Məşhur azərbaycanlı səyyah Afrikada yoxa çıxdı
Dərc olunub:
1-11-2024, 04:46
Tez-tez dünyanın müxtəlif bölgələrindən paylaşımları ilə diqqət çəkən azərbaycanlı səyyah Yaşar Xudiyevdən bir müddətdir ki, xəbər yoxdur.
Axar.az xəbər verir ki, sonuncu dəfə o, oktyabrın 8-də Tanzaniyada Kilimancaro zirvəsinə qanunsuz çıxdığına görə yerli polis tərəfindən 2 həftə müddətinə həbs edilmişdi.
Lakin həbs müddətinin artıq 9 gündür ki, bitməsinə baxmayaraq, səyyah hər hansı yeni post paylaşmayıb, üstəlik, yaxınları da ondan hər hansı xəbər ala bilmədiklərini söyləyirlər.