Tovuzda 18 nəfər dönərdən zəhərləndi
Dərc olunub:
16-10-2024, 11:25
Tovuzda kütləvi zəhərlənmə olub.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, kütləvi zəhərlənmə rayonun Qovlar şəhərində yerləşən dönərxanada qeydə alınıb.
Belə ki, dönərxanada toyuq dönəri yeyən 18 nəfərin vəziyyəti pisləşib və zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildilib ki, kütləvi zəhərlənmə faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.