Sizin Reklam Burada

Orta məktəblərdə keyfiyyətli təhsilin təşkilində psixoloqların rolunun artırılmasına ictimai dəstək verilir

Orta məktəblərdə keyfiyyətli təhsilin təşkilində psixoloqların rolunun artırılmasına ictimai dəstək verilirAzərbaycan Gənclərinin Hüquqlarınının Müdafiəsi Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Orta məktəblərdə keyfiyyətli təhsilin təşkilində psixoloqların rolunun artırılmasına ictimai dəstək” layihəsini icra edir.

Layihə çərçivəsində təlim iştirakçılarına və bu layihə ilə maarifləndirilən şəxslər, mütəxəssislər üçün bukletlərin hazırlanması, nəşri və təqdimi, psixoloqların fəaliyyəti üçün bələdçi olacaq metodik tövsiyyənin işlənilib hazırlanması, nəşrini, o cümlədən region məktəblərində fəaliyyət göstərən psixoloqlara psixoloji xidmət göstərərkən istifadə olunan metodikaların təqdim edilməsini və bu istiqamətdə həyata keçirilən təşkilati fəaliyyət reallaşdırılır.

Metodik tövsiyyə müasir təhsil müəssisisəsində fəaliyyətə başlayan gənc psixoloqlar üçün hazırlanmışdır və eyni zamanda artıq fəaliyyətini bu istiqamətdə qurmuş psixoloqlar üçün də faydalı olacaqdır. Kitabça özündə hazırda məktəbdə psixoloji xidmətin aktual problemlərini, məktəb psixoloqunun qanunvericilik bazasını – Psixoloi Yardım Haqqında Azərbaycan Respublikasının Qanunu, Təhsil Haqqında Azərbaycan Respublikası Qanunu, Təhsil Müəssisələrində Psixoloji Xidmətin Təşkili, Qaydaları, Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsindən irəli gələn müddəaları, məktəb psixoloqunun fəaliyyətinin əsas istiqamətlərini – psixoloji maarifləndirmə, psixodiaqnostika, psixokorreksiyanın tətbiqi yolları və bəzi metodikalarını, o cümlədən də psixoloji fəaliyyətin planlaşdırılmasını özündə ehtiva edir.

Azərbaycan Gənclərinin Hüquqlarınının Müdafiəsi Mərkəzi cari layihə çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz və Mil-Muğan regionlarında təlim kursları da təşkil etdi. Hər regionda ətraf rayon (8 rayon) məktəblərində çalışan 40 psixoloq təlim kurslarına cəlb edildi. Təlimlər zamanı psixokorreksiya, psixodioqnastika, özünüqiymətləndirmə və sair bu kimi treninq proqramları təqdim edilmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər