alıcılara qarşı qanunsuz əməllərinə yönəldərək, vətəndaşların bu məsələdə öz hüquqlarını təmin etmələrinin yollarını göstərib.

Vüsalə Muradova MTK-ların dələduzluq əməlləri və qanunsuz tələbləri ilə üzləşən vətəndaşları öz hüquqlarını qorumağa çağırıb:

“Vətəndaşların mənzil-tikinti kooperativlərindən (MTK) şikayətləri bitmir. Vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsi, müqavilə şərtlərinin kobud surətdə pozulması, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxması, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsi, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsi, yol verilən süründürməçilik, qazın və suyun vaxtında verilməməsi, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılması ilə bağlı şikayətlərlə rastlaşırıq.

Dəfələrlə qəzet və sosial şəbəkələrdə siyahilara rast qəlirik ki, bəzi MTK-lar bir mənzili bir neçə nəfərə satıb, vətəndaşları aldadırlar. Belə ki, MTK-ların “dələduzluq” halları bununla yekunlaşmır. Çıxarış (“Kupça”) verilməyən mənzilin sahibi onu başqa vətəndaşa satmaq istəyəndə, qanuna əsasən, mənzilin sahibi həm də MTK-nın üzvü olduğu üçün (payçı) hər hansı bir vəsait ödəmədən mənzili digər vətəndaşın adına keçirə bilər.

MTK-lar isə bunun üçün vətəndaşdan müəyyən məbləğ pul tələb edirlər. Bununla yanaşı, evin əvvəlki sahibinə verilən sənədi qanunsuz olaraq, cırıb atırlar. Nəticədə mənzilin MTK-dan birbaşa ikinci müştəriyə satıldığı məlum olur.

“İş başında olan” bir çox dələduz MTK rəhbərləri həmin insanların hüquqi savadsızlıqlarından və həm də qanunvericilikdə mövcud olan müəyyən boşluqlardan öz mənafeləri naminə məharətlə istifadə edirlər. Təbii olaraq, dövlətimiz müvafiq orqanları cəmiyyətimizin bu cür çirkin mənzərəsi ilə fasiləsiz mübarizə aparır və bu cür şəxslərin böyük əksəriyyəti özlərinin layiqli cəzalarını almaqdadırlar.

Qanunda MTK-ların qeyri-kommersiya qurumu olduqları göstərilir. Əslində isə MTK-lar biznes qurumlarıdır. MTK strukturu sadəcə, bu biznes qurumunun üzərinə çəkilmiş “pərdə” rolunu oynayır.

Müqavilədə binanın inşası ilə bağlı müddətin göstərilməməsi və tikinti şirkətlərinin mənzil sahəsini özlərinə sərf edən formada hesablaması, son nəticədə müqavilədə göstəriləndən az sahənin təqdim olunması mülkiyyət sahiblərinin haqlı narazılığına səbəb olur.

Bundan başqa, tikinti şirkətləri normalara, sahələrin hesablanması qaydalarına əməl etmirlər. Mənzilin sahəsi hesablanarkən, xarici divarlar əsas götürüldüyünə görə, otaqlar ayrılandan sonra mənzilin sahəsi müqavilədə göstəriləndən az olur.

Əslində tikinti şirkətlərinin əlində olan layihə ilkin layihədir. Mənzilin sahəsi ilə bağlı dəqiqləşmə bina təhvil verildikdən sonra məlum olduğundan, son hesablama bu zaman aparılmalıdır.

Mənzil alarkən, müqavilənin şərtlərinə diqqətlə baxmağı tövsiyə edirəm. Yaxşı olar ki, alıcı mənzildəki otaqların, eyvanın və sair hissələrin sahəsinin ayrı-ayrılıqda göstərilməsini tələb etsin. Müqavilədə bunlar aydın şəkildə göstərilsə, alıcı məhkəmədə hüquqlarını da asanlıqla müdafiə edə biləcək.

Tikintilərin Dövlət Reyestrinin yaradılması ilə bu problemlər mərhələli şəkildə öz həllini tapacaq, bu reyestr vasitəsi ilə tikinti müddətinə, yerləşdiyi ünvana, tikintinin aparılmasına, çox güman ki, sonradan satışına da nəzarət ediləcək. Bununla da tikinti şirkətlərinin alıcıları aldatma halları əhəmiyyətli dərəcədə azalacaq.

Başqa bir mövzu da MTK-ların dövlətin pulsuz verdiyi sayğacları pulla satmalarıdır. Lakin bu, bizim başqa ağrılı mövzumuzdur. Hazırda aparılan siyəsatin nəticəsi olaraq, binaların təhvili başlayıb, lakin bu dəfə məzil sahibinin çıxarışını əldə etməsi üçün tələb olunan sənədlər arasında MTK ilə bağlanmış müqavilədən başqa, ümumi iclasın protokolu və maliyə arayışı da tələb olunur.

MTK rəhbərliyi bu sənədlərin verilməsi üçün mənzil mülkiyyətçilərindən kütləvi qaydada pul tələb edir. Yenə el dilində desək, mənzil sahibinin “boğaz”ı MTK rəhbərliyinin əlində qalır.

Bu vəziyyətdə nə etmək olar? Mənzil sahibi heç bir halda bu pulu ödəmək məcburiyyətində deyil. Əgər, bina artıq təhvil verilibsə, Fövqəladə Hallar Nazirliyinin (FHN) istismar aktı varsa və Əmlak Komitəsinin rəsmi saytında qeydiyyatı mövcuddursa, o zaman məhkəməyə müraciət edərək, dərhal çıxarışın alınmasını məhkəmə qərarı şəklində təmin etmiş olacaq. Bu qanuni qüvvəyə minmiş qərarı Əmlak Komitəsinə təqdim edərək, çıxarış əldə etmək olar. Pul istəsələr də verməyin, haqqınızı tələb edin!”
Komitə sədrinin müavini evini hostel etdi - Polis işə qarışdıSəbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7 –də yaşayan Məmmədova Felmira İsax qızı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Arandan şikayətçidir.

Bu barədə F.Məmmədovanın modern.az-a ünvanladığı şikayətdə deyilir:

“Mən Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7-də yaşayıram. Mənzilimlə üzbəüz keçmiş millət vəkili Səyyad Aranın mənzilidir. Özü həmin evdə yaşamır, dəfələrlə evi əxlaqsızlıq yuvası kimi gündəlik olaraq naməlum insanlara kirayə verib. İndi isə qanunsuz olaraq, hostel kimi əcnəbilərin istifadəsinə verib. Səyyad Aranla əlaqə saxlayıb, elədiyinin qanunsuz olduğunu, yaşayış yerində hostel yaradılmasının düzgün olmadığını bildirsəm də, mənə kobud şəkildə “Mənə Prezident icazə verib hostel açmağa, get kimə istəyirsən şikayət elə, istəyirsən Moskvadan jurnalist çağır” deyə bildirdi. Çox xahiş edirəm, aidiyyatı qurumlar məsələyə münasibət bildirsinlər”.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran məsələ ilə bağlı açıqlama verib. O qarşı tərəfin haqsız olduğunu iddia edib:

“Qeyd edilən ünvan mənim övladımın evidir və ev icarəyə verilib. Evi icarəyə götürənlər pakistanlıdırlar. Dünən polis idarəsindən adam çağırdım ki, onların mənşəyini müəyyənləşdirsin, kimdirlər, nəçidirlər. Bu gün pakistanlılarla rəsmi notariat qaydada müqavilə bağlanacaq və ev hostel kimi istifadə edilməsi üçün onlara icarəyə veriləcək. Hələ həmin evdə kimsə yaşamırsa, vətəndaş hansı haqla insanlara əxlaqsız deyir? Pakistanlılar oradan hostel kimi istifadə edəcək. Hostelin məişət pozğunluğu üçün istifadəsi qeyri-real və qeyri-mümkündür. Hələ orda yaşayan yoxdur. Pakistanlılar dünyada türklərdən sonra Azərbaycana ən yaxın millətdir. Onlar Azərbaycanda iş quaracaqlar. Onların Bəşir Səfəroğlu küçəsində böyük supermarketləri var. Mənim evimdə təsadüfi adam ola bilməz. Mən küçədən keçəni evimə buraxmaram”.

S.Aran qeyd edib ki, qarşı tərəfi məhkəməyə verəcək:

“Mən bu dövlətə və Prezidentimə sədaqətlə xidmət edən adamam. Mən o səviyyədə deyiləm ki, mənim evimdə hansısa yuva qurulsun. O adamların özü mənəviyyatsızdır və mən onları məhkəməyə verəcəm. Mən yüksək dövlət statusu daşıyıram. Hələ 1993-cü ildən, Heydər Əliyev Bakıya gəlməmişdən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Mən məgər belə bir şəraitin yaranmasına imkan verərəmmi? Ailə dəyərləri mənim üçün hər şeydən önəmlidir. Bunun əksini iddia edənlərlə isə məhkəmədə görüşəcəyik”.
Bakıda 14 yaşlı qız itkin düşüb - FOTO - YENİLƏNİB

Yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb. Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb.

***

Bakıda 14 yaşlı qız itkin düşüb.

Aysel Salahova dünən gecə saatlarında Bilgəhdə yaşadığı evindən çıxıb, geri qayıtmayıb.

Qonşular gecə saat 0-0, 0-1 radələrində qapıya taksi gəldiyini görüblər. Bundan savayı heç bir məlumat yoxdur!
Ayselin ailəsi artıq itki ilə bağlı yaşadıqları ərazinin polis şöbəsinə müraciət edib.
Yeniyetməni gorənlərdən 050 201 93 93 nömrəsinə zəng vurmaq və ya yaxınlıqdakı hüquq-mühafizə orqanlarına məlumat vermək xahiş edilir.

Qeyd edək ki, A.Salahovanın ailəsi qızlarının tapılması üçün ARB-nin "Elgizlə izlə" proqramından kömək istəyiblər.

QHT sədrinin deputatlığa namizədliyi qeydə alınıbAOPE - Orqanik Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsisçisi və sədri sosial mediada kifayət qədər işıqlandırılan əhəmiyyətli layihələrin müəllifi, innovativ və müasir görüşlü Emin Əliyevin 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən millət vəkilliyinə namizədliyi qeydə alınıb.


Silahlı şəxs Gürcüstan sərhədçisini girov götürüb Azərbaycana tərəf irəlilədi, atəş açıldı
Gürcüstan mediası Azərbaycan Respublikası ilə dövlət sərhədinin yaxınlığında Gürcüstan ərazisində silahlı insidentin baş verməsi ilə bağlı məlumat yayıb.

Vəziyyəti aydınlaşdırmaq üçün virtualaz.org Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə müraciət edib. Məlum olub ki, həqiqətən bu gün saat 12:40 radələrində Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, “Keşikçi Qala” sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat verib.

Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Saat 13:10 radələrində Gürcüstan ərazisində 6-7 nəfərədək hərbi geyimli silahlı şəxsin (biri qeyri-sərhədçi, digərləri sərhədçi hərbi geyimində olmaqla) öz aralarında mübahisə edərək sərhəd xəttinə doğru hərəkət etmələri, onlardan birinin əlində əl qumbarasının olması və havaya atəş açması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd naryadımız dərhal təhlükəsiz döyüş mövqeyi seçmiş və havaya xəbərdarlıq atəşi açıb. Xəbərdarlıq atəşindən sonra həmin şəxslər hərəkətlərini dayandırıb və bundan istifadə edən Gürcüstan sərhədçiləri hərbi geyimli şəxsi tərkisilah edə biliblər. Saat 14:30 radələrində Gürcüstan tərəfi baş vermiş hadisənin qarşısının alınması və vəziyyətin tam nəzarətə götürülməsi barədə məlumat verib və əməkdaşlığa görə minnətdarlığını ifadə edib.

Hadisə ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Erməni konfetini Bakıda satan kimdir? – Foto
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hazırda marketlərdə aşkarlanan İrəvan istehsalı olan konfetlərlə bağlı araşdırma aparır. Bu istiqamətdə tədbirlər yekunlaşdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

“Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Araşdırma yekunlaşan kimi nəticəsi barədə məlumat yayılacaq”, - agentlikdən bildirilib.

Mövzunu saytımıza şərh edən Azad İstehlakçılar İctimai Birliyinin sədri, ekspert Eyyub Hüseynov isə hesab edir ki, Azərbaycanda açıq şəkildə satışa çıxarılan İrəvan məhsulunu ölkəyə gətirən firma səhvə yol verə bilməz:

“Bu məhsulu ölkəyə gətirən firma səhv etdiyini deyə bilməz. Çünki hər bir şirkətlə məhsuluna dair müqavilə imzalanır. O şirkətlə müqavilə yoxdursa, firma onun məhsulunu ölkəyə gətirə bilməz.

Bu, bəzi hallarda ayrı-ayrı şəxslərin Rusiyadan ölkəyə hansısa formada gətirdiyi məhsullar olur ki, üzərindəki etiketə, haranın istehsalı olduğuna baxmırlar. Bəzi işbazlar mənfəət əldə etməyə çalışan zaman belə yanlışlıqlara yol verirlər”.

İqtisadçı Bakı mağazalarında açıq şəkildə satışa çıxarılan bu kimi məhsulları ölkəyə gətirən şəxsləri gözləyən cəzadan da danışıb:

“Bu kimi nöqsanlara yol verən şəxslər mütləq cəzalandırılmalıdır. Cəzalanmasalar, belə halların davamı olacaq. Özünüz də şahidi olmusunuz ki, ölkədə üzərində erməni dilində məlumat olan məhsullar dəfələrlə satışa çıxarılıb. Media yazdıqdan sonra həmin məhsullar satışdan yığışdırılıb. Ancaq heç bir məlumat verilməyib ki, o məhsul ölkəyə necə ayaq açıb, satışa necə çıxarılıb. Əgər bu səhvə yol verən bir nəfər cəzalandırılsa, daha heç kəs bu kimi yanlışlığa yol verməz”.

Xatırladaq ki, Bakının “Freshmart” mağazasında İrəvan istehsalı olan şokoladların satılması faktı üzə çıxıb.

15 yaşlı Kənanı Masazırda 5-ci mərtəbədən atıblar, yoxsa yıxılıb ölüb?
Ötən il iyunun 19-da Masazır qəsəbəsində yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksindəki çoxmərtəbəli binanın eyvanından yıxılaraq öldüyü deyilən 15 yaşlı Kənan Musayevin yaxınları övladlarının əslində qətlə yetirildiyini , pəncərədən aşağı atıldığını iddia edirlər. Mərhumun müxtəlif aidiyyatı orqanlarının qarşısında iki gündür etiraz aksiyası keçirən yaxınları hadisənin təkrar araşdırılmasını, cinayətdə əli olanların aşkarlanaraq məsuliyyətə cəlb edilməsini və cəzalandırılmasını tələb edirlər.

Virtualaz.org-un xəbərinə görə, mərhumun valideynlərinin iddiasına görə, əslində Kənanı 5-ci mərtəbədən atıb öldürüblər. Və övladlarının qatili imkanlı şəxs olduğundan 7 aydır bu cinayətin üstü açılmır. Onlar deyirlər ki, yeniyetmənin baş çəkdiyi mənzilin sahibi domofonun yaddaşındakı görüntüləri sildirib və nəticədə izləri itirməyə çalışıb. İstintaq isə hadisənin qətl olduğuna dair tutarlı sübutlar tapa bilmədiyini bildirir.

“15 yaşlı balamı öldürüblər, hər yerə şikayət etmişik. Qatil isə hələ də tapılmır. Qatil pulludur. Mənə kömək eləyin”- mərhumun anası bildirib.

Baş prokurorluqdan virtualaz.org-a bildirilib ki, K.Musayevin yaxınlarının etirazlarından xəbərdardırlar və səsləndirilən iddialarla bağlı ictimaiyyətə gün ərzində geniş açıqlama veriləcək.

Xatırladaq ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsindəki Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, 40-cı blok, mənzil 74-də baş verib. 2004-cü il təvəllüdlü Kənan Musayev həmin mənzilin eyvanından yıxılaraq ölüb. Mərhumun sözügedən ünvanda yaşamadığı üzə çıxıb.

Gecə saatlarında eyvandan yerə çırpılan Kənanın ətrafına yığılanlar təcili yardıma zəng vurublar. Ondan harada yaşadığı soruşulanda Kənan Nizami rayonu 8-ci kilometr qəsəbəsində - “Diqlas” ticarət mərkəzinin yaxınlığında yaşadığını deyib.

Araşdırma zamanı məlum olub ki, 15 yaşlı oğlanın yıxıldığı mənzildə iki gənc qadın kirayə qalır. Bina sakinləri həmin qadınlardan birinin əlaqə nömrəsini tapıb zəng etdikdə, o, övladının səhhəti ilə bağlı rayona getdiyini deyib.

Qeyd edək ki, ağır vəziyyətdə xəstəxanaya aparılan Kənan Musayevin həyatını xilas etmək mümkün olmayıb. Çoxsaylı xəsarətləri olan 15 yaşlı oğlan daxili qanaxmadan vəfat edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma başlanılıb.