Sizin Reklam Burada

Prezidentin göstərişi: Müdafiə xərcləri 1,7 milyard artırıldı!

Prezidentin göstərişi: Müdafiə xərcləri 1,7 milyard artırıldı!Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.

Nazirlik bəyan edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.

"Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin ediləcək", - deyə nazirlik bəyan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər