Sizin Reklam Burada

Bakıya "Əmək Şöhrəti Şəhəri" fəxri adı verilməlidir

Bakıya "Əmək Şöhrəti Şəhəri" fəxri adı verilməlidir8 oktyabr 2024-ci il tarixində, MDB üzvü olan ölkələrin doqquz lideri və təşkilatın baş katibi Kremldə sammit məclisində toplaşaraq gündəlikdə on maraqlı və mühüm əhəmiyyətli təkliflər müzakirə ediblər

Sammitdə dövlət başçılarının mühüm təkliflərindən biri də “Əmək Şöhrəti Şəhəri” fəxri adının verilməsi olmuşdur.

MDB-nin baş katibi Sergey Lebedev bildirmişdir ki, Böyük Vətən Müharibəsində alman faşizim üzərində qələbənin əldə olunmasında, MDB ölkələrinin xalqlarınında və şəhərləri də maddi-texniki təminata böyük töhfə verib.

Buna görə də MDB çərçivəsində belə bir titulu “Əmək Şöhrəti Şəhəri” fəxri adının təsis edilib”. “Rusiya Federasiyasında əmək şöhrəti şəhərləri çoxdan seçilib və belə adlarla təltif olunublar.

Sammitə ev sahibliyi edən sammitin aparıcısı kimi Rusiya Federasiyasının prezidenti Vladimir Putinin marağlı və çox mühüm təkliflə çıxış edərək bildirdi ki, Böyük Vətən Müharibəsində alman faşizim üzərində qələbənin əldə olunmasında, təkcə Rusiya deyil, həm də MDB ölkələrinin xalqlarınında və şəhərləri də maddi-texniki təminata böyük töhfə verib. Buna görə də bu gün Böyük Vətən Müharibəsində alman faşizim üzərində qələbənin əldə olunmasında, əməyi olmuş MDB şəhərlərinədə “Əmək Şöhrəti Şəhəri” fəxri adları verilməlidir.

Sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdə iştirak edərək öz fikirlərini bildirmişdir.

Ümumi qərarla növbəti sammit Tacikistanda keçiriləcək. Gələn ilin oktyabrında Düşənbə MDB-yə üzv ölkələrin dövlət başçılarını qəbul edəcək.

Biz də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondu olaraq bir daha xatırladaraq bildiririk ki, Azərbaycan 1941-1945-ci illərdə, Böyük Vətən Müharibəsində bütün maddi imkanlarını və hərbi mükəlləyyətli vətəndaşlarını səfərbər edərək alman faşizmi üzərində Qələbənin əldə olunmasında fədakarcasına iştirak edərək, müstəsna xidmətlər göstərmişldir.

Böyük Vətən Müharibəsində müharibəsi zamanı, təkcə Azərbaycandan 440-min nəfər azərbaycanlı müharibəyyə səfərbər edilib ki, onun da 10 min nəfəri qadın olmuşdur. Ən dəhşətlisi budur ki, bu müharibədən geri qaydmayanların sayı isə 420 min nəfər olmuşdur.

Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib.

Böyük Vətən Müharibəsində ən yüksək fəxri adı alan Sovet İttfaqı Qəhramanı 121 nəfər olmuşdur ki, onlardanada 43 nəfəri sırf azərbaycanlıdır. 30 nəfər Azərbaycan əsgər və zabiti Şərəf ordeni ilə, 170 min nəfəri isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Qafur Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Azərbaycanda yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb, Bakı şəhəri isə qısa müddətdə döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilərək, böyük çətinliklərə baxmayaraq, neftçilərimizin fədakarlıqları və çalışaranlıqlar nəticəsində cəbhəni yanacaqla təmin etmişdir.

Alman faşizimini üzərində qələbəni əldə etmək üçün, Bakı nefçiləri 1941-1945-ci illərdə geçə gündüz yatmadan əzimlə çalışaraq 75 milyon ton neft istehsal edərək müharibəyə yardım etmişdir.

Xususi ilə qeyd etmək istəyirəm ki, Böyük Vətən Müharibəsində Sovet aviyasiya benzininin 85-90 %-ni Bakı şəhəri vermişdi. Böyük Vətən Müharibəsində Bakının, konkret olaraq Bakı neftinin həlledici rolu həm tarixçilər, həmdə müharibənin iştirakçıları olan dövlətlər tərəfindən birmənalı olaraq təsdiq edilir.

1941-cı ildə SSRİ-də çıxarılan 33 milyon neftin 23,5 milyon tonunu Bakının payına düşürdü. Neftin 70-75 %-ni, Benzinin 85-90 %-i Bakıda istehsal olunurdu. Əgər Bakının nefti və azərbaycan xalqının misilsiz xidmətləri olmasa idi, Sovet İttifaqının faşizimin üzərində qələbəsi münkün olmazdı. Beləki neftinə görə Bakı bütün müharibə dövründə tam mühasirə şəraitində yaşamış və sonadək əzimlə mübarizə aparmışdır.

Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli xalq olmasını bir daha sübut etdi.

Buna görədə, 1941-ci ilin qışında Moskvanı düşmənə verməyin münkünlüyünü araşdıran sovet rəhbərliyinin Bakı-Mahaçqala istiqamətində 1000 kilometirlik müdafiə xətti yaratması Bakı neftini əldən verməmək isdəyindən irəli gəldi.

Müharibə müddətində Azərbaycan hospitallarında bir miliyondan artıq yaralı müalicə olmuşdur ki, onlarında yarsının həyatlarını xilas etmək münkün olmadığı üçün, Bakıda qardaşlıq məzarlarında dəfin olunmuşlar.

Bakı Sovet ordusunun çəbhəxanası idi, Bkıda 130 adda silah, Sinakin pulamiyotu istehsal edilirdi. Azərbaycan döyüşçülərininilk qəhrəmanlıq sədası 1941-ci il iyununda Brest Qalasından gəlmişdir. İkinci Dünya müharibəsində 5 milli atıcı divizyamız: 1920-ci ildə yaranan və 1942-ci ildə bərpa edilən 77, 1941-ci il avqustunda yaradılmış 402, oktyabrda 223, 1942-ci ilin martında yaradılmış 416, sentyabrında yaradılmış 271-ci divizyalarımız böyük qələbəyədək mübarizə apararaq qəhramancasına döyüşmüşdür. Döyüşdükləri ərazilərdə gösdərdikləri sücaətlərə görə 416-cı divizya Taqanoq, 271-ci divizya Qarlovka, 77-ci divizya Simferopol, 223-cü divizya Belqrad Fəxri adlarını almışdır.

Böyük Vətən Müharibəsi illərində sovet döyüş texnikasını yanacaq və sürtkü yağları ilə vaxtı-vaxtında artıqlaması ilə təmin etdiyi üçün 10 dəfə SSRİ-nin ən yüksək ordenləri və ali bayraqları ilə təltif olunduqu halda necə olur ki, mühribədən sonra 11 şəhərə “Qəhraman şəhər” statusu veriləndə Bakı “yada” düşmədi ?! Qəhrəman şəhər statusuna layiq görülmüş şəhərlər isə, Moskva, Leninqrad (S.Peterbruq), Stalinqrad (Volqoqrad), Kiev, Minisk, Odessa, Tula, Brest, Kerç, Novorassiysk və Sevestopol şəhərləri olmuşdur.

Amma təsüflər olsun ki, alman façizimi üzərində qələbədən 79 il keçməyinə baxmayaraq, bu vaxta kimi keçmiş SSRİ-nin varisi sayılan Rusiya Federasiyasınin rəhbərliyi və Dövlət Dumasının biganəliyi səbəbindən Azərbaycanın paytaxtı sayılan Bakıya “Əmək Şöhrəti Şəhəri” Fəxri adı verilməmişdir.

Bu gün Rusiya Federsiyasının paytaxtı Moskvanın Aleqsandrovski bağında qəhrəman şəhərlərin büstü durursa, onda qələbənin əldə olunmasında əvəzsiz xidmətləri olmuş Bakının adı yazılan büst və ya löhvə niyə olmasın. Axı İkinci Dünya müharibəsində alman faşizim üzərində qələbənin əldə olunmasında, Azərbaycan xalqının və paytaxt Bakının misilsiz rolu olmuşdur. Əgər “Qəhrəman şəhər” adını alanlar dağıntıya məruz qalaraq onu almışlarsa, Bakının zəhmətkeş əhalisinin min bir çəkdiyi əziyyətləri nəticəsində Azərbaycan faşizimin dağıntlarından xilas olmuşdur.

Bu barədə dəfələrlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov MDB ölkələrinində keçirilmiş beynəlxaq konfranslarda iştirak edərək, Azərbaycan Böyük Vətən Müharibəsində bütün maddi imkanlarını və hərbi mükəlləyyətli vətəndaşlarını səfərbər edərək alman faşizmi üzərində Qələbənin əldə olunmasında fədakarcasına iştirakı, müstəsna xidmətləri haqqında çıxış edərək öz təklif və tövsiyyələrini vermişdirlər.

Azərbaycan Milli Məclisi alman façizimi üzərində qələbədən 80-cı il dönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və MDB-nin baş katibliyinə Azərbaycanın Bakı şəhərinə “Əmək Şöhrəti Şəhəri” fəxri adları verilməsi ilə əlaqədar rəsmi qərar qəbul edərək müraciət
göndərməlidir.

Azərbaycan Milli Məclisinin Bakının “Əmək Şöhrəti Şəhəri” Fəxri adının veriməsi ilə bağlı çıxardığı qərara və müraciətə, Rusiya Federasiyasınin Dövlət Duması və Müsdəqil Dövlətlər birliyinə üzv olan dövlətlər biganə qalmamalıdır.

Gecdə olsa, Bakıya “Əmək Şöhrəti Şəhəri” Fəxri adın verilməsi tarixi ədaləti bərpa etmiş olardı. Buna görədə Böyük Vətən Müharibəsinin başa çatmasının 80 cı il dönümü münasibəti ilə, Bakıya “Əmək Şöhrəti Şəhəri” Fəxri adın verilməsi həm mənəvi, həmdə çox ədalətli qərar olardı.

Tarixi ədalət bərpa edilərək Bakıya “Əmək Şöhrəti Şəhəri” Fəxri adı verilərək, Bakı öz layiq olduğu adını daşımalıdır. Bakıya “Əmək Şöhrəti Şəhəri” Fəxri adı verilməsi, illərdən bəri Azərbaycan xalqının arzuladığı və uzun mütdətdir ki, səbirsizliklə gözlədiyi tarixi ədalətsizliyə son qoyaraq, Azərbaycan xalqının müharibə illərində nümayiş etdirdiyi qəhrəmanlığın, döyüşlərdə həlak olmuş 420 min və müharibədən sonra isə vəfat etmiş 19600 soydaşlarımızın xatirələrinin daymi əbədiləşdirəcəkdir.

Bu gün, Azərbaycanda Böyük Vətən Müharibəsi iştirakçılarından sağ qalan rəsmi statistik sayı 545 nəfə müharibə vetranı, 12560 nəfər isə bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, həmin müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsi və mühasirəsi iştirakçıları vardır.

Naxçıvan Muxtar Respublikası üzrə isə Böyük Vətən Müharibəsi iştirakçılarından sağ qalan rəsmi statistik sayı 980 nəfərdir. Bunlardan 26 nəfər İkinci Dünya müharibəsi iştirakçısı, 1034 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin illərdə arxa cəbhədə fədakarlıq göstərmiş insanlardır. Bu gün Böyük Vətən Müharibəsi iştirakçıları xalqımızın canlı səlnaməsidirlər!

Amma təsüflər olsun ki, Böyük Vətən Müharibəsindən 79 il keçsədə, bu günə kimi, Bakı öz layiq olduğu “Əmək Şöhrəti Şəhəri” Fəxri adı verilməmiş, nədəki, paytaxtı Bakı şərərində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirələrini əbədləşrirmək üçün ŞƏRƏF müzeyi yaradılmamışdır. Bunun vətənpərvərlik baxımdan xalqımız üçün böyük önəmi vardır.

Azərbaycan Respublikasının Prezidentinə Bakı şəhərinə “Əmək Şöhrəti Şəhəri” Fəxri adın verilməsi istiqamətində dəstək vermək məqsədi ilə Azərbaycanda və MDB ölkələrinində fəaliyyət göstərən Azərbaycanlı hökumət, qeyri hökumət və diyaspor təşkilatları həmrəylik nümayiş etdirərək öz tövsiyələrini verməlidirlər.


Sərraf Orucov
Əfqanstan və Qarabağ müharibəsinin veteranı,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rusiya Federasiyası üzrə nümayəndəsi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər