Astarada 17 yaşlı tələbənin meyiti tapılıb
Dərc olunub:
16-10-2024, 11:32
Astarada kollec tələbəsinin meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Təngərüd kəndində baş verib. Kənd sakini 2007-ci il təvəllüdlü Məhəmmədəli Şamil oğlu Qəmxarovun meyiti yaşadığı evdə aşkarlanıb.
Qeyd edək ki, 17 yaşlı gəncin intihar etdiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.