Coratda bir ailənin 3 üzvü qazdan zəhərləndi: ölən var

Coratda bir ailənin 3 üzvü qazdan zəhərləndi: ölən varCoratda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Avrasiya.net APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər Corat qəsəbəsində fərdi evlərdən birində qeydə alınıb.

1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova, onun qızı və nəvəsi dəm qazından zəhərlənib. 69 yaşlı qadın boğularaq ölüb. Onun qızı və nəvəsi isə xəstəxanaya çatdırılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

***

28.10.2024-cü il tarixində saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub.

Bu barədə Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.

2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər