Sizin Reklam Burada

ADU-da “BƏƏ-də Təhsil” mövzusunda tədbir keçirilib

ADU-da “BƏƏ-də Təhsil” mövzusunda tədbir keçirilibAzərbaycan Dillər Universitetində Şeyx Zayed adına Ərəb dili Auditoriyasında Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi və Universitet arasında əməkdaşlıq çərçivəsində Universitet müəllimlərinin və tələbələrin iştirakı ilə “BƏƏ-də Təhsil” mövzusunda tədbir keçirilmişdir.

İştirakçıları salamlayaraq, Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfiri cənab Mohammed Al Blooshi tələbələrin bilikdən faydalandığı və məhsuldar şəbəkələşmə yaratdığı Şeyx Zayed Mərkəzinin təsis edilməsinin əhəmiyyətini vurğuladı. Daha sonra cənab səfir təhsilin mühümlüyü barədə mühazirə oxudu və BƏƏ-in təhsil strategiyası haqqında ətraflı məlumat verdi.

“Təhsil hər zaman BƏƏ-in ən uca prioritetlərindən biri olmuşdur,” deyən cənab səfir qeyd etdi ki, anlayışı artırmaq, fürsətlər yaratmaq və cəmiyyəti irəli aparmaq üçün BƏƏ təhsilin gücünə inanır.

Səfir Mohammed Al Blooshi iştirakçılarla BƏƏ-dəki universitetlər haqqında məlumatı paylaşdı, 1976-cı ildə təsis edilmiş ilk Birləşmiş Ərəb Əmirlikləri Universiteti (UAEU), həmçinin BƏƏ-in təhsil sahəsindəki nailiyyətlərindən bəhs etdi.

Tədbir tələbələrin ərəb dilində performansları, səfir ilə sual-cavab sessiyası və UAEU-ya həsr edilmiş film ilə davam etdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər