Sizin Reklam Burada

Vasif Talıbovun 10 milyondan çox borcu üzə çıxdı

Vasif Talıbovun 10 milyondan çox borcu üzə çıxdıNaxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan “Cahan Tobacco International” MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.

Avrasiya.net "qaynarinfo.az"a istinadla xəbər verir ki, qanuni təmsilçisi Hüseynzadə Amil Cabbar oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10 milyon 561 min 321 manat 79 qəpik vergi borcu var.

Qeyd edək ki, "Cahan Tobacco International" şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə "Cahan", "Visore", "Nova" və "Fine" markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malaysiya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.

"Cahan Tobacco International" MMC "Cahan Holdinq"ə daxildir. Uzun illər mediada bu holdinqin Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu barədə məlumatlar dərc edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər