Sizin Reklam Burada

İranda vətəndaşlar küçələrə axışdı, çox sayda həbslər var - FOTO

İranda vətəndaşlar küçələrə axışdı, çox sayda həbslər var - FOTOUkrayna Hava Yollarına məxsus təyyarənin İran ordusu tərəfindən raketlə vurulması və 176 nəfərin həlak olmasından sonra ölkədə hökumətə qarşı baş qaldıran etiraz aksiyaları əvvəlki şiddəti ilə davam edir.

Publika.az xəbər verir ki, İranın bir çox böyük şəhərlərinə yayılan aksiyalarda polislə xalq arasında insidentlər baş verir, çox sayda həbs edilənlər var.

Xalq başda dini lider Ayətullah Əli Xamenei başda olmaqla, qəzaya səbəb olanların istefasını və məsuliyyətə cəlb olunmasını istəyir.

Bu arada, İranın müxalifət liderlərindən biri olan Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi saxlanılıb.

“Fars” agentliyi xəbər verir ki, Kərrubi 3 gündür ölkə miqyasında davam edən hökumətə qarşı baş qaldıran etiraz aksiyalarına verdiyi dəstəyə görə hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Milli Təhlükəsilik Partiyası Mərkəzi Şurasının üzvü olan Mehdi Kərrubi 12 iyun 2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən namizədlərdən biri olub. Seçkilərdən sonra baş qaldıran etiraz aksiyalarına dəstək verdiyi üçün ev həbsinə məhkum edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər