Sizin Reklam Burada

15 yaşlı Kənanı Masazırda 5-ci mərtəbədən atıblar, yoxsa yıxılıb ölüb?

15 yaşlı Kənanı Masazırda 5-ci mərtəbədən atıblar, yoxsa yıxılıb ölüb?
Ötən il iyunun 19-da Masazır qəsəbəsində yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksindəki çoxmərtəbəli binanın eyvanından yıxılaraq öldüyü deyilən 15 yaşlı Kənan Musayevin yaxınları övladlarının əslində qətlə yetirildiyini , pəncərədən aşağı atıldığını iddia edirlər. Mərhumun müxtəlif aidiyyatı orqanlarının qarşısında iki gündür etiraz aksiyası keçirən yaxınları hadisənin təkrar araşdırılmasını, cinayətdə əli olanların aşkarlanaraq məsuliyyətə cəlb edilməsini və cəzalandırılmasını tələb edirlər.

Virtualaz.org-un xəbərinə görə, mərhumun valideynlərinin iddiasına görə, əslində Kənanı 5-ci mərtəbədən atıb öldürüblər. Və övladlarının qatili imkanlı şəxs olduğundan 7 aydır bu cinayətin üstü açılmır. Onlar deyirlər ki, yeniyetmənin baş çəkdiyi mənzilin sahibi domofonun yaddaşındakı görüntüləri sildirib və nəticədə izləri itirməyə çalışıb. İstintaq isə hadisənin qətl olduğuna dair tutarlı sübutlar tapa bilmədiyini bildirir.

“15 yaşlı balamı öldürüblər, hər yerə şikayət etmişik. Qatil isə hələ də tapılmır. Qatil pulludur. Mənə kömək eləyin”- mərhumun anası bildirib.

Baş prokurorluqdan virtualaz.org-a bildirilib ki, K.Musayevin yaxınlarının etirazlarından xəbərdardırlar və səsləndirilən iddialarla bağlı ictimaiyyətə gün ərzində geniş açıqlama veriləcək.

Xatırladaq ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsindəki Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, 40-cı blok, mənzil 74-də baş verib. 2004-cü il təvəllüdlü Kənan Musayev həmin mənzilin eyvanından yıxılaraq ölüb. Mərhumun sözügedən ünvanda yaşamadığı üzə çıxıb.

Gecə saatlarında eyvandan yerə çırpılan Kənanın ətrafına yığılanlar təcili yardıma zəng vurublar. Ondan harada yaşadığı soruşulanda Kənan Nizami rayonu 8-ci kilometr qəsəbəsində - “Diqlas” ticarət mərkəzinin yaxınlığında yaşadığını deyib.

Araşdırma zamanı məlum olub ki, 15 yaşlı oğlanın yıxıldığı mənzildə iki gənc qadın kirayə qalır. Bina sakinləri həmin qadınlardan birinin əlaqə nömrəsini tapıb zəng etdikdə, o, övladının səhhəti ilə bağlı rayona getdiyini deyib.

Qeyd edək ki, ağır vəziyyətdə xəstəxanaya aparılan Kənan Musayevin həyatını xilas etmək mümkün olmayıb. Çoxsaylı xəsarətləri olan 15 yaşlı oğlan daxili qanaxmadan vəfat edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər