DSX generalı: COP29-a hazırlıq yekunlaşıb
Dərc olunub:
1-11-2024, 12:06
Dövlət Sərhəd Xidmətində (DSX) COP29-a hazırlıq işləri yekunlaşıb.
Bunu "Report"un sualına cavab olaraq DSX-nin Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev deyib.
O bildirib ki, Dövlət Sərhəd Xidmətində COP29 ilə bağlı texniki, təchizat məsələləri artıq yekunlaşıb:
"Qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırıq. Bununla bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də öz tapşırqlarını verib".