Kəmaləddin Heydərov generala vəzifə verdi
Dərc olunub:
16-10-2024, 16:56
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevə yeni vəzifə verilib.
Avrasiya.net Qaynarinfo.az-a istinadla xəbər verir ki, Rəfail Mehdiyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini təyin edilib.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Rəfail Mehdiyev məlumatı təsdiqləyib. O deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini vəzifəsindən öz ərizəsi ilə çıxıb.