İcra başçısının bacısı oğlu qəzada öldü
Dərc olunub:
Dünən, 18:01
Yevlaxda avtomobil "Muravey" markalı motosikletlə toqquşub.
Axar.az xəbər verir ki, Samir İbrahimovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Ruslan Əhmarovun idarə etdiyi "Muravey" motosikletlə toqquşub.
Nəticədə "Muravey"in sürücüsü hadisə yerində ölüb.
İnsanoid.com-un məlumatına görə, R.Əhmarov Bərdənin icra başçısı Vidadi İsayevin bacısı oğludur.
Faktla bağlı cinayət işi açılıb.